IV Şuşa Qlobal Media Forumu sübut etdi ki, Azərbaycan regional sülhün, əməkdaşlığın və inkişafın təşviqinə töhfə verən aktora çevrilib

IV Şuşa Qlobal Media Forumu sübut etdi ki, Azərbaycan regional sülhün, əməkdaşlığın və inkişafın təşviqinə töhfə verən aktora çevrilib"IV Şuşa Qlobal Media Forumunda Azərbaycanın xarici siyasət prioritetlərini və regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm mesajlar verildi".

Bunu Sonxeber.az-a danışan deputat Jalə Əliyeva bildirib.

Deputat qeyd edib ki, IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya məkanında mövqeyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şuşanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın bölgədə sabitlik və inkişaf mesajını dünyaya çatdırır.Onlarla ölkədən media nümayəndələrinin iştirakı Azərbaycanın xarici siyasəti və regional məsələlərlə bağlı mövqeyinin beynəlxalq auditoriyaya birbaşa təqdim edilməsinə imkan yaradır.Forum müxtəlif ölkələrin media qurumları arasında əməkdaşlığın inkişafına mühüm töhfə verir. Forum çərçivəsində dezinformasiyaya və saxta xəbərlərə qarşı mübarizə yolları müzakirə olunur. Süni intellekt dövründə media etikası, faktların yoxlanılması və etibarlı jurnalistikanın rolu ön plana çıxarılır.İnformasiya təhlükəsizliyinin gücləndirilməsi istiqamətində beynəlxalq təcrübə paylaşılır.

Bundan əlavə forum Şuşanın beynəlxalq tədbirlər mərkəzi kimi tanınmasına kömək edir.Azərbaycanın turizm potensialının və Qarabağda aparılan bərpa-quruculuq işlərinin xarici mediada geniş işıqlandırılmasına şərait yaradır.Bu da ölkənin investisiya və turizm cəlbediciliyinin artmasına müsbət təsir göstərir. Ən önəmlisi isə forum Azərbaycanın qlobal dialoqa açıq olduğunu nümayiş etdirir. Müxtəlif ölkələrdən jurnalistlərin iştirakı ölkə haqqında məlumatların daha geniş auditoriyaya çatdırılmasına imkan verir və beynəlxalq media əlaqələrini möhkəmləndirir. Ümumilikdə isə IV Şuşa Qlobal Media Forumu təkcə media sahəsində deyil, həm də Azərbaycanın beynəlxalq nüfuzunun artırılması, informasiya təhlükəsizliyinin gücləndirilməsi və Şuşanın beynəlxalq tədbirlər məkanı kimi tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır".

Deputat vurğulayıb ki, IV Şuşa Qlobal Media Forumunda dövlət başçımızın səsləndirdiyi fikirlər təkcə Azərbaycanın xarici siyasət prioritetlərini deyil, həm də regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən mesajlar kimi qiymətləndirmək olar:

"ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlərin yer aldığı, "Breitbart News" nəşrində dərc olunmuş məqaləni özünün "Truth Social" sosial şəbəkəsində paylaşması bu forumun dünya üçün əhəmiyyətini bir daha sübut edir. Azərbaycanın son illərdə müxtəlif qlobal tədbirlərə ev sahibliyi etməsi ölkənin beynəlxalq etimadının göstəricisidir. Bakı və Şuşanın beynəlxalq siyasi, humanitar və media platformalarına çevrilməsi Azərbaycanın qlobal dialoqda rolunun artdığını nümayiş etdirir.

IV Şuşa Qlobal Media Forumu sübut etdi ki, artıq yalnız öz təhlükəsizliyini təmin edən dövlət deyil, həm də regional sülhün, əməkdaşlığın və inkişafın təşviqinə töhfə verən aktora çevrilib".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 392   Tarix: 16 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021