Zülalı günün hansı vaxtında qəbul etmək daha faydalıdır: Səhər, yoxsa axşam?
Pəhrizinə və bədən quruluşuna nəzarət edən insanlar axşam yeməyinin mütləq zülallı olmalı olduğunu düşünürlər. Bəzi fitnes məşqçiləri və diyetoloqlar da bu fikri dəstəkləyirlər. Lakin bu yanaşma heç də həmişə doğru deyil.
Qaynarinfo xəbər verir ki, mütəxəssislər zülalın nə vaxt daha yaxşı mənimsənildiyini və günün hansı saatında qəbul edilməsinin məqsədəuyğun olduğunu izah ediblər.
"Very Well Health" yazır ki, dietoloqlar arasında zülalın səhər, yoxsa axşam qəbul edilməsinin daha yaxşı olması ilə bağlı tez-tez müzakirələr aparılır. Bununla belə, getdikcə daha çox ekspert günə zülallı qida ilə başlamağın faydalı ola biləcəyi qənaətinə gəlir.
Bəzi araşdırmalar göstərir ki, səhər yeməyində zülallı qidaların qəbul edilməsi əzələ gücünü və yağsız bədən kütləsini artıra bilər. Bu vərdiş ikinci tip diabeti olan insanlar üçün də faydalı hesab olunur. İştirakçıların iki qrupa bölündüyü araşdırmada birinci qrup səhər yeməyində zülal, ikinci qrup isə karbohidrat qəbul edib. Nəticədə zülallı qidaya üstünlük verən iştirakçılarda qan şəkərinin səviyyəsi ilə bağlı göstəricilərin yaxşılaşdığı müəyyənləşdirilib.
Ekspertlər həmçinin bildirirlər ki, səhər saatlarında zülal qəbul etmək toxluq hissini uzadır və həzm sisteminə müsbət təsir göstərir. Belə səhər yeməyi edən insan daha uzun müddət aclıq hiss etmir və gün ərzində qəlyanaltıya ehtiyacı azalır.
Ümumilikdə dietoloqlar zülalı gün ərzində bərabər şəkildə qəbul etməyi, yalnız səhər saatlarında çox miqdarda zülallı qida yeməməyi tövsiyə edirlər. Araşdırmalardan biri göstərib ki, səhər, günorta və axşam hər dəfə 30 qram zülal qəbul edildikdə, onun orqanizm tərəfindən mənimsənilməsi günün yalnız müəyyən bir vaxtında qəbul edilməsi ilə müqayisədə daha yaxşı ola bilər.
Bununla belə, mütəxəssislər zülalın axşam qəbul edilməsinin də müəyyən üstünlüklərinin ola biləcəyini qeyd edirlər. Onların fikrincə, müxtəlif elmi məlumatlara baxmayaraq, zülallı qidaların qəbulu üçün universal olaraq "ideal" vaxt yoxdur.
Mütəxəssislər insanlara özlərini necə hiss etdiklərini və gündəlik həyat rejimini nəzərə almağı, zülalı özləri üçün daha əlverişli olan vaxtda qəbul etməyi tövsiyə edirlər.
Zülalın miqdarına gəldikdə isə, bu göstərici fərdi xarakter daşıyır. Gündəlik zülal ehtiyacı yaş, cins, çəki və bir sıra digər amillərdən asılıdır. 19 yaşdan yuxarı sağlam yetkin insan üçün tövsiyə olunan gündəlik zülal norması bədən çəkisinin hər kiloqramına 0,8 qram təşkil edir.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 532 Tarix: 04 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş
Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər. Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığın
12 oktyabrXərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun
Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütün xərçəng xəstəliklərinin 12 faizi infeksiyalarla əlaqəli olub. Bu, təxminən 2,
4 oktyabrAxşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini
24 oktyabrƏt yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi
Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı
16 oktyabrOftalmoloq: Bu qidalar göz sağlamlığını qorumağa kömək edir
"Qidalanma göz sağlamlığına təsir göstərir. Yaşıl və sarı rəngli tərəvəz və meyvələr, balıq və qoz-fındıq gözlərin sağlamlığı üçün faydalı qidalar sırasındadır". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbaycan Sənaye Sığortanın "Ümumdünya Görmə günü"
9 oktyabrBədən niyə daim enerji xərcləyir? - Alimdən heyrətləndirən açıqlama
"İnsan bədəni heç bir fəaliyyət göstərmədikdə belə, ümumi enerjinin 40%-ə qədərini xərcləyir. Bu enerji hüceyrələri reaksiyaya daim hazır vəziyyətdə saxlamaq üçün istifadə olunur. İstər fiziki hərəkət, istər düşüncə, istərsə də xatirələr olsun - ani reaksiyanın mümkünlüyü hazırlıq prosesinin bi
4 oktyabrYüksək təzyiq və şəkərli diabet göz damarlarını zədələyə bilər
"Göz damarlarında hər hansı problem yoxdursa, bu, göz sağlamlığının göstəricilərindən biri hesab oluna bilər. Lakin yüksək qan təzyiqi və şəkərli diabet kimi xəstəliklər damarların zədələnməsinə səbəb ola bilər. Bu zaman gözdə müəyyən dəyişikliklər və şikayətlər meydana çıxa bilər". xəbər veri
9 oktyabrCOVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI
Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar
25 oktyabrGöz linzası ilə bağlı ən çox verilən sual cavablandı
"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazad
11 oktyabr