Günəşin dərinliklərində nəhəng gümüş ehtiyatları aşkarlanıb
Astrofiziklər müəyyən ediblər ki, Günəşin daxilində əvvəlki ölçmələrin göstərdiyindən 55 faiz daha çox gümüş var.
Oxu.Az İsveçin Uppsala Universitetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu kəşf Günəşin daxilində və Günəş sisteminin ilkin maddəsində gümüşün miqdarı ilə bağlı uzun illər davam edən mübahisəni həll edir.
"Əvvəlki tədqiqatlarda Günəş maddəsində bu metalın konsentrasiyası 4.6 milyard il əvvəl eyni qaz və toz buludundan yaranmış ilkin meteoritlərdəki gümüş payından xeyli aşağı göstərilirdi", - məlumatda qeyd olunub.
Alimlər Günəşin daxili quruluşunu dəqiq təsvir edən üçölçülü model hazırlayıblar. Bu model ulduzun müxtəlif qatlarında elementlərin, o cümlədən yaranması və kainatda toplanması hələ də müzakirə mövzusu olan gümüşün miqdarını müəyyən etməyə imkan verir.
Onun əsasında astrofiziklər Günəşin yuxarı və aşağı qatlarında fərqli miqdarda gümüş olduğu halda onun şüalanma spektrinin necə görünəcəyini hesablayıblar. Hesablamaların nəticələri real Günəş spektri ilə müqayisə edilib və bu, alimlərə Günəşin daxilindəki gümüş miqdarını müəyyən etməyə imkan verib.
Məlum olub ki, Günəşdəki gümüş konsentrasiyası əvvəlki ölçmələrdən təxminən 55 faiz yüksəkdir. Bu isə qədim xondrit meteoritlərində və Günəşin dərin qatlarında olan gümüş miqdarını faktiki olaraq eyniləşdirib.
Alimlərin sözlərinə görə, oxşar üsulla digər ulduzların daxilindəki gümüş miqdarını da ölçmək mümkündür. Bu, müxtəlifölçülü ulduzlarda bu metalın konsentrasiyasındakı kəskin fərqlərin səbəbini və gümüşün ulduzların kimyəvi təkamülü nəticəsində kainatda nə qədər sürətlə toplandığını anlamağa kömək edəcək.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 455 Tarix: 18 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNorveç 2 milyard avro dəyərində hava hücumundan müdafiə raketləri alacaq
Norveç hökuməti aviabazaları və kritik infrastrukturu hava təhdidlərindən qorumaq məqsədilə təxminən 22 milyard Norveç kronu (2 milyard avrodan çox) dəyərində hava hücumundan müdafiə (HHM) raketləri almağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə hökumətin saytındakı məlumatda bildirilib
22 noyabrTramp Rubio və Vensin yanında aparat rəhbərinə prezident olmağı təklif etdi
ABŞ Prezidenti Donald Tramp Ağ Evin aparat rəhbəri Stiven Milleri dünyanın ən güclü adamı adlandıraraq, zarafatla ondan prezidentliyə namizəd olmaq istəyib-istəmədiyini soruşub. Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkə başçısı bu bəyanatla Ağ Evdəki brifinq zamanı çıxış edib. "Hazırda b
21 noyabrKoşta Ukrayna üçün maliyyələşdirməni davam etdirməyi təklif edib
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta Aİ-nin ümumi xərclərin azaldılmasını nəzərdə tutan 2028-2034-cü illər üzrə çoxillik büdcəsinə dair öz təklifini təqdim edib. "Report" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində bildirib. "Konkret olaraq mənim təklifi
21 noyabrÇində elektromobillərin satışları rekord vurur
Çində noyabr ayında hər 10 avtomobil alıcısından 7-nin elektromobilə üstünlük verməsi proqnozlaşdırılır. Benzinlə işləyən avtomobillərin satışları isə azalmağa davam edir. xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri yazıb. Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) proqnozun
22 noyabrZelenski: NATO-da olacayıq və yox demək hələ tezdir
Müttəfiqlər Ukrayna üçün təhlükəsizlik zəmanətinin onun NATO-ya üzvlüyü olduğunu başa düşür. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə onlayn söhbət zamanı bildirib. "Şübhəsiz, bu hər iki tərəfi - həm Ukraynanı, həm də NATO-n
21 noyabrHəkim 2 il xərçəngi aşkarlaya bilmədi: Ailəsinə 7,8 milyon dollar ödəniləcək
ABŞ-də tibbi səhlənkarlıqla bağlı məhkəmə prosesi milyonlarla dollarlıq təzminat qərarı ilə yekunlaşıb. xarici mətbuata istinadən xəbər verir ki, Oreqon ştatının Portlend şəhərində keçirilən məhkəmədə 51 yaşlı Vendi Luinin (Wendi Lui) ölümündə həkimin məsuliyyəti araşdırılıb. Ağciyər xərçəngindən dünyasın
21 noyabrPentaqon rəhbəri ABŞ-ın Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb
ABŞ-ın müdafiə naziri Pit Heqset Kanada ilə hərbi əməkdaşlığın məhdudlaşdırılması barədə göstəriş verib. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Pentaqon rəhbəri müvafiq göstəriş
21 noyabrQəribabadi: İranla ABŞ arasında danışıqlar aparılmır
İranla ABŞ arasında danışıqlar aparılmır. "Report" xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi jurnalistlərə açıqlayıb. "Hələ danışıqlara başlanılmayıb. Buna görə də biz texniki detallar və müxtəlif məsələlərin müzakirəsinə keçə bilmərik", - o bildiri
22 noyabr