Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEOBakı-Qazax magistral yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hərəkətdə olan VAZ-2106 və KIA markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində beş nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada həyatını itirib.

Oxu.Az "Xəzər" TV-yə istinadən hadisə yerindən görüntüləri təqdim edir:

21:48

Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində baş verən ağır qəzada ölənlərin sayı artıb.

Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, yaralılardan VAZ-2106 markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Əlizamin Aslanov ölüb.

20:48

Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan şəxslərin adları məlum olub.

Sonxeber.az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 2018-ci il təvəllüdlü Z.Vəliyeva və 1992-ci il təvəllüdlü H.Həmzəyeva həyatını itirib.

Hadisə zamanı 1981-ci il təvəllüdlü Ə.Aslanov, 1982-ci il təvəllüdlü A.Cəfərli, 1976-cı il təvəllüdlü Z.Hüseynova, 1976-cı il təvəllüdlü S.Hüseynli, 1973-cü il təvəllüdlü E.Hüseynov, 1972-ci il təvəllüdlü E.Hüseynli, 2021-ci il təvəllüdlü Q.Aslanov və 14 yaşlı Z.Aslanova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılardan bəzilərinin müalicəsi Şəmkir Rayon Mərkəzi Xəstəxanasında, digərlərinin isə Gəncə şəhərində yerləşən xəstəxanalardan birində davam etdirilir.

Qeyd edək ki, qəza Gədəbəy rayon sakini, 1973-cü il təvəllüdlü Elnur Hüseynovun idarə etdiyi "KIA Sorento" markalı minik avtomobili ilə Şəmkir rayonunun Mahmudlu kənd sakinləri, 1981-ci il təvəllüdlü Ə.Aslanovun idarə etdiyi VAZ-2106 markalı avtomobilin toqquşması nəticəsində baş verib.

20:22

Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların sayı 7-yə çatıb.

Sonxeber.az xəbər verir ki, bu barədə APA məlumat yayıb.

19:58

Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsində ölən iki şəxsin kimliyi məlum olub.

Sonxeber.az APA-ya istinadən xəbər verir ki, onlar 2009-cu il təvəllüdlü E.Məmmədov və 1988-ci il təvəllüdlü İ.Məmmədovadır.

Qəza zamanı daha beş nəfərin xəsarət aldığı bildirilir.

19:08

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı artıb.

Sonxeber.az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində həlak olanların sayı 5-ə yüksəlib.

Məlumata görə, ölənlər arasında iki uşaq da var.

18:38

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sonxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan VAZ-2106 markalı avtomobillə KIA markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində dörd nəfər ölüb, xəsarət alanlar var.

Hadisə ilə bağlı araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 2096   Tarix: 17 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - Video

Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verən amansız qətlin dəhşətli təfərrüatı məlum olub. -a istinadla xəbər verir ki, həyat yoldaşını amansızlıqla qətlə yetirən Əsgər Ağarəhim oğlu Hüseynovun kecmişi ilə bağlı diqqətçəkən məqamlar ortaya çıxıb. 1993-cü ildə Lerik rayonunda anadan olan Əsgər Hüseyno

4 oktyabr
.

Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı

Gürcüstanın Marneuli rayonunda 13 yaşlı azərbaycanlı yeniyetmə qız əkiz uşaq dünyaya gətirib. xəbər verir ki, bu barədə ictimai fəal Samirə Bayramova məlumat yayıb. O, körpələrdən birinin doğum evində öldüyünü, digərinin vəziyyətinin isə ağır olduğunu qeyd edib. S.Bayramova APA-nın yerli bürosuna bildiri

2 oktyabr
.

Abşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT

Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə

5 oktyabr
.

DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var

Bakı və Gəncədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Bakı və Gəncə şəhərlərində keçirdiyi tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsind

3 oktyabr
.

Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video

Səhər saatlarında Qaradağ rayonu ərazisində qəza baş verib. "Yeni Sabah"a istinadən xəbər verir ki, hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. İlkin məlumata görə avtobus gənc əsgərləri daşıyırmış

9 oktyabr
.

Bakıda ağır qəza - 4 ölü - Yenilənib

Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsind

7 oktyabr
.

14 yaşlı qız dəm qazından öldü

Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm

12 oktyabr
.

Bilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili

14 oktyabr
.

Masazırda mənzildə yanğın oldu - VİDEO

Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl

30 sentyabr