Qəfil başlayan kəskin ağrılar: Nə vaxt təcili yardıma müraciət etmək lazımdır?

Qəfil başlayan kəskin ağrılar: Nə vaxt təcili yardıma müraciət etmək lazımdır?Həyati təhlükə yaradan vəziyyətlər heç də hər zaman şiddətli ağrı ilə müşayiət olunmur.

Oxu.Az xəbər verir ki, təcili yardım professoru Maykl Turturro və təcili yardım həkimi Mark Konroy "HuffPost" nəşrinə müsahibələrində bu barədə danışıblar. Həkimlər təhlükəli xəstəliklər zamanı yaranan ağrı növlərini açıqlayıblar.

Mütəxəssislərin sözlərinə görə, qəfil başlayan, güclü və keçməyən, eləcə də sinədə hiss edilən ağrılar - xüsusən də bu hallar ilk dəfə ortaya çıxıbsa və ya ürək-damar xəstəlikləri fonunda baş verirsə, ciddi xəbərdarlıq siqnalı hesab olunmalıdır. Maykl Turturro qeyd edib ki, əgər ağrı narahatedici dərəcədə şiddətlidirsə və daha əvvəl belə bir hal yaşamamısınızsa, mümkün qədər tez tibbi yardıma müraciət etməlisiniz.

Mark Konroy digər təhlükəli əlamət kimi qızartı və ya şişkinliklə müşayiət olunan baldır ağrısını vurğulayıb. Mütəxəssisin sözlərinə görə, bu, dərin venaların trombozuna işarə ola bilər. Həkim, həmçinin belin yuxarı hissəsində yaranan qəfil və kəskin ağrıya dözməməyi məsləhət görüb, çünki bu, aortanın zədələnməsindən xəbər verə bilər.

Bundan əlavə, həkimlər qarın ağrısına da biganə qalmamağı tövsiyə ediblər. Konroy qeyd edib ki, bu simptom bir çox xəstəliklərdə, o cümlədən təcili tibbi müdaxilə tələb edən böyrək infeksiyaları, böyrək daşları və ya appendisit zamanı ortaya çıxa bilər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 507   Tarix: 15 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Telefonda iki Wi-Fi işarəsi nə deməkdir?

Bəzi Android telefonlarının ekranında eyni vaxtda iki Wi-Fi işarəsi görünür: biri böyük, digəri isə kiçik. İstifadəçilərdə sual yaradan bu işarələr əksər hallarda nasazlıqla bağlı deyil. Qoşa işarə "Dual Wi-Fi Acceleration" adlanan funksiyanın aktiv olduğunu göstərir. "Dual-Channel Acceleration"

11 oktyabr
.

Soyuducunu bu vasitə ilə təmizləməyin - xarab edə bilər

Soyuducunun uzun müddət problemsiz işləməsi üçün onun müntəzəm və düzgün təmizlənməsi vacibdir. Lakin istifadə edilən təmizləyici vasitənin düzgün seçilməməsi cihazın səthinə zərər verə, hətta bəzi hallarda təhlükəli vəziyyət yarada bilər. Mütəxəssislər xüsusilə ağardıcı və xlor tərkibli güclü vasitələrdə

4 oktyabr
.

Yaş saçla yatmayın: Bu riski artıra bilər

Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş

4 oktyabr
.

Yaponlar buna görə göbəyə gül suyu damladırmışlar

Yapon mədəniyyətindən qaynaqlandığı iddia edilən və göbək nahiyəsinə gül suyu damlatmağa əsaslanan sadə üsul sosial şəbəkələrdə yenidən populyarlaşıb. xəbər verir ki, kiçik bir pambıq parça gül suyu ilə ısladılaraq göbək dəliyinin üzərinə qoyulur və dərinin onu əmməsi üçün 10-15 dəqiqə gözlənilir. Əsasə

11 oktyabr
.

Belə pomidorları almayın

Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər

11 oktyabr
.

Dalinin üz qabığını hazırladığı kitab oğurlandı

Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd

6 oktyabr
.

Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları

Mütəxəssislər uzun illərdir gecələr yatmazdan əvvəl ayaq altına limon sürtməyi tövsiyə edirlər. Tərkibindəki limonene, sitrik turşu və C vitamini sayəsində təbii vasitə olan limonun bu üsulu bir çox problemdən qurtulmağa kömək edir. xəbər verir ki, sitrik turşu gecə boyunca işləyərək dabanlardakı öl

10 oktyabr
.

Pulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb

Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund

3 oktyabr
.

Bu iki paltarı heç vaxt bir yerdə yumayın

Bir çoxumuz vaxta qənaət etmək üçün bütün paltarları eyni səbətdə toplayıb birlikdə yuyuruq. Lakin mütəxəssislər ağır qış geyimləri ilə həssas parçaların heç vaxt eyni qazanda yuyulmaması lazım olduğunu bildirirlər. xəbər verir ki, həssas geyimlər adətən tor içində, soyuq suda yuyulmalıdır. Ağır parçala

10 oktyabr