"İnternetdə satılan və "qısa müddətdə möcüzəvi arıqlama" vəd edən məhsullardan ehtiyatla yanaşmaq lazımdır" - AÇIQLAMA
Arıqlama çayları, həbləri və bioloji aktiv əlavələrin faydadan çox ziyanı var. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) araşdırmalarına görə, bu məhsulların tərkibində ürək-damar sistemi və psixika üçün ciddi təhlükə yaradan sibutramin kimi kimyəvi maddələr aşkarlanır. Onlar hətta təbii yolla arıqlamağa mane olur.
Mövzu ilə Sonxeber.az-a danışan Professor və tibb elmləri doktoru Adil Qeybulla bildirib ki, arıqlama məhsulların nəzarətsiz istifadəsi ürək döyüntüsü, yüksək qan təzyiqi, mədə-bağırsaq pozğunluqları, susuzlaşma, vitamin və mineral çatışmazlığı, qaraciyər və böyrəklərə zərər kimi problemlərə səbəb ola bilər:
"Sağlam və davamlı arıqlama üçün ən etibarlı yol balanslı qidalanma, müntəzəm fiziki aktivlik və ehtiyac olduqda həkim və ya dietoloqun nəzarətidir. Xüsusilə internetdə satılan, mənşəyi məlum olmayan və "qısa müddətdə möcüzəvi arıqlama" vəd edən məhsullardan ehtiyatla yanaşmaq lazımdır.
Arıqlama dərmanları ürək döyüntüsünün sürətlənməsi və yüksək qan təzyiqi, ürəkbulanma, qusma, ishal və ya qəbizlik, başgicəllənmə, baş ağrısı və yuxusuzluq, qaraciyər və böyrəklərə zərər vermə riski, psixoloji təsirlər, o cümlədən narahatlıq və əsəbilik, dərman dayandırıldıqdan sonra çəkinin yenidən artması kimi problemlər yaradır.
Eləcədə arıqlama çayları. Arıqlama çaylarını orqanizmdə su itkisi və susuzlaşma, kalium, natrium kimi vacib mineralların itirilməsi, bağırsaqların təbii fəaliyyətinin pozulması və işlədici vasitələrdən asılılıq, mədə-bağırsaq narahatlıqları (qarın ağrısı, ishal) kimi problemlərə səbəb olur. Hətta bəzi bitki tərkibli çaylar qaraciyərə də zərər verir. Ona görə də sağlam arıqlama yolu davamlı və təhlükəsiz arıqlama üçün balanslı qidalanma, müntəzəm fiziki aktivlik, kifayət qədər yuxu və lazım gəldikdə həkim və ya dietoloq nəzarəti altında müalicə ən düzgün yanaşmadır. Arıqlama dərmanı və ya çayı istifadə etməyi istəyənlər yaxşı olar ki, əvvəlcə həkimlə məsləhətləşsin. Xüsusilə ürək, qaraciyər, böyrək xəstəliyi olanlar, hamilə və süd verən qadınlar bu məhsullardan özbaşına istifadə etməməlidirlər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Prezident onları təltif etdi - Adlar
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Ən faydalı və ən zərərli balıq növləri
Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Tacir Şahmalıoğlunu arıqladığı üçün toydan kənarlaşdırdılar
Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər
Məşq zamanı vəfat edən Rəsulun fotosu
Faciəli şəkildə ölən şagirdin həyatı ilə bağlı yeni faktlar: "O qadın anası deyildi" - Foto/Video
Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu