"Qarabağ" "Vestri"yə qarşı - Yenilənir+Canlı

"Qarabağ" "Vestri"yə qarşı - Yenilənir+CanlıBu gün Azərbaycan təmsilçisi "Qarabağ" Avropa Liqasının 2026/27 mövsümündə mübarizəyə başlayır.

"Qafqazinfo" xəbər verir ki, Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsi çərçivəsində İslandiya "Vestri"si ilə ilk oyuna çıxacaq.

Saat 20:00-da başlayacaq Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşü Roman Jitar (Moldova) idarə edəcək.

Bu komandalar arasında cavab oyunu iyulun 17-də İslandiyada keçiriləcək. Cütün qalibi 2-ci təsnifat mərhələsində SSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

"Qarabağ" - "Vestri" cütünün məğlubu isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) - RFS (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.

Avropa Liqası, 1-ci təsnifat mərhələsi, ilk oyunlar

20:00. "Qarabağ" (Azərbaycan) - "Vestri" (İslandiya).

Hakimlər: Roman Jitar, Vlad Lifçu, Vadim Vikol, Andrey Bregutse (Moldova).

VAR: Luka Çibelli (İsveçrə).

*

"Qarabağ" - "Vestri" matçının start heyətləri aşağıdakı kimidir:

"Qarabağ": 99 Mateuş Koxalski, 2 Mateus Silva, 55 Bədavi Hüseynov (k), 4 Bense Varkonyi, 5 Bruno Lanqa, 35 Pedro Bikalyo, 8 Marko Yankoviç, 20 Kadi Borges, 21 Aleksey Kaşuk, 10 Abdullah Zubir, 11 Zakaria Savo.

Ehtiyat oyunçular: 1 Şahruddin Məhəmmədəliyev, 23 Martin Zlomişliç, 13 Bəhlul Mustafazadə, 18 Dani Bolt, 24 Jeremi Qnali, 25 Cebrail Makreckis, 44 Elvin Cəfərquliyev, 30 Abbas Hüseynov, 7 Jali Muaddib, 9 Joni Montiel, 17 Kamilo Duran, 28 Samuel Lobato, 29 Renaldo Sefas, 32 Hikmət Cəbrayılzadə, 22 Musa Qurbanlı.

"Vestri": 1 Steinarsson, 15 Svavarsson, 3 Edson Eduardo Dias Qom, 12 Fete, 22 Qardarsson (k), 10 Haftorsson, 17 Hauksson, 29 Çeşmedciyev, 77 Fall, 6 Balde, 23 Hermannsson.

Ehtiyat oyunçular: 13 Olafsson, 4 Torsteinsson, 5 Siqurdsson, 8 Qunnarsson, 9 Qudmundsson, 11 Finboqason, 14 Maqnusson, 16 Vilhyalmsson, 18 Helqason, 20 Yonsson, 21 Arason.

*

Matç başladı.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 103   Tarix: 09 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Zirə"nin darmadağını Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

UEFA ötən gün Çempionlar Liqası və Konfrans Liqasında qeydə alınan nəticələrə əsasən ölkələrin reytinqini yeniləyib. Qaynarinfo-nun məlumatına görə, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilib. Buna "Sabah"ın ardından, "Zirə"nin də KL-dəki uğurlu startı şərait yaradıb

9 iyul
.

Messi 40 yaşlı qapıçı Vozinya barədə danışdı

DÇ-2026-nın 1/16 final mərhələsi çərçivəsində baş tutan və Argentinanın Kabo-Verde üzərində 3:2 hesablı qələbəsi ilə yekunlaşan matçdan sonra komandanın kapitanı Lionel Messi rəqib qapıçı Vozinyanın möhtəşəm performansına biganə qala bilməyib. xəbər verir ki, məşhur idman jurnalisti David Ornşteyn b

4 iyul
.

ABŞ hökuməti İran millisindən matçdan dərhal sonra ölkədən çıxmağı tələb etdi

ABŞ hökuməti İran milli futbol komandasının oyunçularından DÇ-2026-da qrup mərhələsinin son turunda Misir yığması ilə matç başa çatan kimi ölkəni dərhal tərk etməyi tələb edib. xəbər verir ki, bunu iyunun 27-də İran millisinin baş məşqçisi Əmir Qalenoi "RIA Novosti" agentliyinin sualını cavablandırarkə

28 iyun
.

Orelyen Çuameni zədə səbəbindən Paraqvaya qarşı matçı buraxa bilər

Fransa yığmasının yarımmüdafiəçisi Orelyen Çuameni DÇ-2026-nın 1/8 finalında Paraqvay millisinə qarşı matçı buraxa bilər. "Report" "RMC Sport"a istinadən xəbər verir ki, oyunçu bud nahiyəsindəki zədə səbəbindən narahatlıq hiss edir. Futbolçunun 1/4 finala qədər bərpa olunacağı gözlənilir

4 iyul
.

Elvin sabahkı matçda oynayacaq? - Açıqlama

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Elvin Cəfərquliyevin sabah Avroliqa matçında "Vestri"yə qarşı matçda meydana çıxıb-çıxmayacağı ilə bağlı sualı cavablandırıb. "Qafqazinfo" xəbər verir ki, o, müdafiəçinin meydana çıxa biləcəyini istisna etməyib:. "Elvin bizi

8 iyul
.

"Sanki Haaland parik taxıb" - Viral oldular- Video

İsveçli kontent yaradıcısı Julia Grop futbolçu Erlinq Haalandın yerişini təqlid etməsilə bir neçə gündür gündəmdədir. "Qafqazinfo" xəbər verir ki, istifadəçilər onun simasını, saçını, xüsusilə mimikalarını Erlinq Haalanda bənzədiblər. Belə ki, o, "Haaland walk" (Haaland yerişi) videosun

7 iyul
.

DÇ-2026: İngiltərə 1/4 final mərhələsinə yüksəldi

DÇ-2026-nın 1/8 final mərhələsində növbəti oyun keçirilib. Qaynarinfo xəbər verir ki, Meksika millisi İngiltərə ilə üz-üzə gəlib. Oyun Bakı vaxtı ilə saat 05:00-da start götürüb. Görüşə Meksika millisi daha fəal başlasa da hesabı ingilislər açıb. 36-cı dəqiqədə Sakanın ötürməsindən sonra Bellinqem top

6 iyul
.

"Barselona" Jül Kundeni "Mançester Yunayted"ə təklif edib

İspaniyanın "Barselona" klubu müdafiəçisi Jül Kundeni İngiltərənin "Mançester Yunayted" komandasına təklif edib. "Report" "TEAMtalk"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 27 yaşlı fransalı futbolçu üçün 50 milyon avrodan çox məbləğ tələb edir. Həftəli

4 iyul
.

Metronun iş saatı "Qarabağ"a görə dəyişdiriləcək

Sabah UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Qarabağ" Futbol Klubunun T.Bəhramov adına Respublika stadionunda "Vestri" (İslandiya) ilə keçirəcəyi ev oyununa görə "Bakı Metropoliteni" QSC-nin iş rejimi dəyişdiriləcək. Bu barədə -a səhmdar cəmiyyətindən bildirilib

8 iyul