İdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş
Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər.
Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığına görə, təbiətdə vaxt keçirmək, yuxu rejiminə riayət etmək və bağırsaq sağlamlığının qayğısına qalmaq bu vərdişlər sırasındadır.
Birinci vərdiş - təbiətdə gəzmək. Araşdırmalar göstərir ki, yaşıllıq ərazilərdə vaxt keçirmək stressin azalmasına və əhvalın yaxşılaşmasına kömək edə bilər. Bunun üçün parkda müntəzəm gəzmək və ya bağda vaxt keçirmək kifayətdir.
İkinci vərdiş - yuxu rejimini qorumaq. Yuxu zamanı orqanizm bərpa olunur, beyin isə məlumatları emal edir və yaddaşı möhkəmləndirir. Keyfiyyətli yuxu emosional vəziyyətə və diqqəti cəmləmək qabiliyyətinə də təsir göstərir. Buna görə də hər gün təxminən eyni saatda yatmaq və oyanmaq tövsiyə olunur.
Üçüncü vərdiş - bağırsaq sağlamlığına diqqət yetirmək. Alimlər bağırsaq mikrobiomu ilə qidalanma və orqanizmin ümumi vəziyyəti arasındakı əlaqəni araşdırırlar. Bu baxımdan sağlam qidalanma, həmçinin nanə və zəncəfil kimi bitki mənşəli məhsulların mümkün faydaları diqqət çəkir.
Tədqiqatçılar vurğulayırlar ki, sağlam həyat tərzinə dair sadə və anlaşılan tövsiyələri gündəlik həyata tətbiq etmək daha asandır. Bununla belə, bu vərdişlər sağlam həyat tərzinin bir hissəsi kimi qiymətləndirilməli, zəruri hallarda tibbi məsləhəti və digər sağlamlıq tədbirlərini əvəz etməməlidir.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 525 Tarix: 12 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQuru əriyin gizli təhlükələri - Açıqlandı
"Ərik qurusu (qaysı) lif, kalium və karotinoidlərlə zəngindir, lakin onun həddindən artıq istehlakı qarında köp, qurultu və diareyaya səbəb ola bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim-endokrinoloq Natalya Çadina xəbərdarlıq edib. Mütəxəssis qeyd edib ki, ərik qurusunu
20 noyabrBir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər
Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki
5 noyabrToyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdır (araxis). O bildirib ki, botaniki baxımdan yerfındığı çərəzlərə deyil, paxlalılar
15 noyabrQonşunun məsləhəti sizi xəstə edə bilər! - ƏHALİYƏ XƏBƏRDARLIQ
Baş ağrıyır, aptekə gedirik, soyuqlayırıq, tanışdan eşitdiyimiz dərmanı alıb içirik. Bəzən qonşunun məsləhəti, bəzən qohumun tövsiyəsi, bəzən də sosial şəbəkələrdə oxuduğumuz məlumat bizi həkimə getmədən müalicəyə başlamağa sövq edir. "Filankəs içib, xeyrini görüb, mənə də kömək edər" deyi
1 noyabrMiqren və siqaret insult riskini 3,6 dəfə artıra bilər - ARAŞDIRMA
Miqren və siqaret çəkmənin birlikdə olması 60 yaşına qədər insult və ölüm riskini əhəmiyyətli dərəcədə artırır. xəbər verir ki, bu nəticə Danimarka alimlərinin təxminən 1,7 milyon qadının tibbi məlumatlarını əhatə edən araşdırmasında ortaya çıxıb. 27 il ərzində toplanan məlumatların təhlili göstəri
20 noyabrİnfarkt və insult riskinin ən yüksək olduğu saatlar
Günün müəyyən saatlarında infarkt və insult keçirmə ehtimalı daha yüksək olur. Xüsusilə səhər saat 06:00-dan 09:00-dək ürək-damar ağırlaşmaları riski kəskin artır. Qaynarinfo xəbər verir ki, bu barədə Harvard Tibb Məktəbinin həkim-qastroenteroloqu Trişa Paşriça "The Washington Post" nəşrin
12 noyabrMəşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Zərdəçalın tərkibində olan kurkumin maddəsi qaraciyəri yaşla bağlı dəyişikliklərdən, iltihabdan və zədələnmədən qoruya bilər. xəbər verir ki, bu qənaətə "Food & Function" elmi jurnalında dərc olunan araşdırmanın müəllifləri gəliblər. Tədqiqatçılar bağırsaq, onun mikroflorası və qaraciyə
6 noyabrBakıda göbələk və qotur artıb: Həkim nələr danışdı? -VİDEO
Son vaxtlar Bakıda göbələk və qoturluqla bağlı həkimə müraciətlərin sayı xeyli artıb. xəbər verir ki, bu barədə dermatoloq Azər Şamilov "Künc-Bucaq" kanalının qonağı olarkən danışıb. Həkimin sözlərinə görə, dəri problemlərinin yaranmasında geyim seçimi də mühüm rol oynayır. Hətta bahalı geyimlə
15 noyabr