Bu məktəblər DİSTANT TƏHSİLƏ keçir: Hansı tədbirlər görülməlidir?
Bəzi hallarda məktəblərin müvəqqəti olaraq distant təhsilə keçirilməsi zəruri ola bilər. Azərbaycanda da bu təcrübə müxtəlif səbəblərlə tətbiq edilib. Lakin distant təhsilin səmərəli olması üçün şagirdlərin texniki imkanları və dərslərdə fəal iştirakı nəzərə alınmalıdır.
Bəs, məktəblərin distant təhsilə keçirilməsi hansı hallarda zəruri hesab olunur və bu zaman şagirdlərin internet, texniki imkanlar və müəllimlərlə canlı ünsiyyət baxımından çətinlik yaşamaması üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, distant təhsilə keçid yalnız xüsusi fors-major hallarda, fövqəladə vəziyyət, pandemiya və ya kütləvi tədbirlərin keçirildiyi dövrlərdə tətbiq oluna bilər:
"Azərbaycanda bununla bağlı artıq müəyyən təcrübə formalaşıb. Koronavirus pandemiyası zamanı dərslərin distant formada keçirilməsi ilə bağlı təcrübə əldə edildi. Bundan əlavə, paytaxtda kütləvi tədbirlərin keçirildiyi dövrlərdə, məsələn, "Formula 1" yarışları və COP29 zamanı bəzi məktəblərdə dərslər distant formada təşkil olunub. Belə hallarda distant təhsilin tətbiqi həm mövcud infrastruktur, həm də təhsilverən və təhsilalanların bu prosesdə iştirak təcrübəsi baxımından daha asan həyata keçirilir".
Ekspert bildirib ki, distant təhsilin keyfiyyətə təsirinə gəldikdə isə ənənəvi, əyani təhsilin daha üstün olduğu qeyd olunur:
"Bununla belə, müəyyən müddət ərzində, bir həftə, 10 gün və ya 20 gün müddətində xüsusi tədbirlərlə əlaqədar distant təhsilə keçid təhsil keyfiyyətinə ciddi təsir göstərməyə bilər. Pandemiya və ya fövqəladə vəziyyət kimi hallarda bu müddət 6 aydan 1 ilə qədər uzandıqda isə təhsilin keyfiyyətinə mənfi təsir daha çox hiss olunur. Distant təhsilə keçid zamanı şagirdlərin internetə çıxışı, texniki və texnoloji imkanları, eləcə də müəllimlərin bu prosesə hazırlığı nəzərə alınmalıdır. İnternet və elektrik enerjisi ilə təminatın yüksək səviyyədə olması vacibdir. Eyni zamanda, canlı ünsiyyətin olmaması distant təhsil zamanı müəyyən çətinliklər yarada bilər. Bu səbəbdən həm təhsilverənlər, həm də təhsilalanlar dərs prosesinin keyfiyyətli və səmərəli təşkilinə çalışmalıdırlar".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2033 Tarix: 04 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məşq zamanı vəfat edən Rəsulun fotosu
İdman zalında qəfil vəfat edən Rəsul Nəsibovun fotosu yayılıb. fotonu təqdim edir:. 16:26. Bakıda idman zalında ölüm hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib. Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığında
29 oktyabrMənzil alarkən bu məqamlara diqqət edin - EKSPERTDƏN XƏBƏRDARLIQ
Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımı mənzil almaq istəyən vətəndaşlarla yanaşı, bu sahəyə investisiya yatıran şəxslərin də diqqət mərkəzindədir. Tikinti xərcləri, mənzilə olan tələb, ipoteka imkanları və ərazilərin inkişaf perspektivləri qiymətlərin formalaşmasına təsir göstərən əsas amillərdəndir
30 oktyabrMəktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Son dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynay
30 oktyabrXidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur
Vəzifəli şəxslər xidməti nəqliyyat vasitələrindən şəxsi işlər üçün istifadə edə bilməyəcəklər. xəbər verir ki, sözügedən məsələ "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsində əksini tapıb. Layihə əsasən, vəzifəli şəxslər dövlət və bələdiyyə əmlakından, o cümlədən maliyyə vəsaitlərindən
29 oktyabrKolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Kolbasa alarkən yalnız məhsulun qiymətinə və görünüşünə diqqət yetirmək kifayət deyil. Məhsulun tərkibi, istehsal tarixi, son istifadə müddəti, saxlanma şəraiti və üzərində göstərilən məlumatlar onun keyfiyyəti və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə satışda müxtəlif çeşiddə kolbas
30 oktyabr"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"
Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey
30 oktyabrBakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Bakıda mənzil qiymətlərinin artması 2026-cı ildə də daşınmaz əmlak bazarının əsas müzakirə mövzularından biridir. Mənzilə tələbat, tikinti xərcləri, yeni layihələrin sayı, ipoteka imkanları və alıcılıq qabiliyyəti qiymətlərin gələcək istiqamətinə təsir edən əsas amillər sırasındadır. Qiymət artımını
30 oktyabr