Aşıq Azərin həyatı təhlükədə
Uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkən aşıq Azər Xanlaroğlunun səhhəti yenidən pisləşib. Bu səbəbdən o, təcili əməliyyat olunmaq üçün Türkiyəyə yola düşüb. Lakin aşığın əməliyyat olunmağa maddi durumu imkan vermir. Onun ilk əməliyyatı üçün 15 min dollar lazımdır.
Azər Xanlaroğluna yardım üçün artıq sosial şəbəkədə yardım kampaniyası başladılıb. Musavat.com xəbər verir ki, şair Ehtiram İlham sosial şəbəkədə kampaniya haqda məlumat yayıb və imkanlı şəxslərdən yardım istəyib:
"Aşıq Azər Xanlaroğlu səhhətindəki problemlər ilə bağlı bir neçə gündür ki, Türkiyədədir. Təcili əməliyyat olunmalıdır. Əməliyyat olunmasa, nəinki ayağını, həyatını itirə bilər. Ona görə də biz dostları sosial şəbəkədə həyəcan təbilli çalırıq və ona yardım üçün kampaniyaya başlamışıq. Kampaniyamıza qoşulanlar olsa da, sayları çox azdır. Ötən hər gün Azərin ömründən gedir, bu da bizi narahat edir.
Azər Xanlaroğlu təkidlə imkanı olan hər kəsdən ona kömək etməyi xahiş edir. Çünki ilkin əməliyyat üçün 15 min dollar lazımdır. Azərin isə buna imkanı çatmır. Əməliyyat üçün lazım olan məbləği əldə etmək üçün Azər həm özünün köhnə "Lexus" avtomobilini, həm də atasından yadigar qalan evi satmaq fikrindədir. Azər imkanı olanlardan acizanə surətdə heç olmasa bu işdə ona yardım etmələrini xahiş etdi. Həmçinin, ediləcək yardımın artıqlaması ilə qaytarılacağını çatdırmağımızı istədi.
Gözəl bir sənətkarın, qeyrətli bir vətən oğlunun və əziz bir dostun tək xahişi bunlar oldu .
Azərin həyatı hamımızın əlindədir. Köməyinizi əsirgəməyin".
Qeyd edək ki, mərhum Aşıq Xanların oğlu, 33 yaşlı aşıq Azər 3 ildir hepatit xəstəliyindən əziyyət çəkir. Onun ayağında şiş – fil xəstəliyi var. Eyni zamanda aşığın qaraciyəri dəyişdirilməlidir.
Aşıq Azər üçün hesab nömrəsi açılıb. Ona yardım etmək istəyən şəxslər üçün həmin hesab nömrəsini təqdim edirik:
IBAN Numaram:
TR960004601409001000008657
Hesab Numaram: 1409-0008657
Swift kod: AKBKTRIS
Soyad Ad: Yusifli Inci
Bank: Akbank
musavat
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 4193 Tarix: 22 mart 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qusarda ağır qəza: İki nəfər ölüb, dörd nəfər yaralanıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərha
14 dekabrMəktəblilər arasında bıçaqlı dava: 16 yaşlı yeniyetmə yaralanıb - VİDEO
Türkiyənin Kocaeli vilayətinin Körfəz rayonunda parkda lisey şagirdləri arasında baş verən bıçaqlı dava nəticəsində 16 yaşlı yeniyetmə xəsarət alıb. türk mediasına istinadən xəbər verir ki, hadisə Fatih məhəlləsi, Cumhuriyet prospekti üzərində yerləşən parkda qeydə alınıb. Əldə olunan məlumata görə
15 dekabrBakıda toy karvanında 6 maşın toqquşdu - Video
Bakıda toy karvanında zəncirvari qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Qəza nəticəsində 6 avtomobil toqquşub. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hadisə ilə əlaqədar toy karvanlarında hərəkət edən sürücülərə müraciət edib
15 dekabrQapısı açıq "Hyundai"dan oğurluq edən şəxs saxlanıldı
Paytaxtın Nəsimi rayonunda "Hyundai" markalı avtomobildən pul və bank kartı oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinə
14 dekabr72 yaşlı kişi təmir etdiyi avtomobilin altında qalıb öldü
Gəncədə 72 yaşlı kişinin üzərinə təmir etdiyi avtomobili düşməsi nəticəsində ölüb. xəbər verir ki, hadisə şəhərin S.Qazıyev küçəsində baş verib. 1953-cü il təvəllüdlü Həbib Həsən oğlu Hüseynov evinin qarşısında VAZ-21011 markalı avtomobilini təmir edən zaman qaldırıcı qırılıb, nəticəsində onun avtomobi
14 dekabrDənizə düşən 32 yaşlı şəxsin meyiti tapılıb
Türkiyənin Samsun şəhərinin Atakum rayonunda dənizə düşdüyü iddia edilən 32 yaşlı kişinin cansız bədəni dalğıc polis əməkdaşları tərəfindən tapılıb. türk mediasına istinadən xəbər verir ki, Hadisə Atakum rayonunun Cümhuriyyət məhəlləsində yerləşən Çobanlı körpüsündə baş verib. İlkin məlumata görə, bi
16 dekabr