"Azərbaycanın Avrasiyadakı rolu artmaqdadır" - AÇIQLAMA

"Azərbaycanın Avrasiyadakı rolu artmaqdadır" - AÇIQLAMA25 illik yubileyi ərəfəsində Şanxay Əməkdaşlıq Təşkilatının hansı istiqamətdə inkişaf etdiyi yenidən dünya siyasətinin gündəminə gəlir. Çin, Rusiya, Hindistan, Pakistan, İran, Belarus və Mərkəzi Asiya dövlətlərini birləşdirən təşkilat yarandığı dövrdə əsasən sərhəd təhlükəsizliyi platforması kimi fəaliyyət göstərirdisə, bu gün daha geniş iqtisadi və siyasi təsirə malik quruma çevrilir. Enerji, nəqliyyat, ticarət, rəqəmsallaşma, təhlükəsizlik, eləcə də yeni maliyyə institutlarının yaradılması ŞƏT-in gündəliyində getdikcə daha mühüm yer tutur. Bu dəyişiklik təşkilatın regional əməkdaşlıq formatından daha geniş geosiyasi və iqtisadi platformaya çevrildiyini göstərir.
Prezident İlham Əliyevin avqustun 31-də ŞƏT tədbirlərində iştirak etmək üçün Bişkekə səfəri Azərbaycanın Avrasiya məkanındakı mövqeyinə yeni rakursdan baxmağa imkan verir. ŞƏT artıq öz formal sərhədlərindən kənarda daha geniş tərəfdaşlıq coğrafiyası yaradır. Azərbaycan 2015-ci ildən ŞƏT-in dialoq tərəfdaşıdır. On bir il əvvəl Azərbaycan Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq siyasi imkanlarını genişləndirməyə çalışan dövlət idi. İndi milli iradəsi və güclü ordusu ilə ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycan Qələbəsinin legitimliyini qlobal məkanda möhkəmləndirir, sülh gündəliyi ilə yerləşdiyi regiona və dünyaya müharibədən çıxış modelini təqdim edir. Bakı artıq beynəlxalq təşkilatlara yalnız milli problemin həlli üçün siyasi dəstək axtaran paytaxt kimi getmir. Ölkəmizin siyasi çəkisinin artması, Cənubi Qafqazı Orta Asiya və Yaxın Şərqlə birləşdirməsi Azərbaycanı etibarlı tərəfdaşa və vacib regional vasitəçiyə çevirir. ŞƏT xəritəsində böyük Avrasiya coğrafiyasının Qərbə çıxışı üçün vacib arteriyalardan biri məhz Azərbaycandır. Çindən və Mərkəzi Asiyadan çıxan yük Xəzəri keçərək Azərbaycana, buradan Gürcüstan və Türkiyə vasitəsilə Avropaya gedir. Şimaldan gələn yol Azərbaycan üzərindən İrana, oradan Hind okeanı istiqamətinə uzanır.
Azərbaycanın 1990-cı illərin məğlubiyyəti üzərində yaradılmış inhisarçı geosiyasi arxitekturanı dəyişməsi və regionu dünyaya açması Zəfərimizin coğrafiyasını genişləndirərək ona yeni strateji tərəfdaşlar qazandırır. Lakin istər ABŞ, istərsə də Çinlə münasibətlərində ölkəmiz heç bir dövlətin forpostuna çevrilmədən əməkdaşlıq, ticarət, mübadilə və qarşılıqlı fayda prinsipini qoruyur.
Azərbaycanın ŞƏT qarşısındakı mövqeyini dəyişdirən ən mühüm hadisə Qarabağ Zəfəridir. 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmalar Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yeni nəqliyyat bağlantısının yaradılması üçün tarixi imkanlar açır. Bakı-İrəvan sülhünün perspektivə çevrilməsi ilə Çin və Mərkəzi Asiyadan Xəzər vasitəsilə gələn yüklərin Azərbaycan-Naxçıvan-Türkiyə istiqamətində əlavə çıxış qazanması Cənubi Qafqazın kommunikasiya xəritəsini köklü şəkildə dəyişə bilər. Prezident Əliyevin Tianjində həmin bağlantını həm Orta Dəhlizin, həm də Şimal-Cənub xəttinin gələcək mühüm hissəsi adlandırması təsadüfi deyildi.
Qarabağ Zəfərinin regional iqtisadi nəticələrinin aydın göründüyünü vurğulayan deputat əlavə edib. Peşəkar beynəlxalq araşdırmalara görə, yaxın on ildə Orta Dəhliz boyunca üç Qafqaz ölkəsinin birlikdə ÜDM-i 35 faizə qədər arta, yeni iş yerlərinin sayı isə 2 milyona çata bilər. Otuz il münaqişənin ayırdığı coğrafiya sülhdən sonra Avrasiyanı birləşdirən platformaya çevriləcək. Ermənistan da barışdan qazanmaq fürsəti əldə edir. İrəvan ərazi iddiaları və blokada siyasətinin yaratdığı qapalı vəziyyətdən çıxaraq Azərbaycan və Türkiyə üzərindən daha böyük iqtisadi məkana çıxa bilər. Sülhün iqtisadi dayağı nə qədər güclü olarsa, yeni müharibələrin də qarşısı bir o qədər alınar. Bakı ŞƏT-ə yeni iqtisadi-siyasi mərkəzin orbitinə daxil olmaq üçün getmir. Azərbaycan nə KTMT-yə qoşulub, nə Avrasiya İqtisadi İttifaqına, nə NATO üzvlüyünü dövlət strategiyasına çevirib, nə də Avropa İttifaqına daxil olmaq üçün müraciət edib. Lakin onların hər biri ilə müxtəlif səviyyələrdə əməkdaşlıq edir.
Uzun illər Azərbaycanın xarici siyasəti haqqında sual belə qoyulub: Bakı Qərbə gedir, yoxsa Şərqə? Coğrafiyası, eyni zamanda, Rusiya, İran, Türkiyə, Mərkəzi Asiya və Avropa məkanına açılan dövlət üçün belə seçim süni olardı. Azərbaycanın üstünlüyü müxtəlif siyasi və iqtisadi mərkəzləri öz ərazisində birləşdirmək bacarığındadır. Türkiyə Azərbaycanın hərbi və siyasi qardaşıdır. Çinlə hərtərəfli tərəfdaşlıq qurulub. Pakistanla münasibətlər strateji müttəfiqlik səviyyəsindədir. Mərkəzi Asiya dövlətləri ilə Xəzərin iki sahili vahid geosiyasi və geoiqtisadi regiona çevrilir. Avropa Azərbaycan qazını alır və Orta Dəhlizin inkişafında maraqlıdır. Rusiya və İran Şimal-Cənub xəttinin tərəfləridir. ABŞ Ermənistanla Azərbaycan arasında sülh prosesinin yeni mərhələsində mühüm siyasi rol oynayır. Azərbaycan üçün təhlükəsiz xarici siyasət modeli rəqib güc mərkəzlərinin heç birindən birtərəfli asılılığın yaranmamasıdır. Qarabağ Zəfəri Azərbaycanın siyasi coğrafiyasını dövlət sərhədlərindən qat-qat böyük miqyasda genişləndirib.

Adil Hüseynov - Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 364   Tarix: 01 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərbaycanın Avrasiyadakı siyasi və iqtisadi mövqeləri güclənir" - AÇIQLAMA

Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının yubiley sammiti Avrasiyanın diplomatik xəritəsində mühüm mərhələyə çevrilərək, Azərbaycanın regiondakı geostrateji mövqelərinin daha da möhkəmləndiyini nümayiş etdirdi. Təşkilatın 25 illiyinə həsr olunmuş bu mötəbər forumda Prezident İlham Əliyevin iştirak

1 sentyabr
.

"Azərbaycanın Avrasiyadakı rolu artmaqdadır" - AÇIQLAMA

25 illik yubileyi ərəfəsində Şanxay Əməkdaşlıq Təşkilatının hansı istiqamətdə inkişaf etdiyi yenidən dünya siyasətinin gündəminə gəlir. Çin, Rusiya, Hindistan, Pakistan, İran, Belarus və Mərkəzi Asiya dövlətlərini birləşdirən təşkilat yarandığı dövrdə əsasən sərhəd təhlükəsizliyi platforması kimi fəaliyyə

1 sentyabr
.

"Bişkek diplomatiyası: İlham Əliyevin ŞƏT sammitində iştirakı Azərbaycana yeni imkanlar qazandırır" - DEPUTAT

"Prezident İlham Əliyevin keçirdiyi görüşlər Azərbaycanın çoxvektorlu xarici siyasətinin və artan beynəlxalq nüfuzunun növbəti göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısında iştirakı ölkəmizi

2 sentyabr
.

"ŞƏT-in gücü coğrafi mövqe, əhali, iqtisadi faktorlar baxımından malik olduğu miqyasdadır" - millət vəkili Rizvan Nəbiyev

Azərbaycan 2016-cı ildən ŞƏT-in dialoq tərəfdaşıdır və son illərdə təşkilatla əlaqələri daha da dərinləşdirir. Məlum olduğu kimi, Bişkekdə "ŞƏT plyus " formatında yüksək səviyyəli görüş start götürüb. Millət vəkili Rizvan Nəbiyev görüşlə bağlı BİG.AZ-a geniş açıqlama verib:. "Azərbaycanı

1 sentyabr
.

Məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib edən vəzifəli şəxslərin siyahısına DƏYİŞİKLİK edildi

"Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmanla siyahıya aşağıdak

2 sentyabr
.

Prezident Melonini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Baş naziri Corcia Melonini təbrik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı dövlət başçısı "X" hesabında paylaşım edib. "İtaliya Respublikasının tarixində ən uzun müddət Baş nazir vəzifəsində olan Corcia Melonini səmimi-qəlbdə

4 sentyabr
.

"Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin imkanlarını genişləndirir" - AÇIQLAMA

"Dünya siyasətində güc balansının sürətlə dəyişdiyi bir vaxtda dövlətlərin xarici siyasətində əsas məsələlərdən biri yalnız tərəfdaşların sayını artırmaq deyil, müxtəlif güc mərkəzləri arasında öz maraqlarına uyğun manevr imkanlarını genişləndirməkdir. Azərbaycan üçün Şanxay Əməkdaşlıq Təşkilat

1 sentyabr
.

İlham Əliyev: "Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır"

"Humanitar minatəmizləmə şəhərlərin bərpasının və təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır. Azərbaycan bu çağırışın ən ağır təzahürü ilə üzləşib". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Şəhərlərin bərpası üçün humanita

2 sentyabr
.

Ermənistanla münasibətlərin normallaşdırılması ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirib

"Azərbaycan Prezidentinin Şanxay Əməkdaşlıq Təşkilatının tədbirində iştirak etmək üçün Qırğızıstana səfəri ölkəmizin həm Mərkəzi Asiyada, həm də qlobal müstəvidə artan rolunun göstəricisidir. Azərbaycanın bu tədbirdə iştirakı xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz Cənubi Qafqazda mühüm mövqeyə mali

1 sentyabr