Bakıda ət qiymətinə satılan meyvə - FOTO
Sosial mediada marketlərdə ərik qiymətlərinin baha olması müzakirələrə səbəb olub. Yay mövsümündə əriyin bir kiloqramının 17-18 manata təklif edilməsi birmənalı qarşılanmayıb.
Bəs bu yüksək qiymət nədən qaynaqlanır? Qiymətləri kim və necə tənzimləməlidir?
Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli bildirib ki, qiymətlər tələb və təklif əsasında formalaşır:
"Burada əsas prinsipi rəqabətlilik formalaşdırır. Paytaxtda müxtəlif məhsullar üzrə fərqli qiymətlər müşahidə olunur. Bəzi məhsullar müəyyən ticarət mərkəzlərində daha ucuz, şəhər mərkəzində isə daha baha satılır. Hər məhsulun öz alıcısı mövcuddur".
Ekspert deyib ki, bu gün bazarlarda əriyin qiyməti 18 manatdır:
"Lakin bəzi yerlərdə onu daha ucuz qiymətə əldə etmək də mümkündür. Bu istiqamətdə insanların seçim imkanları var. Vətəndaşlar istədikləri yerdən büdcələrinə uyğun məhsul ala bilərlər.
Hesab edirəm ki, əgər məhsul bu qiymətə satışa çıxarılıbsa, deməli, onun alıcısı da var. Bu o demək deyil ki, qiymət mütləq bahadır. Əgər həmin məhsulun alıcısı olmasaydı, bu qiymət də formalaşmazdı. Bu kimi məsələlərə normal yanaşmaq lazımdır. Əsasən geyim məhsullarında da bu cür halların şahidi oluruq".

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2092 Tarix: 16 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDaha bir vəkil həbs edildi
Azərbaycanda daha bir vəkil həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, vəkil Elçin Əmirov polis tərəfindən tutulub. 9 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil polisə daxil olan vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-c
16 noyabrŞəmkirdə meyiti tapılanlarla bağlı - Yeni detallar
Ötən gün Şəmkirdə evdə iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, ilkin araşdırmalar zamanı rayonun Varlı Həyat kəndində 1968-ci il təvəllüdlü Rəfi Mustafayevin özünə məxsus evdə qeyri-rəsmi münasibətdə yaşadığı qadını qətlə yetirməsin
17 noyabr"20 Yanvar"da qəza - Motosikletçi öldü
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb
17 noyabr"Parlament danışmaqxana deyil" - Spikerdən deputata irad
"Ötən gün keçirilən plenar iclasda çıxış üçün verilən reqlament 10 dəqiqədən 5 dəqiqəyə endirildi. Hansı deputat 3 dəqiqə danışmaq istəyirsə, danışsın. Başqalarına niyə yol göstərirlər? Bura Milli Məclisdir, danışmaqxanadır. Danışmağa sərhəd qoymaq olmaz". "Qafqazinfo" xəbər veri
17 noyabr