ŞOK İDDİA: "Universal Hospital"da sertifikatsız həkim qalmaqalı ilə bağlı yeni faktlar

ŞOK İDDİA: "Universal Hospital"da sertifikatsız həkim qalmaqalı ilə bağlı yeni faktlarSon zamanlar ölkəmizdə qanunsuz fəaliyyət göstərən həkimlərin sayı durmadan artır. Bakıda göbələk kimi artan klinikalarda qanunsuz fəaliyyət göstərən "həkim"lərin qurbanları da günbə-gün artır. Hər gün hansısa klinikada həkim səhlənkarlığının qurbanı barədə məlumat yayılıb. Son illər ərzində bu sahəyə diqqətin bir qədər artırılması müəyyən mənada həkim səhlənkarlığının azalmasına səbəb olub. Amma yenə qanunsuz fəaliyyət göstərən həkimlər var və onların qurbanları da sözsüz olur.

Vətəninfo.az xəbər saytının 07.08.2026-cı il tarixdə yayımladığı "Qanunsuz cərrahiyyə təhlükəsi: ‘Universal Hospital’da sertifikatsız həkim" başlıqlı tənqidi yazısından sonra redaksiya ölkədə estetik cərrahiyyə sahəsində hökm sürən qanunsuzluqları araşdırmaq qərarına gəlib. Aparılan ilkin araşdırmalar zamanı çoxsaylı qanun pozuntuları ortaya çıxıb.

Əldə edilən məlumatlara əsasən, əvvəllər "Laser Beauty Clinic"də fəaliyyət göstərən, hal hazırda isə "Universal Hospital"-da estetik cərrah kimi çalışan Natavan Əmirovanın estetik cərrah kimi fəaliyyət göstərməsinin qanuna zidd olduğu aşkar olunub.

Qanuna görə Natavan Əmirovanın estetik cərrah kimi fəaliyyət göstərməsi qanunla cinayətdir. Həmçinin onun estetik cərrah kimi açlışması, pasiyent qəbul etməsi birbaşa qanunvericiliyin pozulmasıdır.

Məsələnin rəsmi tərəfini dəqiqləşdirmək məqsədilə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) ilə əlaqə saxladıq. Qurumdan Vətəninfo.az-ın sorğusuna cavab olaraq bildirildi ki, Səhiyyə Nazirliyinin rəsmi saytında estetik əməliyyatların keçirilməsi üçün müvafiq sertifikasiyadan keçmiş həkimlərin siyahısı açıq şəkildə yerləşdirilib: "Əgər həmin şəxsin adı rəsmi siyahıda yoxdursa, deməli, onun hər hansı tibb müəssisəsində, o cümlədən ‘Universal Hospital’da bu istiqamətdə fəaliyyəti tamamilə qanunsuzdur".

Məqalə işıq üzü görəndən sonra müxtəlif mənbələrdən redaksiyaya daxil olan məlumatlarda iddia edilir ki, yayılan bu tənqidi xəbərlərdən ciddi şəkildə təşvişə düşən Natavan Əmirova media qurumunun rəhbərliyini hədəfə alıb və nəyin bahasına olursa-olsun yazını yayan redaksiyanı cəzalandırmağa çalışır.

Məsələ ilə bağlı Vətəninfo.az saytının baş redaktoru Nahid Canbaxışlı açıqlama verərək bildirib ki, qarşı tərəfə yaxın şəxslər vasitəsilə ona qarşı açıq təhdidlər səsləndirilib: "Birbaşa mənə hələ ki, zəng edən olmayıb, lakin yaxından tanıdığım bir şəxsə çıxaraq məni öldürəcəklərini bildirib və hədə-qorxu gəliblər. Biz KİV haqqında qanuna istinadən cəmiyyəti maraqlandıran, ictimai təhlükə doğuran məlumat yaymışıq. Əgər Natavan xanım estetik və plastik cərrahlıqla qanunsuz şəkildə məşğuldursa, bu, bizim yox, qanunları pozanların günahıdır. Buna görə də geri çəkilməyəcək, məsələni sonuna qədər araşdıracağıq".

Ən təəssüf doğuran məqamlardan biri odur ki, qaldırılan ciddi ittihamlara baxmayaraq, Natavan Əmirova bu gün də "Universal Hospital"da fəaliyyətini davam etdirir. Hospital rəhbərliyinin hansı səbəblərdən və hansı maraqlardan irəli gələrək bu qanunsuzluğa göz yumması hələ də sual altındadır.

Redaksiya olaraq məsələyə aydınlıq gətirmək üçün yenidən "Universal Hospital" ilə əlaqə saxlasaq da, qarşı tərəfdən yalnız Natavan Əmirovanın köməkçisinin nömrəsi təqdim olunub və qəbula düşmək, yaxud növbəyə yazılmaq üçün məhz həmin şəxslə əlaqə saxlanılması tövsiyə edilib. Bu isə xəstəxana rəhbərliyinin ictimaiyyəti haqlı olaraq narahat edən suallardan yayındığını açıq şəkildə göstərir.

Vətəninfo.az olaraq vətəndaşların sağlamlığını təhlükəyə atan qanunsuz estetik fəaliyyətləri nəzarətdə saxlayacaq və müvafiq dövlət qurumlarının bu məsələyə hüquqi qiymət verməsi üçün təhqiqatları davam etdirəcəyik.

https://www.instagram.com/reel/DbqpNjFNbb1/?igsh=MTZ1eWZ0bXc1anhwYg%3D%3D#


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 268   Tarix: 17 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda axşam konsertləri davam edir - Fotolar

Ötən həftədən etibarən Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə açıq hava konsertlərinə start verilib. xəbər verir ki, ötən gün yenidən paytaxtın dörd rayonunda sakinlərimizin və şəhərin çoxsayl

17 avqust
.

Əhalinin sayı açıqlandı

Azərbaycanda əhalinin sayı açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. İlin əvvəlindən ölkə əhalisinin sayı 11 099 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il iyul ayının 1-i vəziyyətinə 10 273 450 nəfərə çatıb. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşki

17 avqust
.

İrpen şəhərinin fəxri vətəndaşı: Azərbaycanın uğurlu xarici siyasətinə verilən yüksək qiymət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ukraynanın İrpen şəhərinin "fəxri vətəndaşı" vəsiqəsinin təqdim edilməsi ölkəmizin beynəlxalq nüfuzunun və Azərbaycan-Ukrayna münasibətlərinin inkişafının diqqətçəkən göstəricilərindən biridir. Bu hadisə ilk növbədə Azərbaycan Prezidentini

17 avqust
.

Bakıda ət qiymətinə satılan meyvə - FOTO

Sosial mediada marketlərdə ərik qiymətlərinin baha olması müzakirələrə səbəb olub. Yay mövsümündə əriyin bir kiloqramının 17-18 manata təklif edilməsi birmənalı qarşılanmayıb. Bəs bu yüksək qiymət nədən qaynaqlanır? Qiymətləri kim və necə tənzimləməlidir?. -a danışan iqtisadçı Eyyub Kərimli bildiri

16 avqust
.

Sabah çimərliklərdə külək əsəcək

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a bildirilib ki, avqustun 18-də mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25,. Cənub çimərliklərində: (Türkan

17 avqust
.

Kişilərin tək başına çimərliklərə girişi qadağan edilir? - AÇIQLAMA

İstanbulda bəzi çimərliklərdə tək kişilərin və yalnız kişilərdən ibarət qrupların girişinə tətbiq olunan məhdudiyyətlər çimərliklərdə təhlükəsizlik, ictimai davranış və turizm siyasəti ilə bağlı müzakirələrə səbəb olur. Azərbaycanda oxşar məhdudiyyətin tətbiqi isə həm hüquqi və bərabərlik prinsipləri

17 avqust
.

Evlənən və boşananların sayı azalıb

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci yarısında 19 224 nikaha daxilolma və 9776 boşanma halları qeydə alınıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərin

17 avqust
.

Bu ərazilərdə işıq olmayacaq

Azərbaycanın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq. xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanmas

17 avqust
.

"Dua edirdim ki, Allah, anam ölməsin, qəbul olmadı"

Mərhum Əməkdar artist Xanım Qafarovanın qızı Gövhər anası ilə bağlı xatirələrini bölüşüb. Axşam.az xəbər verir ki, o, bu barədə "Baku TV"yə açıqlamasında danışıb. Gövhər anasının övladı üçün çətinliklərə dözdüyünü və çox çalışdığını bildirib:. "Anam riskə gedən, övladı üçün çətinliyə dözə

17 avqust