İyulun sonu ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ

İyulun sonu ilə bağlı XƏBƏRDARLIQ EDİLDİİyulun sonunda α-Kaprikornid (Alpha Capricornids) meteor yağışı müşahidə olunacaq.
Bakı Dövlət Universtetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilən məlumata görə, meteor axını iyulun əvvəlindən avqustun 15-dək aktiv olacaq və maksimum aktivliyinə iyulun 30-u Bakı vaxtı ilə saat 17:00-da çatacaq.

Azərbaycanda isə ən əlverişli müşahidə şəraiti 30 iyul axşamı-31 iyul gecəsi yaranacaq.

α-Kaprikornid meteor axınının radiantı Oğlaq (Capricornus) bürcündə yerləşir. Bakı şəhərindən baxdıqda radiant gecə boyu üfüqdən yuxarıda olduğuna görə meteorları bütün gecə ərzində müşahidə etmək mümkündür. Bununla belə, ən əlverişli müşahidə vaxtı gecə saat 01:00 radələri hesab olunur. Həmin vaxt radiant səmanın ən yüksək nöqtəsinə qalxır və Yerin fırlanması nəticəsində müşahidəçi meteor axınının istiqamətinə daha optimal vəziyyətdə yerləşir.

Meteor yağışının maksimumunda ideal şəraitdə zenit saatlıq meteor sayı (ZHR) təxminən 5 meteor/saat təşkil edir. Lakin Bakı enliklərində radiantın maksimum hündürlüyü cəmi 39° olduğundan real müşahidələr zamanı saatda orta hesabla 3 meteor görmək mümkün olacaq.
Bu il müşahidələr üçün əsas əlverişsiz amillərdən biri Ayın fazasıdır. Meteor yağışının maksimumu zamanı Ay tam fazadan cəmi iki gün sonrakı mərhələdə olacaq və güclü Ay işığı zəif meteorların görünməsini xeyli çətinləşdirəcək. Buna baxmayaraq, α-Kaprikornid meteor axını bəzən çox parlaq, uzun iz buraxan "od topu" (fireball) tipli meteorları ilə tanındığından, parlaq meteorları müşahidə etmək yenə də mümkün olacaq.

α-Kaprikornid meteorlarının digər fərqləndirici xüsusiyyəti onların nisbətən yavaş hərəkət etməsidir. Bu meteorlar Yer atmosferinə təxminən 23 km/s (təxminən 82 800 km/saat) sürətlə daxil olur.

Meteor yağışları Yer Günəş ətrafındakı hərəkəti zamanı komet və ya asteroidlərin orbit boyunca səpələdiyi toz və kiçik qaya hissəcikləri ilə qarşılaşdıqda yaranır. Atmosferə saniyədə on kilometrlərlə sürətlə daxil olan bu hissəciklər təxminən 70-100 km yüksəklikdə yanaraq işıqlı iz əmələ gətirir və xalq arasında "axan ulduz" kimi tanınan hadisəni yaradır.

α-Kaprikornid meteor axınının mənbəyi 169P/NEAT dövri kometi hesab olunur. Bu komet Günəş ətrafında təxminən 4,2 ildə bir tam dövr edir və Yupiter kometləri ailəsinə daxildir. Meteor yağışının digər maraqlı xüsusiyyətlərindən biri də aktiv kometlərlə müqayisədə nisbətən zəif qaz və toz aktivliyi nümayiş etdirməsidir. Keçmişdə orbiti boyunca buraxdığı toz hissəcikləri bu gün də Yer orbitini kəsərək hər il α-Kaprikornid meteor yağışının yaranmasına səbəb olur.

Meteor yağışını izləmək üçün teleskop və ya durbindən istifadə tələb olunmur. Ən yaxşı müşahidə şəhər işıqlarından uzaq, üfüqü açıq və qaranlıq ərazilərdə aparılır. Müşahidə zamanı baxışı birbaşa radiant nöqtəsinə deyil, ondan təxminən 30-40° kənarda yerləşən səma sahəsinə yönəltmək daha məqsədəuyğundur. Bu üsul daha çox meteor müşahidə etməyə imkan verir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 12400   Tarix: 07 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yaş saçla yatmayın: Bu riski artıra bilər

Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş

4 oktyabr
.

Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR

Turşunun diri və sərt qalmasını təmin edən təbii vasitələrdən ən məşhuru üzüm və palıd yarpaqlarıdır. Bu yarpaqlardakı taninlər tərəvəzlərin toxumasını qorumağa kömək edir. Bankaya əlavə edilən noxud fermentasiya prosesini sürətləndirir, limon suyu və ya limon duzu isə turşunun turşuluq balansını qoruyara

11 oktyabr
.

Dalinin üz qabığını hazırladığı kitab oğurlandı

Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd

6 oktyabr
.

Yataq dəstlərini yumşaldan sadə üsul

Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək

4 oktyabr
.

Uşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr

"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə

11 oktyabr
.

Telefonun yaddaşı dolub? Fotolardan əvvəl bu 5 tətbiqi yoxlayın

Android telefonunuzda boş yer azalıbsa, foto və videoları silməyə tələsməyin. Yaddaşda yer tutan bəzi tətbiqlərin funksiyaları artıq Google xidmətlərində mövcuddur. Eyni işi görən əlavə proqramlardan imtina etməklə müəyyən qədər yer boşaltmaq mümkündür. xarici mediaya istinadla xəbər verir ki, "CHIP.de"

4 oktyabr
.

Orta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı

Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy

4 oktyabr
.

Ayağınıza basanda çuxur qalır? - Bu əlaməti diqqətsiz qoymayın

Ayaqların müntəzəm şişməsi və barmaqla basdıqdan sonra dəridə çuxur qalması toxumalarda maye yığılmasının əlamətidir. Bu vəziyyət uzun müddət oturmaqdan və ya damar problemlərindən qaynaqlana bilər. Bəzi hallarda isə ürək çatışmazlığına işarə edir. xarici mediaya istinadla xəbər verir ki, ayaq biləy

11 oktyabr
.

Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq

Yuyulma başa çatdıqdan sonra paltaryuyan maşının qapağını dərhal bağlamaq kiflənməyə səbəb olur, uzun müddət açıq saxlamaq isə maşını zədələyir. xəbər verir ki, mütəxəssislər və məişət texnikası istehsalçıları ideal havalandırma müddətini və edilən kritik səhvləri açıqlayıblar. Dərhal bağlamaq və daim

11 oktyabr