Azərbaycan ŞƏT üçün kifayət qədər cəlbedici ölkədir - AÇIQLAMA

Azərbaycan ŞƏT üçün kifayət qədər cəlbedici ölkədir - AÇIQLAMA"Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) böyük potensialı var. Təşkilatın bütün üzv ölkələrini və ŞƏT+ formatını nəzərə alsaq, bu platforma dünya ÜDM-nin təxminən 25-26 faizini əhatə edir və burada 3 milyarddan artıq insan yaşayır. Faktiki olaraq, söhbət dünya geoiqtisadiyyatı və geosiyasəti baxımından böyük əhəmiyyət daşıyan məkandan gedir. Azərbaycan üçün bu platformanın bir sıra üstünlükləri var. İlk növbədə, Azərbaycan özü ŞƏT üçün kifayət qədər cəlbedici ölkədir. Ölkənin coğrafi baxımdan nisbətən yığcam olmasına baxmayaraq, inteqrasiya və regional bağlantı sahəsində həyata keçirdiyi layihələr strateji əhəmiyyət daşıyır".

Bunu Sonxeber.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib.

O, bildirib ki, bu baxımdan Naxçıvanın nəqliyyat imkanlarının genişlənməsini xüsusi qeyd etmək olar:

"Naxçıvanın Ermənistan tərəfindən tətbiq olunan blokadadan çıxması ilə bağlı yeni imkanlar yaranır. İran ərazisindən Naxçıvana dəmir yolu bağlantısının yaradılması da bu prosesin mühüm istiqamətlərindən biridir. Nəticədə Naxçıvanın mühüm nəqliyyat və logistika qovşağına çevrilmək potensialı artır. Azərbaycanın özü də Şimal-Cənub və Şərq-Qərb istiqamətlərində resursların, insanların, yüklərin və kapitalların hərəkəti üçün mühüm imkanlar yaradır. Naxçıvanın Azərbaycanın əsas hissəsindən ayrı yerləşən eksklav olması isə onun ayrıca regional logistika mərkəzinə çevrilməsi üçün əlavə potensial formalaşdırır. Bu, həm Azərbaycanın ümumi iqtisadi imkanlarını artıracaq, həm də Naxçıvanın iqtisadi inkişafına yeni nəfəs verə bilər".

Politoloq bildirib ki, Azərbaycanın yaratdığı nəqliyyat və logistika imkanları təkcə ölkəmiz üçün deyil, qonşu və digər dövlətlər üçün də əlverişli şərait yaradır:

"Söhbət tranzit daşımalarından, nəqliyyat bağlantılarından və ticarət marşrutlarından gedir. Orta Dəhlizin formalaşmasında Azərbaycanın yaratdığı imkanlar da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan regional inteqrasiyaya maneə yaradan deyil, əksinə, çevik keçid və bağlantı imkanları formalaşdıran ölkə kimi çıxış edir. Bu səbəbdən Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Azərbaycanla dialoqu genişləndirməyə marağı artır. Müasir dövrdə qarşıdurma meyllərini gücləndirməkdənsə, inteqrasiyaya və əməkdaşlığa üstünlük vermək daha məqsədəuyğundur. Belə platformalar həm də dağıdıcı meyllərin qarşısının alınması və əməkdaşlıq üçün yeni imkanların yaradılması baxımından əhəmiyyətlidir. ŞƏT-in əsas istiqamətlərindən biri dialoqdur. Burada həm ikitərəfli, həm də çoxtərəfli formatlarda müzakirələr və fikir mübadilələri aparılır. Azərbaycan Prezidenti İlham Əliyevin səfər çərçivəsində keçirdiyi ikitərəfli görüşlər də bunun göstəricisidir".

Onun sözlərinə görə, Azərbaycanın əsas üstünlüklərindən biri ikitərəfli münasibətləri inkişaf etdirmək və müxtəlif ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq qurmaq bacarığıdır:

"Azərbaycan bu istiqamətdə özünü etibarlı tərəfdaş kimi tanıdıb və inteqrasiya proseslərində qazandığı nüfuz ölkənin müxtəlif beynəlxalq formatlarda iştirakına müsbət təsir göstərir. Azərbaycan diplomatiyasının əsas məqsədlərindən biri həm regionda, həm Avrasiya məkanında, həm də qlobal səviyyədə təhlükəsizlik və sabitliyin əməkdaşlıq yolu ilə gücləndirilməsidir. Bu baxımdan Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycanın münasibətləri sağlam və fundamental prinsiplər üzərində qurulub. Azərbaycanın müstəqilliyinə və suverenliyinə hörmət edilir, ölkəmizə bərabərhüquqlu tərəfdaş kimi yanaşılır. Bu da Azərbaycan üçün əsas və vacib məqamlardan biridir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 588   Tarix: 01 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfəri sentyabrın 1-də başa çatıb. AZƏRTAC-a istinadən xəbər verir ki, "Manas" Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və birinci xanı

1 sentyabr
.

Azərbaycanda kənd təsərrüfatı torpaqları ilə bağlı YENİ LAYİHƏ - Prezident TƏSDİQLƏDİ

Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası həyata keçiriləcək. -a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Torpaq və Mülki məcəllələrdə, "Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "Torpa

2 sentyabr
.

"Azərbaycan regional aktordan qlobal oyunçuya çevrilib" - AÇIQLAMA

Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Qırğız Respublikasında keçirilən tədbirlərində iştirak etmək üçün bu ölkədə işgüzar səfərdədir. 2001-ci il iyunun 15-də Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın iştirakı ilə əsası qoyulan Şanxay Əməkdaşlıq Təşkilat

1 sentyabr
.

Məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib edən vəzifəli şəxslərin siyahısına DƏYİŞİKLİK edildi

"Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmanla siyahıya aşağıdak

2 sentyabr
.

Azərbaycan Prezidenti: "Çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir"

"Bir ildən bir az çox müddət əvvəl Azərbaycan və Ermənistan sülh sazişinin mətnini paraflayaraq 30 illik münaqişəyə son qoydular". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxışı zamanı bildirib. Dövlətimizin başçısı qey

1 sentyabr
.

"Bişkek sammiti Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsi baxımından mühüm platformadır" - DEPUTAT

"Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirakı ölkəmizin çoxşaxəli və fəal xarici siyasətinin növbəti mühüm göstəricisidir. Dövlət başçısının səfəri çərçivəsində keçirilən çoxsaylı görüşlər və aparılan müzakirələr Azərbaycanı

2 sentyabr
.

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub - FOTO

Sentyabrın 1-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyeva və Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuan il

1 sentyabr
.

Azərbaycan və Bolqarıstan hərbi əməkdaşlığın inkişafını müzakirə edib

Azərbaycan və Bolqarıstan hərbi əməkdaşlığın inkişafını müzakirə edib. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan və Bolqarıstan Müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, "Hərbi qulluqçuların mədən

7 sentyabr
.

Prezident Melonini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Baş naziri Corcia Melonini təbrik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı dövlət başçısı "X" hesabında paylaşım edib. "İtaliya Respublikasının tarixində ən uzun müddət Baş nazir vəzifəsində olan Corcia Melonini səmimi-qəlbdə

4 sentyabr