"Şuşa Qlobal Media Forumu artıq təkcə media nümayəndələrinin görüş platforması deyil" - AÇIQLAMA

"Şuşa Qlobal Media Forumu artıq təkcə media nümayəndələrinin görüş platforması deyil" - AÇIQLAMA"ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlərlə bağlı "Breitbart News" məqaləsini özünün "Truth Social" hesabında paylaşması təkcə informasiya mübadiləsi deyil, həm də siyasi və diplomatik baxımdan diqqətçəkən hadisədir. Bu paylaşım göstərir ki, Şuşa Qlobal Media Forumunda səsləndirilən fikirlər beynəlxalq siyasi dairələrin diqqət mərkəzindədir və qlobal informasiya məkanında rezonans doğurur" - bunu Sonxeber.az -a açıqlama verən "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib:

"Prezident İlham Əliyevin forum zamanı Donald Trampı "sülh adamı" kimi xarakterizə etməsi və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində göstərilən səyləri yüksək qiymətləndirməsi Azərbaycanın sülh gündəliyinə sadiqliyinin növbəti nümayişidir. Eyni zamanda, əvvəlki ABŞ administrasiyalarının uzun illər münaqişənin həllindən daha çox status-kvonun saxlanmasına üstünlük verməsi ilə bağlı səsləndirilən fikirlər regionun son otuz illik geosiyasi reallıqlarına verilən siyasi qiymət kimi qəbul edilə bilər."

Ekspert qeyd edib ki, Donald Trampın bu çıxışdan məhz həmin məqamları önə çıxaran materialı paylaşması onu göstərir ki, Azərbaycanın mövqeyi artıq yalnız regional deyil, qlobal siyasi müzakirələrin də mühüm hissəsinə çevrilir. Bu, Azərbaycanın həyata keçirdiyi müstəqil xarici siyasətin, Prezident İlham Əliyevin beynəlxalq nüfuzunun və ölkəmizin artan geosiyasi rolunun göstəricisidir:

"Hesab edirəm ki, Şuşa Qlobal Media Forumu artıq təkcə media nümayəndələrinin görüş platforması deyil. Forum beynəlxalq informasiya diplomatiyasının mühüm mərkəzinə çevrilib. Burada səslənən fikirlərin dünyanın aparıcı media qurumlarında işıqlandırılması və dövlət başçıları tərəfindən diqqətlə izlənilməsi Azərbaycanın təşəbbüsü ilə yaradılmış bu platformanın nüfuzunu daha da artırır.

Bu hadisə bir daha sübut edir ki, müasir dövrdə informasiya diplomatiyası klassik diplomatiyanın ayrılmaz tərkib hissəsinə çevrilib. Həqiqətlərin beynəlxalq auditoriyaya düzgün çatdırılması, dezinformasiyaya qarşı mübarizə və Azərbaycanın milli maraqlarının qlobal mediada müdafiəsi baxımından Şuşa Qlobal Media Forumu mühüm strateji əhəmiyyət daşıyır.

Hesab edirəm ki, Donald Trampın paylaşımı həm Azərbaycanın beynəlxalq informasiya siyasətinə verilən diqqətin, həm də Prezident İlham Əliyevin beynəlxalq siyasi gündəmdə xüsusi çəkisinin göstəricisidir. Bu, eyni zamanda, Azərbaycanın regionda sülhün və sabitliyin təmin olunmasına yönəlmiş təşəbbüslərinin beynəlxalq səviyyədə diqqətlə izlənildiyini və yüksək qiymətləndirildiyini təsdiqləyən mühüm siyasi siqnaldır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 718   Tarix: 17 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021