İsti havada günvurma, yoxsa insult? - Həkim iki halı fərqləndirməyin yolunu açıqladı
"Yayda tez-tez küçədə huşunu itirən və ya qəfildən özünü pis hiss edən insanlar müşahidə olunur. Lakin istidən tükənmə, huşunu itirmə və hətta günvurma insultu xatırlada bilər".
Oxu.Az-ın xəbərinə görə, bu barədə rusiyalı kardioloq Yelena Malışeva Gazeta.ru-ya müsahibəsində danışıb.
O, bu halları necə fərqləndirmək və həyəcanverici simptomlar ortaya çıxdıqda vaxt itirməməyin niyə vacib olduğu barədə açıqlama verib.
"İstidən tükənmə, huşunu itirmə və hətta istivurma (günvurma) insulta bənzəyə bilər. Bu səbəbdən də ətrafdakılar bəzən əslində təcili tibbi yardıma ehtiyacı olan insana su verməyə çalışaraq qiymətli vaxtı itirirlər", - deyə Yelena Malışeva bildirib.
O qeyd edib ki, istidə huşunu itirmə ən çox hədddən artıq istiləşmə, susuzlaşma və qan təzyiqinin aşağı düşməsindən qaynaqlanır. Huşunu itirməzdən əvvəl insan, adətən zəiflik, başgicəllənmə, gözlərdə qaralma, qulaqlarda cingilti və soyuq tər hiss edir. Əgər o, sərin yerdə uzadılarsa və ayaqları qaldırılarsa, vəziyyəti bir qayda olaraq tez zamanda yaxşılaşacaq.
Həkimin sözlərinə görə, insult zamanı isə vəziyyət fərqli şəkildə inkişaf edir. İnsultun əsas xüsusiyyəti beyinin hissəli zədələnməsidir. Buna görə də ümumi halsızlıqdan əlavə, nevroloji simptomlar - qəfil zəiflik və ya bədənin bir tərəfində qol və ayaqda uyuşma, üz asimmetriyası, nitqin itirilməsi, gülümsəyə bilməmək və hər iki qolunu eyni formada qaldıra bilməmək kimi hallar ortaya çıxır. İnsanın huşu özündə ola bilər, lakin onun danışığı aydın olmaya və ya ona deyilənləri ümumiyyətlə başa düşməyə bilər.
Mütəxəssisin qeyd etdiyi kimi, məhz bu məqamda ən çox yayılmış səhvə yol verilir.
"Əgər kiminsə isti havada küçədə vəziyyəti pisləşsə, ətrafdakılar bunu avtomatik olaraq həddindən artıq istiləşmə ilə əlaqələndirirlər, xüsusilə də insan zəiflik, başağrısı və ya başgicəllənmədən şikayətlənirsə. Lakin isti insultu istisna etmir, əksinə, havanın yüksək temperaturu, susuzlaşma və qanın qatılaşması xüsusən də yaşlılarda və hipertoniya, şəkərli diabet və ürək xəstələrində damar tutulması riskini artıra bilər", - deyə Yelena Malışeva xəbərdarlıq edib.
Həkim xatırladıb ki, sadə bir qayda insultu tanımağa kömək edə bilər.
"İnsandan gülümsəməsini, hər iki qolunu qaldırmasını və sadə bir ifadəni səsləndirməsini xahiş edin. Əgər təbəssüm asimmetrik olarsa, bir qol qalxmazsa və ya nitq pozularsa, o zaman dərhal təcili yardım çağırmaq lazımdır", - deyə o məsləhət görüb.
Həkimlər gələnə qədər zərərçəkənə ilkin tibbi yardım göstərilməlidir. O, uzandırılmalı, təmiz havanın gəlməsi təmin edilməli, dar paltarlar boşaldılmalı və vəziyyəti izlənilməlidir. İnsult şübhəsi varsa, zərərçəkəni su içirtməyə çalışmaq, ona dərman və ya yemək vermək və ya simptomların öz-özünə keçməsini gözləmək olmaz.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 359 Tarix: 10 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Uşağın dərs nəticələrinə təsir edən gözlənilməz amillər açıqlanıb
Mənzildəki arxa fon səs-küyü, zəif işıqlandırma və dərs oxumaq üçün şəxsi məkanın olmaması məktəblinin diqqətini cəmləməsinə mane ola və onun təhsil nəticələrinə mənfi təsir göstərə bilər. xəbər verir ki, bunu "Level Group" şirkətinin perspektivli layihələr üzrə direktoru Artyom Oxmat -ya müsahibəsind
24 avqustYağışlar gecikəcək - Amma daha dağıdıcı olacaq
Qlobal istiləşmə tropik bölgələrdə güclü fırtınaların vaxtını dəyişməklə yanaşı, onların daha dağıdıcı olmasına da səbəb ola bilər. "Qafqazinfo" xəbər verir ki, "Nature Geoscience" jurnalında dərc olunan yeni araşdırmaya görə, iqlim dəyişikliyi tropik bölgələrdə yağışlı mövsümün başlanmasın
20 avqustMəşhur müğənni istədi, qarpız 4 min kilometr "yol getdi"
Fransanın dünyaca məşhur kurort şəhəri Sen-Tropezdə istirahət edən tanınmış türkiyəli müğənni Ebru Yaşarın Diyarbəkir qarpızına olan istəyi maraqlı hadisəyə səbəb olub. Müğənninin arzusu ilə Türkiyədən xüsusi olaraq göndərilən qarpız təxminən 4 min kilometr yol qət edərək Sen-Tropezə çatdırılıb. xaric
25 avqustYetkin insanın emosional cəhətdən yetişmədiyini göstərən 7 ifadə
Emosional yetişməzlik yalnız davranışlarda deyil, insanın mübahisə və fikir ayrılığı zamanı işlətdiyi ifadələrdə də özünü göstərə bilər. Mütəxəssislərin fikrincə, xüsusilə məsuliyyətdən yayınmaq, başqalarını günahlandırmaq və qarşı tərəfin hisslərini nəzərə almamaq bu xüsusiyyətin əlamətlərindən ol
24 avqustBinasi belə olmayan universitet qəbul rekordu qırdı
Türkiyənin Bitlis Eren Universitetinin bu il ilk dəfə tələbə qəbul edən Tibb fakültəsi YKS imtahanının 2026-cı il yerləşdirmə nəticələrində böyük uğura imza atıb. Hələ öz binası belə olmayan fakültə 515,764 baza balı və 9 min 552-ci uğur sırası ilə tələbə qəbul edərək bölgənin köklü universitetlərin
21 avqustABŞ-də inşa edilən təyyarədaşıyan gəmi Trampın şərəfinə adlandırıla bilər
ABŞ-də inşa edilən və İkinci Dünya müharibəsi qəhrəmanı Doris Millerin şərəfinə adlandırılması planlaşdırılan "USS Doris Miller" təyyarədaşıyan gəmisinin adının dəyişdirilməsi ehtimalı nəzərdən keçirilir. Yeni ad olaraq ABŞ Prezidenti Donald Trampın adı təklif oluna bilər. -ın xəbərinə görə
21 avqustHillari Klinton əri Bill Klintonun dəfn mərasimini planlaşdırır
Hillari Klinton artıq əri Bill Klintonun qarşıdan gələn anım mərasimini planlaşdırmağa başlayıb. -ın xarici mediaya isinadən məlumatına görə, ABŞ-ın keçmiş prezidenti avqustun 19-da 80 yaşını qeyd edib və mənbələr iddia edir ki, o, həmçinin 120 milyon dollar dəyərində vəsiyyətnaməsində dəyişiklik etməy
20 avqustZibil deyib atmayın, kilosu SƏRVƏT DƏYƏRİNDƏDİR
Trüfel göbələyi dünyada lüks restoranların böyük maraq göstərdiyi ən qiymətli qida məhsullarından biridir. -a istinadən bildirir ki, torpağın bir neçə santimetr dərinliyində yetişən və xüsusi təlim keçmiş itlərin köməyi ilə axtarılan bu göbələk "qara almaz" adıyla tanınır. Bəzi növlərinin kiloqram
23 avqust