Virus, yoxsa ZƏHƏRLƏNMƏ? - Necə ayırmaq lazımdır?

Virus, yoxsa ZƏHƏRLƏNMƏ? - Necə ayırmaq lazımdır?Qusma, ishal, qarın ağrısı və halsızlıq kimi əlamətlər həm qida zəhərlənməsi, həm də virus infeksiyaları zamanı ortaya çıxa bilər və bu səbəbdən onları yalnız simptomlara əsasən ayırmaq həmişə mümkün olmur. Xüsusilə yay aylarında bu əlamətlərlə bağlı müraciətlərin artması vətəndaşların ilkin fərqləndirmə barədə məlumatlı olmasını vacib edir.

Bəs, əlamətlərin nə qədər müddət sonra başlaması, xəstəliyin davametmə müddəti və digər müşayiətedici simptomlar qida zəhərlənməsi ilə virus infeksiyasını fərqləndirməyə nə dərəcədə kömək edir və hansı hallarda mütləq həkimə müraciət olunmalıdır?
Virus, yoxsa ZƏHƏRLƏNMƏ? - Necə ayırmaq lazımdır?Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən tibb eksperti Adil Qeybulla bildirib ki, ümumiyyətlə, öskürək, ishal və qarın ağrısı kimi şikayətlər çoxsaylı xəstəliklərin əlaməti ola bilər.

"Bunları insanın özü fərqləndirməsi mümkün deyil, diaqnozu həkim müəyyənləşdirir. Konkret diaqnozun qoyulması üçün klinik protokollar və müvafiq yol xəritələri mövcuddur və həkim beynəlxalq prinsiplərə əsaslanaraq xəstənin vəziyyətini qiymətləndirir. Ona görə də insanın öz şikayətinə əsasən xəstəliyi müəyyənləşdirməsi və buna uyğun dərman qəbul etməsi qətiyyən yolverilməzdir. Qarın boşluğunda səbəbsiz ağrılar və ishal müxtəlif xəstəliklərdən, o cümlədən xoralı kolit və Kron xəstəliyindən qaynaqlana bilər. Bunun səbəbini yalnız həkim müayinədən sonra müəyyən edə bilər. Bu səbəbdən hər hansı ciddi və davamlı şikayət müşahidə olunursa, mütləq həkimə müraciət edilməli və diaqnoz mütəxəssis tərəfindən qoyulmalıdır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 546   Tarix: 27 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gözlərə də soyuq olur

Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his

10 oktyabr
.

Hansı su daha faydalıdır: Soyuq, yoxsa otaq temperaturunda?

Bəziləri buzlu su içməyi xoşlayır, digərləri isə limon dilimi əlavə edilmiş ilıq suyun daha faydalı olduğuna inanır. Bəs suyun temperaturu həqiqətən əhəmiyyətlidirmi?. Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" yazıb. Magistr dərəcəsi olan qeydiyyatdan keçmiş diyetoloq-nutritionis

6 oktyabr
.

Qlobal istiləşmə insanları sağlam dəridən məhrum edir

İqlim dəyişikliyi bütün dünyada insanların dərisinə ciddi zərər vurur və yeni xəstəlik dalğalarının yaranmasına səbəb olur. Qaynarinfo xəbər verir ki, beynəlxalq tədqiqatçılar qrupunun gəldiyi bu nəticələr Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Dermatologiya və Venerologiya Akademiyasının (EADV

30 sentyabr
.

Bədən niyə daim enerji xərcləyir? - Alimdən heyrətləndirən açıqlama

"İnsan bədəni heç bir fəaliyyət göstərmədikdə belə, ümumi enerjinin 40%-ə qədərini xərcləyir. Bu enerji hüceyrələri reaksiyaya daim hazır vəziyyətdə saxlamaq üçün istifadə olunur. İstər fiziki hərəkət, istər düşüncə, istərsə də xatirələr olsun - ani reaksiyanın mümkünlüyü hazırlıq prosesinin bi

4 oktyabr
.

Allergiya qəfil yarana bilər: Səbəbləri nələrdir?

Allergiya həyatın istənilən mərhələsində, hətta yetkinlik dövründə belə qəfil yarana bilər. Araşdırmalar yeni allergiyaların yaranmasına infeksiyalar, hormonal dəyişikliklər, antibiotik istifadəsi və gənə dişləməsi kimi müxtəlif amillərin səbəb ola biləcəyini göstərir. Qaynarinfo xəbər verir ki, ABŞ-ı

2 oktyabr
.

Yaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı

Yaşlı insanların gün doğmamış oyanması, yeniyetmələrin isə günortayadək yatmağı sevməsi barədə çoxlu zarafatlar var. Məlum olur ki, bu zarafatlarda müəyyən həqiqət payı var. Orqanizmin təbii olaraq yuxuya getdiyi və oyandığı vaxt yalnız genetika ilə deyil, həm də təbii qocalma prosesi ilə əlaqəlidir

13 oktyabr
.

İnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?

Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav

5 oktyabr
.

Yuxusuzluq insult riskini 26 faiz artıra bilər - Alimlərdən yeni araşdırma

Yuxu pozğunluğu ilə insult riski arasında əlaqə olduğu müəyyənləşib. Alimlərin apardığı araşdırmaya görə, yuxusuzluqdan əziyyət çəkən insanlarda insult ehtimalı daha yüksəkdir. xəbər verir ki, Bolonya Neyroloji Elmlər İnstitutunun mütəxəssisləri müxtəlif tədqiqatların nəticələrini təhlil ediblər. İnsultl

29 sentyabr
.

Səsiniz qocalmağınızdan xəbər verə bilər - Alimlərdən yeni kəşf

Süni intellekt texnologiyaları insan orqanizmindəki yaşlanma prosesini qiymətləndirmək üçün yeni imkanlar yaradır. Alimlər insanın səsindən istifadə etməklə onun bioloji yaşlanmasının sürətini müəyyən edə bilən süni intellekt sistemi hazırlayıblar. Ölkə.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırm

8 oktyabr