Bu kolleclərə tələbə getmir - Boş qalan plan yerlərinin SİYAHISI

Bu kolleclərə tələbə getmir - Boş qalan plan yerlərinin SİYAHISIOrta ixtisas təhsili müəssisələri üzrə ən çox boş plan yeri qalan kolleclərin siyahısı açıqlanıb.

Sonxeber.az AzEdu.az-a istinadən xəbər verir ki, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı "Abituriyent" jurnalının 12-ci nömrəsində məlumat verilib.

Statistikaya əsasən, ümumilikdə kolleclər üzrə 8144 plan yerindən 677-si boş qalıb. Bu isə ümumi plan yerlərinin 8,31 faizini təşkil edir.

Ən yüksək boş yer faizi Ağdam Musiqi Kollecində qeydə alınıb. Bu kollecdə 102 plan yerindən 70-i dolmayıb və boş qalan yerlərin payı 68,63 faiz olub. Siyahıda ikinci yerdə Azərbaycan Milli Konservatoriyası nəzdində Sumqayıt Musiqi Kolleci qərarlaşıb. Burada 115 plan yerinin 51-i boş qalıb ki, bu da 44,35 faiz deməkdir.

İlk üçlüyü Şuşa Humanitar Kolleci tamamlayır. Kollecdə 103 plan yerindən 37-si dolmayıb və boş yerlərin faizi 35,92 təşkil edib.

Növbəti yerdə Şəki Dövlət Regional Kolleci qərarlaşıb. Kollecə 235 plan yeri ayrılıb. Onlardan 57-si boş qalıb ki, bu da ümumi plan yerlərinin 24,26 faizini təşkil edir.

Daha sonra Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci gəlir. Bu kollecə 270 plan yeri ayrılıb. Ayrılan plan yerlərinin 64-ü boş qalıb (23,70 faiz).

Siyahıda növbəti pillədə Naxçıvan Musiqi Kolleci yer alır. Kollecə 148 plan yeri ayrılıb, onlardan 35-i dolmayıb. Boş qalan yerlərin xüsusi çəkisi 23,65 faiz olub.

Ardınca Gəncə Dövlət Universitetinin nəzdində Regional Kolleci gəlir. Bu təhsil müəssisəsinə 295 plan yeri ayrılıb. Plan yerlərinin 54-ü boş qalıb ki, bu da 18,31 faiz təşkil edir.

Növbəti yerdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kolleci qərarlaşıb. Kollecə 236 plan yeri ayrılıb. Onlardan 40-ı boş qalıb (16,95 faiz).

Siyahının davamında Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsi yer alır. Burada 72 plan yerindən 10-u boş qalıb. Bu göstərici 13,89 faizə bərabərdir.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinə ayrılan 170 plan yerinin 23-ü boş qalıb ki, bu da 13,53 faiz təşkil edir.

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində isə 165 plan yerindən 20-si dolmayıb. Boş yerlərin payı 12,12 faiz olub.

Şamaxı Dövlət Regional Kollecinə ayrılan 325 plan yerinin 38-i boş qalıb (11,69 faiz).

Astara Pedaqoji Kollecində 155 plan yerindən 13-ü boş qalıb. Bu, 8,39 faiz deməkdir.

Masallı Dövlət Regional Kollecinə ayrılan 125 plan yerinin 9-u boş qalıb (7,20 faiz).

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində 185 plan yerindən 12-si dolmayıb (6,49 faiz).

Ağdaş Dövlət Humanitar Kollecində 185 plan yerindən 9-u boş qalıb (4,86 faiz).

Qazax Dövlət Sosial-İqtisadi Kollecində 210 plan yerindən 10-u boş qalıb (4,76 faiz).

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecində 150 plan yerindən 7-si dolmayıb (4,67 faiz).

Bakı Biznes və Kooperasiya Kollecində 320 plan yerindən 14-ü boş qalıb (4,38 faiz).

Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində 150 plan yerindən 6-sı boş qalıb (4,00 faiz).

Tovuz Dövlət Sosial-İqtisadi Kollecində də 150 plan yerindən 6-sı dolmayıb (4,00 faiz).

Mingəçevir Turizm Kollecində 180 plan yerindən 7-si boş qalıb (3,89 faiz).

Ağcabədi Pedaqoji Kollecində 135 plan yerindən 5-i boş qalıb (3,70 faiz).

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində 135 plan yerindən 5-i dolmayıb (3,70 faiz).

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində 225 plan yerindən 8-i boş qalıb (3,56 faiz).

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində 225 plan yerindən 7-si boş qalıb (3,11 faiz).

Quba Dövlət Sosial-İqtisadi Kollecində 140 plan yerindən 4-ü boş qalıb (2,86 faiz).

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecində 77 plan yerindən 2-si dolmayıb (2,60 faiz).

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 197 plan yerindən 5-i boş qalıb (2,54 faiz).

Naxçıvan Dövlət Texniki Kollecində 169 plan yerindən 4-ü boş qalıb (2,37 faiz).

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində 135 plan yerindən 3-ü dolmayıb (2,22 faiz).

Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 290 plan yerindən 6-sı boş qalıb (2,07 faiz).

Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecində 305 plan yerindən 6-sı boş qalıb (1,97 faiz).

Ağdam Dövlət Sosial-İqtisadi Kollecində 255 plan yerindən 5-i boş qalıb (1,96 faiz).

Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecində 380 plan yerindən 7-si boş qalıb (1,84 faiz).

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 395 plan yerindən 7-si boş qalıb (1,77 faiz).

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecində 390 plan yerindən 6-sı boş qalıb (1,54 faiz).

Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecində 194 plan yerindən 2-si boş qalıb (1,03 faiz).

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecində 361 plan yerindən 3-ü boş qalıb (0,83 faiz).

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı İlahiyyat İnstitutunun yanında Bakı İlahiyyat Kollecində 15 plan yerinin hamısı dolub, boş yer qeydə alınmayıb.

Siyahının sonunda isə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci qərarlaşıb. Bu kollecə ayrılan 75 plan yerinin hamısı dolub, boş plan yeri qalmayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3450   Tarix: 16 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021