İşə gecikən işçinin maaşından pul tutula bilər? - AÇIQLAMA
İşçinin işə gecikməsi əmək intizamının pozulması kimi qiymətləndirilə bilər. Lakin belə hallarda işəgötürənin əməkhaqqından istənilən məbləği özbaşına tutmasının mümkünlüyü müzakirə mövzusudur.
Bəs, işçinin işə gecikməsinə görə əməkhaqqından tutulma hansı hallarda qanuni hesab olunur, işəgötürən maaşdan nə qədər məbləğ kəsə bilər və bunun üçün hansı prosedura əməl edilməlidir?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən vəkil Elvin Əliyev bildirib ki, işçinin işə gecikməsi ilə bağlı əməkhaqqından tutulma məsələsində qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl olunmalıdır:
"İlk növbədə qeyd edim ki, işçinin işə gecikməsi işəgötürənə avtomatik olaraq əməkhaqqından istənilən məbləği tutmaq hüququ vermir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 175-ci maddəsinə əsasən, əməkhaqqından tutulmalar qanunvericiliklə müəyyən edilmiş hallarda, həmçinin işçinin yazılı razılığı və ya müvafiq icra sənədi əsasında həyata keçirilə bilər. İşəgötürənin sərəncamı ilə əməkhaqqından tutulma isə yalnız Məcəllədə nəzərdə tutulan hallarda mümkündür. Eyni zamanda, işə gecikmə əmək intizamının pozulması hesab edilə bilər. Əmək Məcəlləsinin 186-cı maddəsində belə pozuntuya görə intizam tənbehləri müəyyən olunub. Onlardan biri qanunda nəzərdə tutulan şərtlərlə aylıq əməkhaqqının 1/4-dən çox olmamaq şərtilə cərimə tətbiq edilməsidir. Lakin bunun üçün qanunun tələb etdiyi əsaslar və prosedur mövcud olmalıdır".
Vəkil bildirib ki, burada vacib məqam odur ki, işçinin gecikdiyi müddət ərzində işləmədiyi vaxta görə əməkhaqqının hesablanmaması ilə ona intizam cəriməsi tətbiq edilməsi eyni məsələ deyil:
"Məsələn, işçi işə bir saat gec gəlibsə, faktiki işləmədiyi həmin müddət əməkhaqqının hesablanması zamanı nəzərə alına bilər. Lakin bu hal işəgötürənə əlavə olaraq özbaşına müəyyən məbləğdə "gecikmə cəriməsi" tutmaq hüququ vermir. İşəgötürən intizam tənbehi tətbiq etmək niyyətindədirsə, Əmək Məcəlləsində müəyyən edilmiş prosedura da riayət etməlidir. Belə ki, işçidən əvvəlcə yazılı izahat tələb olunmalı, tətbiq edilən intizam tənbehi isə müvafiq əmrlə rəsmiləşdirilməlidir. Bu baxımdan, işəgötürənlərin daxili qaydalarında "işə gecikən işçidən hər dəfə müəyyən məbləğ tutulur" kimi müddəanın olması da öz-özlüyündə kifayət etmir. Əməkhaqqından hər hansı məbləğin tutulması üçün qanuni əsas olmalıdır. Yəni qısa şəkildə desək, işçi işə gecikdiyinə görə cəzalandırıla bilər, lakin onun maaşından istənilən məbləğ özbaşına tutula bilməz. Tutulmanın hüquqi əsası, məbləği və tətbiq qaydası Əmək Məcəlləsinin tələblərinə uyğun olmalıdır. Hər bir konkret hal isə gecikmənin səbəbi, müddəti, əmək müqaviləsinin və kollektiv müqavilənin şərtləri, eləcə də işəgötürənin həyata keçirdiyi prosedur nəzərə alınmaqla ayrıca qiymətləndirilməlidir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Professor Adilə Abbasova vəfat etdi
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Prezident onları təltif etdi - Adlar
Ən faydalı və ən zərərli balıq növləri
Məktəblərdə mühafizəçi ştatı niyə yaradılmır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sürücülərə kamera nəzarəti qəza riskini azalda bilər? - AÇIQLAMA
"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV
Bakı-Ankara münasibətlərində davamlı dialoqun əhəmiyyəti - AÇIQLAMA
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya