Yuxuya getməyi asanlaşdıran içkilər: Həkimdən TÖVSİYƏ
Bitki çayları rahatlamağa və yuxunun keyfiyyətini yaxşılaşdırmağa kömək edə bilər. Yuxuya getməyi asanlaşdıran bitkilər arasında pişikotu, badrənc və lavanda göstərilir.
Oxu.Az xəbər verir ki, bu barədə qastroenteroloq Yevgeni Belousov Gazeta.ru-ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, bəzi bitki çayları və qarışıqları sinir sistemini sakitləşdirərək narahatlığı və gərginliyi azaltmağa, yuxuya getməyi asanlaşdırmağa kömək edə bilər. Onlar birbaşa yuxugətirici təsir göstərmir, daha çox insanın rahatlamasına və xarici qıcıqlandırıcılara həssaslığının azalmasına şərait yaradır.
Belousovun sözlərinə görə, pişikotu yuxusuzluqla mübarizədə ən çox istifadə olunan bitkilərdən biridir. O, yuxuya getmə müddətini azaltmağa və yuxunun keyfiyyətini yaxşılaşdırmağa kömək edə bilər.
Badrənc stresi azaltmağa kömək edən antioksidantlarla zəngindir. Həkim bir stəkan ilıq suya 3-4 badrənc yarpağı əlavə edərək 15 dəqiqə dəmləməyi və yatmazdan təxminən bir saat əvvəl içməyi tövsiyə edib.
Lavanda isə sakitləşdirici xüsusiyyətləri ilə seçilir. Onun tərkibindəki efir yağlarının emosional gərginliyi azaltmağa, yuxunun keyfiyyətini yaxşılaşdırmağa və daha tez yuxuya getməyə kömək edə biləcəyi bildirilir.
Həkimin sözlərinə görə, bitki çaylarının müntəzəm istifadəsi yuxunun daha rahat keçməsinə və səhərlər daha asan oyanmağa kömək edə bilər. Bitkilərin adətən bir çay qaşığı miqdarında 300 ml qaynar suda dəmlənməsi və yatmazdan 2-3 saat əvvəl içilməsi tövsiyə olunur.
Bununla belə, bitki çaylarının təsiri insandan-insana dəyişə bilər və onların "istənilən qədər uzun müddət zərərsiz olduğu" fikri bütün bitkilər üçün keçərli deyil. Xüsusilə, dərman qəbul edən, hamilə və ya xroniki xəstəlikləri olan şəxslər bitki tərkibli vasitələrdən müntəzəm istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 487 Tarix: 31 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?
Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını
15 noyabrDünyanın ən dadlı pendiri hansı ölkədə hazırlanır?
Dünyanın müxtəlif ölkələrindən olan pendir istehsalçılarının qatıldığı nüfuzlu beynəlxalq müsabiqənin qalibi müəyyənləşib. Dünyanın ən nüfuzlu pendir müsabiqələrindən biri hesab olunan "World Cheese Awards 2026"nın nəticələri açıqlanıb. -ın xarici mediaya istinadən məlumatına görə, bu il müsabiqəni
22 noyabrNiyə bazar ertəsi özümüzü yorğun hiss edirik?
Həftəsonu istirahətindən sonra özünü daha yorğun hiss etməyin iki əsas səbəbi var. xəbər verir ki, rusiyalı nevroloq Olqa Butenko -ya açıqlamasında bu halın əsas səbəblərini açıqlayıb. Həkimin sözlərinə görə, ilk səbəb həftəsonu yuxu rejiminin pozulmasıdır. Gec yatıb günortaya qədər yatmaq bioloji saatı
21 noyabrQaza qənaət üçün kombi neçə dərəcədə olmalıdır?
Qış aylarında evin isti olması ilə yanaşı, qaz xərclərinə qənaət etmək də vacibdir. Bir çox insan mənzili daha tez isitmək üçün kombinin temperaturunu maksimum həddə qaldırır. Lakin mütəxəssislər bildirirlər ki, bu üsul heç də həmişə qənaətli deyil. xarici mediaya istinadən xəbər verir ki, kombinin optima
22 noyabrYarpaq dolmasının dağılmaması üçün bu üsuldan istifadə edin
Yarpaq dolması hazırlayarkən bir çox insanın qarşılaşdığı problemlərdən biri yeməyin bişmə zamanı dağılması, üst hissədəki dolmaların isə qurumasıdır. Lakin sadə bir mətbəx üsulu ilə bu problemin qarşısını almaq mümkündür. -a istinadən xəbər verir ki, yarpaq dolmasının bişərkən formasını qoruması üçü
16 noyabrÖlümdən iki gün əvvəl orqanizmdə nə baş verir?
Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə
15 noyabrMarsda 200 metrdən hündür sıldırım yamacları olan 29 mümkün buzlaq aşkarlanıb
Marsın şimal kraterlərində daş və toz qatlarının altında gizlənmiş ola biləcək 29 qədim buzlaq izi aşkar edilib. xəbər verir ki, alimlər bu geoloji strukturları Marsın Alba vulkanı ərazisində yerləşən 738 zərbə kraterini araşdırarkən müəyyən ediblər. Tədqiqat zamanı "Mars Reconnaissance Orbiter"
20 noyabrYorğunluq və baş ağrılarının əsl səbəbi...
Gün ərzində kifayət qədər su qəbul etmədikdə yaranan baş ağrıları, xroniki yorğunluq, diqqət dağınıqlığı və daimi halsızlıq orqanizmin "gizli susuzluq" siqnallarıdır. "Qafqazinfo"nun xəbərinə görə, tibb mütəxəssisləri bildirirlər ki, yalnız boğaz quruyanda su içməyi xatırlamaq hüceyrələri
19 noyabr