Mövlud, o körpənin nə günahı var idi axı atasız qoydun?

Mövlud, o körpənin nə günahı var idi axı atasız qoydun?Jurnalist Südabə Həsənli

İntihar edənlər elə bilir canını qurtardı, əksinə həm özünə zülm edib cəhənnəmə gedir, həm də cəmiyyətə zərbə vurur. Kiminsə intihar etdiyini, bədəninə xəsarət yetirdiyini eşitmək acınacaqlı haldır. İntihar etmək nə dini, nə də dünyavi baxışdan doğru addım deyil. İnsan elə başa düşür ki, canını qurtaracaq, amma haqq-hesab gününü unudur. Düşünmür ki, bu dünya fanidir. Əbədi axirət aləmidir. Axirətə inamı olan belə iş görməz.
Allah verdiyi cana bizim ixtiyarımız yoxdu əziyyət verək. Sadəcə intihara gətirən səbəbləri aradan qaldırmaq lazımdır. Əslində ətraf mühitdə kömək olmalıdır. Cəmiyyətin qayğısına qalmaq, kiminsə kədərini dağıdıb qəlbini sevindirmək çox savabdır. Allah şeytana lənət eləsin. İnsanın gözündə həyatı söndürür, yaşamaq hissini azaldır.

Bu da insanın iradəsinin zəifliyindən irəli gəlir. İnsanın canı əmanətdir, qorumaq lazımdır. Kim nə edir özünə edir. Həyat isə davamındadır. Heyf ölənin ömrünə. Bir qarışqanı belə yarada bilmədiyimiz halda Rəbbimizə qarşı nankorluq edirik. Allah özü bizə qüvvət versin. Səbir imandandır, əgər bu gün bir çətinliklə üzləşiriksə, demək ki sonunda bir asanlıq gələcək. Çalışmalıyıq şükür edib təvəkkül edək Yaradana. Əgər bizim ruzimiz kəsilibsə, demək ki haradasa günah etmişik. Tövbə etməli, Allahdan bərəkətli ruzi istəməliyik. Və yaxud kimsə qarşı tərəf bizi əsəbləşdirirsə, demək ki şeytan onun vasitəsilə bizi özümüzdən çıxarıb həyatdan uzaqlaşırmaq, qəzəb hissilə özümə qəsd eləməyə vadar edir. Belə olan halda dərhal deməliyik ki, Allah şeytana lənət eləsin. Çalışmalıyıq qəlbimizi Allaha bağlayaq. Şükrümüzü artırıb və dua edək.

İntihar böyük günahlardandır. Allaha qarşı nankorluq, valideynə qarşı isə haqsızlıqdır. Çətin günə dözmək, səbr etmək lazımdır. Allah səbr edənlərlədir. Layiq olmayan insanlara görə əsəbiləşib həyatdan küsməyə dəyməz. Nə də ki bank borclarına görə. Həyat gözəldir və mübarizə meydanıdır. Son günlərdə jurnalist qardaşımızın intihar etməsi də bizə çox pis təsir etdi. Allah ailəsinə səbr versin. Rəbbim günahlarını bağışlasın. Çox gənc ikən həyatına son qoydu. Kaş özünü düşünməsə də, övladını düşünəydi. O körpənin nə günahı var idi axı atasız qoydun? Nə günahı var idi ki bugün ata məhəbbətindən məhrum oldu. Mövlud ailəsini də başsız, sahibsiz qoydu...İntihar heç bir zaman çıxış yolu deyil. Bu fikirlərdən uzaq olaq, hər şeyin yaxşısını düşünməyə çalışaq, müvəqqəti çətinlikdir. Ümidinizi üzməyin, insallah hər şey yaxşı olacaq...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 7486   Tarix: 21 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021