Elə bir paylaşım etdi ki, 89 polis gecə boyu onu axtardı - VİDEO
Türkiyənin Şırnak şəhərində sosial şəbəkədə vida xarakterli video paylaşdıqdan sonra itkin düşən 14 yaşlı B.B.B. polis əməkdaşlarının gecə boyu apardığı axtarış nəticəsində sağ-salamat tapılıb.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, yeniyetmə itkin düşməzdən əvvəl "Snapchat" hesabında "Bildiyiniz kimi, artıq mən olmayacağam. Bir neçə saat sonra birdəfəlik yoxam. Bu, atacağım son snap olacaq" məzmunlu video paylaşıb. Ailəsinin müraciətindən sonra Şırnak polisi dərhal axtarışlara başlayıb.
Polisin apardığı əməliyyata Şırnak İl Emniyyət Müdiri Volkan Sazakonun rəhbərlik etdiyi, ümumilikdə 20 qrup və 89 əməkdaşın iştirak etdiyi bildirilib. Köhnə binalar, parklar, boş ərazilər və şübhəli məkanlar yoxlanılıb.
Uzunmüddətli axtarışlardan sonra B.B.B. səhər saat 06:00 radələrində Gündoğdu məhəlləsindəki boş tikililərdən birində tapılıb.
İlkin müayinələr zamanı yeniyetmənin səhhətinin yaxşı olduğu və hər hansı xəsarət almadığı müəyyən edilib. Polis əməkdaşları onu ailəsinə təhvil verib.
Şırnak polisi itkin şəxslərlə bağlı müraciətlərdə bütün imkanların səfərbər edildiyini və belə hallarda vaxt itirmədən 112 təcili yardım xəttinə və aidiyyəti qurumlara məlumat verilməsinin vacibliyini vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 865 Tarix: 09 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qızı ilə çörək almağa gedən ata motosikletin qurbanı oldu - VİDEO
İstanbulun Başakşehir rayonunda 45 yaşlı Mehmet Kartop 12 yaşlı qızı ilə çörək almağa gedərkən motosikletin vurması nəticəsində yaralanıb. Hadisə anı təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, sürətlə hərəkət edən və nömrəsi müəyyənləşdirilməyən motosiklet Kartopa çırpıldıqda
29 sentyabrGəncəyə dördüncü raket hücumundan altı il ötür
10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti
11 oktyabrBakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Bakıda biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə oktyabrın 7-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində baş verib. Hadisədən dərhal sonra ərazidə xidmət aparan yol polisi əməkdaşlar
8 oktyabrCəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb
10 oktyabrPakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind
30 sentyabr2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik
11 oktyabr