30 il yediyi göbələk bu dəfə onu zəhərlədi: Reanimasiyaya yerləşdirildi - VİDEO
Türkiyənin Ərzurum vilayətində 30 ildən artıqdır təbiətdən topladığı göbələkləri istehlak edən 50 yaşlı Ekrem Aydəmir bu dəfə ağır zəhərlənərək reanimasiya şöbəsinə yerləşdirilib.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, üç uşaq atası olan və bazarda çalışan Ekrem Aydəmir təxminən bir həftə əvvəl dostları ilə birlikdə kənd ərazisində göbələk yığmağa gedib. O, hər zaman topladığı ərazidən yığdığı göbələkləri evə apararaq qardaşları ilə birlikdə yeyib.
Göbələyi yedikdən sonra gecə heç bir narahatlıq hiss etməyən Aydəmirin vəziyyəti səhərə yaxın pisləşib. Onda şiddətli qarın ağrısı, ürəkbulanma, qusma və ishal başlayıb. Bundan sonra o, Atatürk Universiteti Araşdırma Xəstəxanasının Təcili Yardım şöbəsinə müraciət edib.
Aparılan müayinələr nəticəsində Ekrem Aydəmirin göbələkdən zəhərləndiyi müəyyən olunub və o, xəstəxananın reanimasiya şöbəsində müalicəyə götürülüb. Həkimlər onun qaraciyər göstəricilərində də problemlərin yarandığını bildiriblər.
Hadisədən danışan Aydəmir qardaşları və ailəsinin eyni göbələyi yeməsinə baxmayaraq, onlarda heç bir narahatlıq yaranmadığını bildirib.
"30 ildir mütəmadi olaraq göbələk toplayıb yeyirdim, indiyədək heç vaxt zəhərlənməmişdim. Həkimlərdən öyrəndim ki, təbiətdə zəhərsiz hesab edilən göbələklər də təhlükəli ola bilər. Bundan sonra hər kəsə deyəcəyəm ki, yabanı göbələk yeməsin. Yaşadıqlarımdan sonra buna görə çox peşmanam", - deyə o bildirib.
Mütəxəssislər isə vətəndaşlara mənşəyi məlum olmayan və təbiətdən toplanan yabanı göbələkləri istehlak etməməyi tövsiyə edir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 568 Tarix: 06 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qızı ilə çörək almağa gedən ata motosikletin qurbanı oldu - VİDEO
İstanbulun Başakşehir rayonunda 45 yaşlı Mehmet Kartop 12 yaşlı qızı ilə çörək almağa gedərkən motosikletin vurması nəticəsində yaralanıb. Hadisə anı təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, sürətlə hərəkət edən və nömrəsi müəyyənləşdirilməyən motosiklet Kartopa çırpıldıqda
29 sentyabrGəncəyə dördüncü raket hücumundan altı il ötür
10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti
11 oktyabrBakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Bakıda biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə oktyabrın 7-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində baş verib. Hadisədən dərhal sonra ərazidə xidmət aparan yol polisi əməkdaşlar
8 oktyabrCəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb
10 oktyabrPakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind
30 sentyabr2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik
11 oktyabr