"Forbes"un siyahısı açıqlandı: "Haber Global" "Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026" sırasında - FOTO
"Global Media Group"un tərkibinə daxil olan "Haber Global" televiziya kanalı "Forbes Türkiyə" və dünyanın aparıcı data və biznes analitikası platformalarından biri olan "Statista"nın birgə keçirdiyi "Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026" araşdırmasının nəticələrinə əsasən, ölkənin ən yaxşı işəgötürənləri siyahısına düşərək rəsmi sertifikata layiq görülüb.
Oxu.Az xəbər verir ki, araşdırmanın metodologiyasına əsasən, siyahı Türkiyə əmək bazarında fəaliyyət göstərən şəxslər arasında keçirilən müstəqil onlayn sorğunun nəticələri əsasında formalaşdırılıb.
2025-ci ilin oktyabrından 2026-cı ilin fevralınadək davam edən araşdırma çərçivəsində iştirakçıların həm öz işəgötürənləri, həm də fəaliyyət göstərdikləri sahədəki digər şirkətlərlə bağlı 200 mindən çox qiymətləndirməsi toplanıb.
Araşdırma anonim və müstəqil şəkildə həyata keçirilib. Şirkətlərin müraciət və ya ödəniş yolu ilə siyahıya daxil olması mümkün olmayıb, qiymətləndirmə zamanı yalnız əməkdaşların rəyləri əsas götürülüb.
Ən yüksək nəticə göstərən 400 şirkət sırasında yer alan "Haber Global"ın bu uğuru telekanalın işəgötürən brendinin əməkdaşlar tərəfindən müsbət qiymətləndirildiyini göstərir.
"Haber Global"ın nüfuzlu siyahıda yer alması telekanalın daxili korporativ mədəniyyətinə, əməkdaşlara yanaşmasına və keyfiyyətli iş mühitinin formalaşdırılmasına verdiyi önəmin göstəricisidir. Bu nəticə, eyni zamanda, telekanalın media sektorunda etibarlı və cəlbedici işəgötürən mövqeyini gücləndirir.
"Global Media Group" haqqında:
"Global Media Group" 2017-ci ildə təsis edilən aparıcı media şirkətlər qrupudur. Qrupa Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər media resursları daxildir.
"Global Media Group" haqqında daha ətraflı məlumat əldə etmək üçün www.gmg.az veb-saytına və şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram | LinkedIn | YouTube) müraciət edə bilərsiniz.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 686 Tarix: 16 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18 sentyabr 2021Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18 sentyabr 2021Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO
Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb
17 sentyabr 2021Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18 sentyabr 2021