Azərbaycan Mərkəzi Asiya ölkələri ilə münasibətlərini sürətlə inkişaf etdirir - AÇIQLAMA
"Azərbaycan Prezidentinin Bişkekə səfəri və orada Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında iştirakı Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, həm də Mərkəzi Asiyada və dünyada artan geosiyasi rolunun təsdiqi və nümayişi kimi qiymətləndirilə bilər".
Bunu Sonxeber.az-a açıqlamasında "Müasir İnkişaf" İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.
O, bildirib ki, Azərbaycan artıq uzun illərdir Şanxay Əməkdaşlıq Təşkilatının dialoq tərəfdaşıdır və qurumla sıx əməkdaşlıq edir:
"Prezidentin bu səfəri həm də Şərqlə Qərb arasında balanslaşdırılmış və çoxvektorlu xarici siyasətin davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Avropa İttifaqı, Rusiya, Çin, Mərkəzi Asiya ölkələri, Türkiyə və İranla münasibətlərini inkişaf etdirməklə müxtəlif güc mərkəzləri arasında dialoqun formalaşmasında mühüm rol oynayır. Şanxay Əməkdaşlıq Təşkilatının gündəliyi yalnız təhlükəsizlik məsələləri ilə məhdudlaşmır. Burada iqtisadiyyat, enerji, nəqliyyat və digər mühüm istiqamətlər üzrə əməkdaşlıq məsələləri də müzakirə olunur. Azərbaycan da bu proseslərdə fəal iştirak edir".
Ekspert bildirib ki, bununla yanaşı, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə münasibətlərini də sürətlə inkişaf etdirir:
"Son illərdə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əlaqələrin yüksək səviyyəyə çatması ölkəmizin regionla inteqrasiyasını daha da gücləndirib. Azərbaycan Prezidentinin Mərkəzi Asiya liderləri ilə yüksək səviyyəli münasibətləri və regional toplantılarda iştirakı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu platformalar Azərbaycanın imkanlarını yeni müstəviyə çıxarır. Burada əsas istiqamətlərdən biri Orta Dəhlizdir. Xəzər dənizi üzərindən Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən Orta Dəhlizdə Azərbaycanın mühüm rolu var. Enerji amili də bu prosesdə xüsusi əhəmiyyət daşıyır. Yaşıl enerji dəhlizi və Mərkəzi Asiya-Azərbaycan yaşıl enerji layihələri Azərbaycanın regional əməkdaşlıq imkanlarını genişləndirir".
Onun sözlərinə görə, bütün bunlar Azərbaycanın beynəlxalq geosiyasi çəkisini artırmaqla yanaşı, ölkənin mühüm bağlantı mərkəzinə çevrilməsinə şərait yaradır:
"Azərbaycan artıq yalnız tranzit ölkə kimi deyil, həm də regional və beynəlxalq proseslərdə mühüm aktor kimi çıxış edir. Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü də diqqətçəkən məqamlardan biridir. Bu görüş Azərbaycan-Ermənistan arasında dialoqun davam etdirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilə bilər. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində fəaliyyətini uğurla davam etdirdiyi təqdirdə, Mərkəzi Asiya ilə siyasi və iqtisadi əlaqələrin daha da genişlənməsi üçün yeni imkanlar yaranacaq. Orta Dəhliz, Xəzər üzərindən daşımalar, yaşıl enerji layihələri və Şərq-Qərb bağlantısının gücləndirilməsi Azərbaycanın bu platformadan gələcəkdə də daha fəal istifadə etməsinə və regional imkanlarını genişləndirməsinə şərait yaradacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu ərazi üzrə PENSİYALAR VERİLDİ
Dağdan sarımsaq dərdilər, 3 milyonluq cərimə edildilər
Rekord temperatur kabusu: sentyabr ayında 45,7 dərəcə isti
Bu şəxslər pensiya ala bilməyəcəklər - Nazirlikdən xəbərdarlıq
Yolda cərimə alan sürücünün polisə verdiyi cavab şok etdi
Bu şəxslərin kredit müraciətlərinə İMTİNA EDİLƏCƏK - AÇIQLAMA
Səhər və axşam yeməyinin vaxtı ömür uzunluğuna necə təsir edir?
Xəzərlə bağlı xəbərdarlıq: "Sahildən 12 kilometrədək uzaqlaşa bilər"
Yaxın günlərdə maqnit qasırğası gözlənilir - Tarixlər açıqlandı
Bakıda qolları olmayan körpə doğuldu: Anası İMTİNA ETDİ - FOTO
"Gənclik Mall"da həyəcan siqnalı - Yenilənib
Generala ağır itki
Zərdabda DƏHŞƏTLİ QƏZADA beş nəfər həlak oldu, bir yaralı Bakıya gətirildi - FOTO
"Şəki yaylası"nda faciə - 2 nəfər öldü
Leyla Əhmədova həbs olundu