"Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir" - AÇIQLAMA

"Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir" - AÇIQLAMAMüasir beynəlxalq münasibətlər sistemində geosiyasi proseslərin sürətlə dəyişməsi, iqtisadi və nəqliyyat əlaqələrinin yeni məzmun qazanması, təhlükəsizlik çağırışlarının şaxələnməsi dövlətləri çoxtərəfli əməkdaşlıq platformalarının imkanlarından daha fəal istifadə etməyə sövq edir. Bu baxımdan Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanın diqqət yetirdiyi mühüm beynəlxalq platformalardan biri kimi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın ŞƏT ilə əlaqələri son illərdə yüksələn dinamika nümayiş etdirir. ŞƏT Azərbaycan üçün həm siyasi dialoq, həm də iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı baxımından əhəmiyyətli platformadır.
Azərbaycanın ŞƏT üçün əhəmiyyətini artıran əsas amillərdən biri ölkəmizin əlverişli geostrateji mövqeyidir. Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm nəqliyyat qovşaqlarından birinə çevrilir. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində görülən işlər Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Xüsusilə Orta Dəhlizin inkişafı Azərbaycan-ŞƏT münasibətlərinə yeni məzmun qazandıra biləcək mühüm istiqamətlərdəndir. Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa arasında yükdaşımaların alternativ marşrutlar üzrə artırılması fonunda Azərbaycanın nəqliyyat infrastrukturu strateji əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan yalnız nəqliyyat dəhlizlərinin üzərində yerləşən ölkə deyil, eyni zamanda, müxtəlif regionları birləşdirən logistika mərkəzi kimi çıxış edir. ŞƏT ölkələri ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın dərinləşdirilməsi ölkəmizin tranzit potensialının daha geniş şəkildə reallaşdırılmasına imkan yarada bilər.
Azərbaycan-ŞƏT münasibətlərində digər mühüm istiqamət iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsidir. Azərbaycanın qeyri-neft sektorunun inkişaf etdirilməsi, sənaye və kənd təsərrüfatı məhsullarının ixracının artırılması, rəqəmsal iqtisadiyyatın formalaşdırılması və yeni texnologiyaların tətbiqi istiqamətində həyata keçirdiyi siyasət ŞƏT ölkələri ilə əməkdaşlığın yeni sahələrə istiqamətlənməsinə əlverişli zəmin yaradır. Xüsusilə sənaye, enerji, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, süni intellekt, logistika və turizm sahələrində qarşılıqlı investisiyaların artırılması üçün ciddi potensial mövcuddur.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri son illərdə siyasi dialoqdan iqtisadi, nəqliyyat, enerji və humanitar əməkdaşlığın daha geniş müstəvisinə keçib. Türk Dövlətləri Təşkilatı çərçivəsində mövcud əlaqələr isə bu əməkdaşlığın əlavə platformalarla tamamlanmasına imkan verir. ŞƏT bu baxımdan Azərbaycan üçün Mərkəzi Asiya ölkələri ilə çoxtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından da əhəmiyyətli platformadır. Azərbaycanın region ölkələri ilə münasibətlərində qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsas götürülür.
Ölkəmizin ŞƏT ilə əlaqələrinin inkişafı, eyni zamanda, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun göstəricisidir. Azərbaycanın etibarlı tərəfdaş, enerji və nəqliyyat təhlükəsizliyinə töhfə verən ölkə, müxtəlif regionlar arasında dialoqu təşviq edən dövlət kimi mövqeyi bu platformada əməkdaşlıq imkanlarını genişləndirir.
ŞƏT ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətində yeni istiqamətlərin formalaşdırılması demək deyil. Əksinə, bu əməkdaşlıq Azərbaycanın mövcud çoxvektorlu diplomatiyasının məntiqi davamıdır. Bakı üçün əsas məqsəd müxtəlif beynəlxalq platformalardan ölkənin milli maraqlarının, regional sülhün, təhlükəsizliyin və iqtisadi inkişafın təmin olunması istiqamətində səmərəli istifadə etməkdir. Bu mənada Azərbaycan-ŞƏT əməkdaşlığı qarşılıqlı etimad, suverenliyə hörmət, bərabərhüquqlu tərəfdaşlıq və ortaq maraqlar üzərində qurulan münasibətlərin perspektivli nümunələrindən biridir.

Aynur Xəlilova - YAP üzvü


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 410   Tarix: 01 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident və xanımının şərəfinə rəsmi nahar verilib

Noyabrın 21-də Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, prezidentlər tədbirdə çıxış ediblər

21 noyabr
.

Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verib. AZƏRTAC-a istinadən müsahibəni təqdim edir:. - Hörmətli cənab Prezident, ikitərəfli əməkdaşlığın tarixində yeni mərhələnin başlanması ilə əlamətdar olacaq Vyetnama qarşıdakı rəsmi səfəriniz ərəfəsində Si

19 noyabr
.

İlham Əliyevlə xanımını belə qarşıladılar - Video - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoyda rəsmi qarşılanma mərasimi olub. "Qafqazinfo" xəbər verir ki, Vyetnamın və Azərbaycanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü

21 noyabr
.

Prezident İlham Əliyev: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

"Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı da ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində səsləndirib. "Tikinti və infrastrukturun inkişafı, həmçini

19 noyabr
.

Əliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Hanoyda Vyetnamın Milli Assambleyasının sədri Çan Tan Man ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Görüşdə çıxış edən Milli Assambleyanın sədri Çan Tan Man deyib:. - Sosial və iqtisadi sahələrd

20 noyabr
.

Məsud Pezeşkian İranda Qərbi Azərbaycana qarşı ədalətsizlikdən danışdı - Video

İran Prezidenti Məsud Pezeşkian ölkənin əyalətləri arasında mövcud olan sosial-iqtisadi bərabərsizlikdən bəhs edərək, Qərbi Azərbaycan ostanının digər bölgələrdən geri qalmasını nümunə göstərib. xəbər verir ki, bu barədə İranın "Fars" informasiya agentliyi məlumat yayıb. Dövlət başçısının sözlərin

21 noyabr
.

25 Noyabr - Kəlbəcər Şəhəri Gününü qalib və güclü ölkənin vətəndaşları kimi qeyd etmək qürurvericidir

2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur. Kəlbəcər 1930-cu il avqustun 8-də inzibati rayon statusu alıb

21 noyabr
.

Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Foto

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Almaniya xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qonaq, ilk növbədə, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin və Federal Kansler Fridrix Mertsin salamlarını dövlət başçısın

17 noyabr
.

İki ölkə arasında iqtisadi münasibətlər yeni mərhələdə

Vyetnamın iqtisadi gücü, sənaye və istehsal potensialı, Azərbaycanın enerji resursları, tranzit imkanları və əlverişli coğrafi mövqeyi qarşılıqlı iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün ciddi zəmin yaradır. Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə iki ölkə arasında iqtisad

20 noyabr