BBC və Britaniya mediasında " siyasi məhbus " şousunun məqsədi nədir? - AÇIQLAMA

BBC və Britaniya mediasında " siyasi məhbus " şousunun məqsədi nədir? - AÇIQLAMA"The Independent", BBC və "The Guardian" ayrı-ayrı şəxsləri "siyasi məhbus" kimi təqdim edə bilər. Bu, həmin media qurumlarının siyasi və jurnalist mövqeyidir. Lakin beynəlxalq auditoriyaya sırf bu siyasi etiket üzərindən Azərbaycan haqqında hökm çıxarmaq düzgün deyil. Çünki Azərbaycan qanunvericiliyinə görə konkret cinayət işi üzrə təqsirləndirilən şəxsin statusunu media deyil, hüquqi prosedur və məhkəmə müəyyən edir. Əgər şəxs konkret cinayət əməllərində ittiham olunursa, həmin ittihamların mahiyyəti, sübutları, məhkəmə araşdırması və müdafiə tərəfinin mövqeyi də ictimaiyyətə təqdim edilməlidir. "Siyasi məhbus" ifadəsini təkrar-təkrar işlətməklə məhkəmə prosesinin hüquqi mahiyyətini kölgədə qoymaq isə artıq jurnalistikanın deyil, siyasi interpretasiyanın sərhədlərinə yaxınlaşır.

Mövzu ilə bağlı Sonxeber.az- a danışan siyasi şərhçi Zeynal Əmrəliyev bildirib ki, bugün media qurumlarının biz Azərbaycana qarşı zaman-zaman böhtan xarakterli yazılarının şahidi olmuşuq:

"Onların Azərbaycana qarşı qərəzli mövqeyi əsasən Avropada, Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən erməni diasporu ilə sıx əlaqədə olmasından qaynaqlanır. Zaman-zaman Azərbaycanda bu kimi media qurumları guya insan haqlarının pis vəziyyətdə olması və yaxud da, siyasi məhbus kimi problemləri qabardırlar və çox qəribə şəxslərin adlarını siyasi məhbus kimi təqdim edirlər ki, burada da əsas məqsəd öz ölkələrində olan ictimaiyyəti Azərbaycana qarşı çaşdırmaqdır. Onlar Azərbaycanı tamamilə fərqli bir müstəvidə təqdim edirlər. Bu müharibə dövründən əvvəl də olub, müharibə dövründə daha da aktivləşdilər, Azərbaycan əleyhinə müxtəlif səpkili fikirlər səsləndirdilər"
Politoloq onu da əlavə edib ki, bu kimi media qurumları COP29-un Azərbaycanda keçirilməsinə mane olmaq məqsədilə həmin ərəfədə xüsusi fəallıq göstəriblər.

Zeynal Əmrəliyev vurğulayıb ki, COP29 ərəfəsində yenidən aktivləşmə müşahidə olundu:

"Bir sıra media qurumları fəallıq göstərməyə başladılar. Biz müharibə dövründə onların canlı şahidi olurduq ki, cənab Prezidentlə müsahibələrində necə böhtan xarakterli fikirlər səsləndirirdilər və dövlət başçısı İlham Əliyev də çox düzgün şəkildə, ustalıqla həmin bu təxribatçı media qurumlarını susdururdu. Bunlar tamamilə əsassız yazılardır, onlar xaricdə oturub nə bilirlər ki, Azərbaycanın daxilində hansı proseslər baş verir? Ölkənin nüfuzuna xələl gətirəcək yazılar yazıb ölkəni nüfuzdan salma kampaniyası təşkil edirlər".

Bir şəxsin xarici media tərəfindən "siyasi məhbus" adlandırılması onun Azərbaycan qanunvericiliyində konkret cinayət əməlinə görə təqsirləndirilməsi faktını avtomatik olaraq aradan qaldırmır. Eyni zamanda, Azərbaycan dövlətinin mövqeyinin də qarşı tərəfin iddiaları qədər geniş və ciddi şəkildə təqdim olunması beynəlxalq jurnalistikanın obyektivlik prinsipinin tələbidir. Məsələ məhz budur: xarici media "siyasi məhbus" deyə bilər, amma Azərbaycan cəmiyyətinin haqqı var soruşsun - konkret ittiham nədir, hansı sübutlar var, məhkəmə nə qərar verib, müdafiə tərəfi nə deyir? Bu suallar verilmədən yalnız siyasi etiketin önə çıxarılması Azərbaycan dövlətini əvvəlcədən təqsirli tərəf kimi təqdim etmək cəhdinə çevrilir".

Azərbaycanın hüquqi sisteminə irad bildirmək olar, məhkəmə qərarlarını tənqid etmək olar, hətta ayrı-ayrı işlərdə beynəlxalq standartlar tələb etmək də mümkündür.

Amma bütün bunlar Azərbaycan dövlətinin cinayətlə mübarizə aparmaq, dövlət təhlükəsizliyini qorumaq və qanun qarşısında məsuliyyət tələb etmək suveren hüququnu inkar etmir. Dövlətin legitim təhlükəsizlik maraqlarını avtomatik olaraq "siyasi repressiya" kimi təqdim etmək isə həm hüquqi, həm də siyasi baxımdan birtərəfli yanaşmadır.
Əgər söhbət hüquqdan gedirsə, onda hüququn bütün tərəfləri görünməlidir. Əgər söhbət jurnalistikadan gedirsə, onda bütün tərəflər dinlənilməlidir. Yox əgər əvvəlcədən müəyyən edilmiş siyasi hökm verilib, sonra həmin hökmü əsaslandırmaq üçün yalnız uyğun faktlar seçilirsə, bunun adı obyektiv jurnalistika deyil.

Azərbaycanın dövlət maraqları, milli təhlükəsizliyi və hüquqi sistemi haqqında hökm vermək heç bir xarici media qurumunun müstəsna səlahiyyəti deyil. Azərbaycan xalqının da öz dövlətini müdafiə etmək, öz məhkəmələrinin qərarlarının hüquqi mahiyyətinin təhrif olunmasına etiraz etmək və ölkəsi haqqında yaradılan birtərəfli informasiya obrazına cavab vermək haqqı var. Bu baxımdan Britaniya mediasının son kampaniyası mətbuat azadlığı deyil. Burada artıq Azərbaycanın suveren hüquqlarının, hüquq sisteminin və beynəlxalq imicinin necə təqdim edildiyi məsələsi dayanır. Azərbaycan dövlətini hədəfə gətirən siyasi narrativlər nə qədər yüksək tribunadan səsləndirilsə də, onlar hüquqi faktların yerini tuta bilməz. Siyasi etiket məhkəmə hökmü deyil. Media başlıq yaza bilər, amma hüquqi həqiqəti sübut etmək üçün başlıq kifayət etmir.

Lalə Məmmədova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 752   Tarix: 04 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İpoteka ilə ev almaq sərfəlidirmi? Kimlər bu addımı atmamalıdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil sahibi olmaq istəyənlərin böyük bir qismi kifayət qədər vəsait toplaya bilmədiyi üçün ipoteka kreditlərinə üz tutur. Lakin uzunmüddətli kredit öhdəliyinə girmək hər zaman sərfəli seçim olmaya bilər. Aylıq ödənişlər, faiz dərəcələri, ilkin ödəniş və ailənin gəlir səviyyəsi ipoteka ilə ev almağı

30 oktyabr
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündü

29 oktyabr
.

Oktyabrın son günü yağış yağacaq

Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

30 oktyabr
.

"VİP Motors" MMC-də qalmaqal: Zeynal Usubov şirkətinin direktorunu məhkəməyə verdi

"VİP Motors" MMC-nin təsisçisi Usubov Zeynal Mütəllim oğlu şirkət direktorunun fəaliyyətindən narazıdır. Qaynarinfo xəbər verir ki, məhkəmədə müəssisənin gəlirlərinin mənimsənildiyini, dividend almadığını və şirkətin icarə borcunu öz vəsaiti hesabına ödəməli olduğunu iddia edir. Məhkəmə Zeyna

29 oktyabr
.

Mehriban Əliyeva qızı və gəlini ilə tamaşada - Fotolar

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı - Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademi

30 oktyabr
.

Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?

Bakıda mənzil qiymətlərinin artması 2026-cı ildə də daşınmaz əmlak bazarının əsas müzakirə mövzularından biridir. Mənzilə tələbat, tikinti xərcləri, yeni layihələrin sayı, ipoteka imkanları və alıcılıq qabiliyyəti qiymətlərin gələcək istiqamətinə təsir edən əsas amillər sırasındadır. Qiymət artımını

30 oktyabr
.

Sürücülərə kamera nəzarəti qəza riskini azalda bilər? - AÇIQLAMA

Sükan arxasında mobil telefondan istifadə sürücünün diqqətini yayındıraraq yol-nəqliyyat hadisələrinin başvermə riskini artıra bilər. Bu cür halların kameralar vasitəsilə aşkarlanması sürücülərin intizamının gücləndirilməsi və yol hərəkəti qaydalarına əməl olunmasına nəzarətin artırılması baxımında

29 oktyabr
.

"İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video

"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni

30 oktyabr
.

10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Sadiq Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" yeni nazir müavininin dosyesini təqdim edir:. Sadiq Cabir oğlu Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsinin bakalavriat və magistratur

30 oktyabr