Kişilərin tək başına çimərliklərə girişi qadağan edilir? - AÇIQLAMA
İstanbulda bəzi çimərliklərdə tək kişilərin və yalnız kişilərdən ibarət qrupların girişinə tətbiq olunan məhdudiyyətlər çimərliklərdə təhlükəsizlik, ictimai davranış və turizm siyasəti ilə bağlı müzakirələrə səbəb olur. Azərbaycanda oxşar məhdudiyyətin tətbiqi isə həm hüquqi və bərabərlik prinsipləri, həm də turizm sektoruna mümkün təsirləri baxımından ayrıca qiymətləndirilməlidir.
Bəs, belə bir qayda təhlükəsizliyin təmin olunmasına real töhfə verə bilərmi, yoxsa ayrı-seçkilik və turistlər üçün mənfi imic yaratmaq riski daha yüksək olar?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən turizm eksperti Cəfər Qarayev bildirib ki, "tək kişi və ya yalnız kişilərdən ibarət qrup daxil ola bilməz" formasında ümumi qadağanın tətbiqi həm hüquqi, həm də turizm baxımından problemli ola bilər.
"Azərbaycan Konstitusiyasının 25-ci maddəsi kişi və qadınların bərabər hüquqlara malik olduğunu və cinsə görə hüquqların məhdudlaşdırılmasını qadağan edir. "Gender bərabərliyinin təminatları haqqında" Qanun da cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını qadağan edir. Buna görə dövlət və ya bələdiyyə tərəfindən idarə olunan ictimai çimərliklərdə şəxsin yalnız kişi olduğuna görə girişinin qadağan edilməsi ciddi hüquqi əsaslandırma tələb edir. Turizm baxımından isə Azərbaycanda daha uğurlu model "kişilərə qadağa" deyil, "Family Beach" və ya ailə zonası konsepsiyası ola bilər. Məsələn, turistlərin sıx olduğu bəzi özəl çimərliklərdə və beach club-larda ayrıca ailə zonaları yaradıla bilər. Burada ailələrə, uşaqlı qonaqlara və cütlüklərə daha sakit mühit təqdim edilər, digər ümumi zonalar isə hamı üçün açıq saxlanılar".
Ekspert bildirib ki, bununla yanaşı, təhlükəsizliyə daha birbaşa təsir edən tədbirlər görülə bilər:
"Peşəkar mühafizə əməkdaşlarının cəlb edilməsi, girişdə davranış qaydalarının açıq şəkildə göstərilməsi, sərxoş və aqressiv şəxslərin əraziyə buraxılmaması, qadınlara və digər qonaqlara qarşı narahatedici davranışa sıfır tolerantlıq, kamera nəzarəti və kifayət qədər xilasedicinin olması bu tədbirlərə aiddir. Turizmə təsiri isə iki istiqamətdə ola bilər. Ailə yönümlü çimərliklərdə "ailəvi zona" konsepsiyası qonaqlarda rahatlıq və təhlükəsizlik hissini artıra bilər. Digər tərəfdən, bütün tək kişilərə və yalnız kişilərdən ibarət qruplara ümumi qadağa qoyulması kişi turistlər, işgüzar səfərdə olan şəxslər və dost qrupları tərəfindən ayrı-seçkilik kimi qəbul edilə və Azərbaycanın turizm imicinə mənfi təsir göstərə bilər. Bu baxımdan əsas məqsəd müəyyən bir qrupu çimərlikdən kənarlaşdırmaq deyil, təhlükəsizliyi davranışa əsaslanan qaydalarla təmin etmək və eyni zamanda ailələr üçün rahat istirahət imkanları yaratmaq olmalıdır".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı