"Allahım, qızımı sənə əmanət edirəm, onu qoru"
Əməkdar artist Aybəniz Haşımova bloger qızı Aynişan Quliyeva ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, ifaçı qızı ilə yayımladığı fotoya bunları yazıb:
"Şükür olsun sənə, Rəbbim. Hər zaman məni eşidirsən, heç kimin yanında utandırmırsan. Qarşıma çıxan insanlara az da olsa kömək edə bilməyim üçün mənə imkan yaradırsan. Mənə zaman, möhlət verirsən, yol göstərirsən, hər zaman yoluma işıq salırsan.
Mən də istəyirəm ki, sənin mənə verdiyin o işığı qarşıma çıxan insanların yollarına salım. Bu ömür yolunda yanımda olan, yolumdan keçən heç bir insan qaranlıqda qalmasın. Əlimdən gələn qədər birinə ümid, birinə dayaq, birinə işıq olum. Çox şükür sənə, Rəbbim. Səndən çox razıyam.
Hamının balasına əl uzadan bu əllərimi bu gün sənə açıram, Rəbbim. Mənə bu dünyada bir övlad əmanət etmisən, mənim Aynişanım, balam, canım, ən böyük əmanətim. Rəbbim, mənim qızıma həmişə sən kömək ol. Onu heç vaxt əllərindən, mərhəmətindən, pənahından məhrum etmə. Hər addımında onu qoru, qarşısına xeyirli insanlar çıxar, yolunu işıqlı et.
Mən bu dünyada oldum-olmadım, sən mənim övladımdan müğayət ol, Rəbbim. Onu sənə əmanət edirəm, Allahım. Mənə verdiyin hər nəfəsə, hər günə, möhlətə, yaxşılığa və ən əsası, balama görə sənə sonsuz şükürlər olsun".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
Xəbər verdiyimiz kimi, britaniyalı supermodel Naomi Kempbell Bakıya gəlib. Qaynarinfo xəbər verir ki, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün paytaxtımıza təşrif buyuran model keçmiş italiyalı milyonçu nişanlısı, 76 yaşlı iş adamı Flavio Briatore ilə Bakıda görüşüb. Keçmiş cütlük pit-ley
25 sentyabrSerenay Sarıkaya Paris Moda Həftəsində dünya ulduzları ilə eyni podiumda
Türkiyəli aktrisa Serenay Sarıkaya Paris Moda Həftəsində dünya şöhrətli ulduzlarla eyni podiumu bölüşüb. xarici mediaya istinadla xəbər verir ki, Eyfel qülləsinin qarşısında keçirilən möhtəşəm dəfilədə iştirak edən Sarıkayanın çıxışı sosial mediada böyük diqqət çəkib. 34 yaşlı aktrisa brend səfiri olduğ
29 sentyabrAyan Babakişiyeva: "Sevdiyim şəxsi qorumaq üçün ondan vaz keçmişəm"
Müğənni Ayan Babakişiyeva "Sevilən səhər" verilişində şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib. xəbər verir ki,sənətçi sevgi anlayışına fərqli yanaşdığını bildirib. O, bəzən sevdiyin insanın yaxşılığı üçün ondan uzaqlaşmağın vacib olduğunu deyib:. "Bəzən sevmək hər zama
10 oktyabrCavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib
Xalq artisti Cavan Zeynalının başına bədbəxt hadisə gəlib. Qaynarinfo xəbər verir ki, cazmen yaşadığı mənzilin hamamında çimərkən yıxılıb. Nəticədə onun ayaq barmaqları əzilib. Cavan Zeynalı hadisə barədə məlumatı Qaynarinfo-ya təsdiqləyib. O bildirib ki, hadisə doğum günü ərəfəsində baş verib
13 oktyabrKubilayla Hafsanur ayrıldı
Türkiyəli məşhur cütlük Kubilay Aka və Hafsanur Sancaktutan ayrılıb. Axşam.az xəbər verir ki, aktyorların ikiillik münasibətlərinə səssiz şəkildə son qoyduğu məlum olub. Cütlük Tarsusda çəkilən serialın ilk bölümlərində davam edən münasibətlərini qarşılıqlı razılaşma əsasında bitirib. Kubilay və Hafsanu
2 oktyabr"Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur" - Lalə Məmmədova
Əməkdar artist Lalə Məmmədova qadının xoşbəxtliyi üçün ən vacib amilin sevgi yox, güvən olduğunu bildirib. Sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb. "Qadının xoşbəxt olması üçün sənətdə, səhnədə, adi həyatda sevgidən də çox, güvənəcək, çiynini söykəyəcək bir dostun olmas
10 oktyabrRöya, Natavan və Elnur bir arada - Foto
Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy
1 oktyabr