Salyanda müəmmalı hadisə: Qoyunlar tapıldı, ÇOBAN YOX - FOTO - VİDEO
"Heyvanları qonşunun oğlu ilə birgə aparıb Xırdalanda satıb".
Oxu.Az xəbər verir ki, bu sözləri İctimai TV-ə Salyanda 84 baş qoyunla birgə yoxa çıxan çobanın işlədiyi təsərrüfatın sahibi İlkin Rüstəmov deyib.
İ.Rüstəmov qoyunlarının 72-ni geri qaytara bildiyini qeyd edib.
"Qoyunlarımı satdığı yeri tapdım, getdim 72-ni alıb gəldim. Satdığı şəxs məndən pul istədi, dedim pulu kimə vermisənsə, get ondan al", - deyə, o qeyd edib.
Çoban Ramiz Rüstəmovun yaxınları bu hadisənin ilk dəfə başlarına gəlmədiyini deyiblər. Bildirilib ki, Ramiz daha əvvəl bir-neçə dəfə də eyni hadisəni törədib, sonra isə evinə qayıdıb, amma hazırda 3-4 gündür ki, ondan xəbər yoxdur.
09:58
Salyan rayonunda 26 yaşlı gəncin heyvanlarla birlikdə yoxa çıxmasının bəzi təfərrüatı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, həmin şəxs heyvanları özü aparıb. Ümumilikdə itdiyi iddia olunan xırdabuynuzlulardan 54-ü qoyun, 30-u keçi olub. 71 baş heyvan tapılsa da, məlum olub ki, R.Rüstəmov 14 baş heyvanı özü ilə aparıb.
Məlumata görə, bu, R.Rüstəmovun törətdiyi ilk hadisə deyil, o, əvvəllər də eyni hadisəni törədib və sonradan evə qayıdıb.
00:42
Salyan rayonunda 26 yaşlı çoban 85 baş qoyun-quzu ilə birlikdə itkin düşüb.
Sonxeber.az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini, 2000-ci il təvəllüdlü Ramiz İlkin oğlu Rüstəmov özlərinə məxsus 85 baş qoyun-quzunu otarmaq üçün örüş sahəsinə aparsa da, geri qayıtmayıb.
Yaxınlarının bildirdiyinə görə, hadisə iki gün əvvəl baş verib və gəncdən həmin vaxtdan etibarən heç bir xəbər almaq mümkün olmayıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda Ramiz Rüstəmovun yerinin müəyyən edilməsi istiqamətində araşdırma və axtarış tədbirləri davam etdirilir.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 763 Tarix: 23 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Jurnalist Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Jurnalist və şair Rüfət Əhmədzadənin meyiti aşkarlanıb. Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Rəbiyyə Zərdabi sosial şəbəkə hesabında paylaşım edib. Hadisənin hansı şəraitdə baş verdiyi və ölümün səbəbi hələlik məlum deyil
22 iyulOnlayn alış-veriş zamanı aldadılan vətəndaş nə etməlidir? - AÇIQLAMA
Onlayn alış-veriş gündəlik həyatın ayrılmaz hissəsinə çevrilsə də, internet üzərindən dələduzluq halları da artmaqdadır. Məhsulun göndərilməməsi, sifariş ediləndən fərqli malın çatdırılması, saxta səhifələr vasitəsilə pulun mənimsənilməsi kimi hallarla üzləşən vətəndaşlar çox vaxt hansı hüquqi addımlar
23 iyul"Lazeroloq üzümü yandırıb..." - Foto
"Gənclikdə yerləşən "Paris Beaute" Estetik Mərkəzinin qeyri-peşəkar lazeroloqu üz dərimin yanmasına səbəb olub, artıq günlərdir ki, yaranmış qızartılar azalmır". Bu şikayətlə "Qafqazinfo"ya vətəndaş Türkan Şirinova müraciət edib. Zərərçəkmişin sözlərinə görə, prosedur laze
22 iyulAzərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir
Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan azərbaycanlıların ən çox üz tutduğu ölkələr, universitetlər və ixtisas istiqamətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Dövlət Proqramı İdarəetmə Qrupundan bildirilib ki, 2019-2023-cü illər üzrə Dövlət Proqramı çərçivəsində iştirakçıların ən çox təhsi
21 iyulElnarə Abdullayeva qardaşının ölümündən danışdı: "63 yaş nədir ki..."
Əməkdar artist Elnarə Abdullayevanın qardaşı Yaqub vəfatı edib. Əməkdar artist qardaşı Yaqubun vəfatı ilə bağlı Qaynarinfo-ya açıqlama verib. Xanəndə bildirib ki, qardaşı bir müddət əvvəl infarkt keçirib və həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb:. "Getdi
22 iyul22 yaşlı Elgünün axtarışları davam edir - Video
İyulun 15-i paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə, nəzarətsiz ərazidə batan 2004-cü il təvəllüdlü Elgün Elçin oğlu Qarayevin axtarışları davam etdirilir. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirili
23 iyulAzərbaycanda zorakılığa məruz qalan kişilərin sayı AÇIQLANDI
2026-cı ilin ilk altı ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı ümumilikdə 292 müraciət daxil olub. xəbər verir ki, bu barədə -ın sorğusuna cavab olaraq dövlət komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib. Bildirilib ki, məişət zorakılığ
23 iyulUEFA reytinqi: Azərbaycan İsrailə daha da yaxınlaşıb
Azərbaycan UEFA reytinqində İsrailə daha da yaxınlaşıb. "Report" xəbər verir ki, bu,"Sabah"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Finlandiya təmsilçisi "KuPS"u məğlub etməsi (1:0) sayəsində mümkün olub. Beləliklə, ölkənin cari mövsümdə qazandığ
22 iyulAzərbaycanda bəzi şəxslər Sudana vizasız gedə biləcəklər
Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş təsdiqlənib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Qeyd edək ki, saziş 2026-cı il mayın 19-d
22 iyul