Bakıda axşam konsertləri davam edir - Fotolar
Ötən həftədən etibarən Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə açıq hava konsertlərinə start verilib.
Sonxeber.az xəbər verir ki, ötən gün yenidən paytaxtın dörd rayonunda sakinlərimizin və şəhərin çoxsaylı qonaqlarının sevimli istirahət yerlərindən olan istirahət parklarında axşam konsertləri keçirilib.
Bu dəfəki konsert proqramları Xətai rayonundakı "Nizami Gəncəvi" parkında, Nərimanov rayonunda "Gənclik" metro stansiyasının yaxınlığındakı parkın amfiteatrında, Yasamal rayonunun Meşə parkında, Nizami rayonundakı Heydər Əliyev və Mərkəzi Nəbatat parkında parklarda təşkil edilib.
Konsert proqramlarının təşkil edildiyi park və istirahət bağları paytaxt sakinlərinin ən çox üz tutduğu istirahət məkanlarısırasındadır. Burada insanların asudə vaxtlarını rahat və mənalı keçirməsi üçün hər cür şərait yaradılıb. Geniş yaşıllıq zolaqları, istirahət guşələri və uşaq əyləncə meydançaları bu məkanları hər yaşdan olan ziyarətçilər üçün cəlbedici edir. Gün ərzində uşaqlar burada oynayır, ailələr piknik edir, gənclər və yaşlı nəslin nümayəndələri isə təmiz hava və sakit mühitdən zövq alaraq dincəlirlər. Bu parklar minlərlə sakinin sevimli görüş və istirahət ünvanına çevrilib.
Peşəkar və gənc ifaçıların, musiqi qruplarının bir araya gəldiyi konsertlərdə estrada, xalq və klassik musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar səsləndirilib. Rəngarəng repertuar, canlı ifalar və xoş atmosfer parklara istirahət üçün üz tutan sakinlərə unudulmaz axşam yaşadıb.
İfaçıların çıxışları tamaşaçılar tərəfindən maraq və alqışlarla qarşılanıb. Sakinlər, xüsusilə konsertdə iştirak edən müxtəlif yaş qruplarına aid uşaqlar, gənclər xoş musiqilərin sədaları altında rəqs ediblər.
Axşam konsertləri gələn həftənin şənbə günü də təşkil ediləcək.










Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 735 Tarix: 17 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
4 Oktyabr - Cəbrayıl Şəhəri Günü: Zəfər tariximizin parlaq səhifəsi
4 Oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış mübarizənin mühüm səhifələrindən birini özündə əks etdirir. Cəbrayılın aza
2 oktyabrYAP sədrinin səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb
Yeni Azərbaycan Partiyasının sədrinin seçki proseduru dəyişib. APA-ya istinadla xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. Nizami Səfərov bildirib ki, hazırda qüvvədə olan Nizamnaməy
2 oktyabrBakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd
1 oktyabrMəktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı
Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib. xəbər verir ki, bu barədə APA-ya Qazax-Tovuz Regional Tədris idarəsindən məlumat verilib. Bildirilib ki, qey
2 oktyabrŞəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi
3 oktyabrBakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə
2 oktyabr