Azərbaycan-Böyük Britaniya arasında əməkdaşliq perspektivləri

Azərbaycan-Böyük Britaniya arasında əməkdaşliq perspektivləriAzərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması bu siyasətin mühüm nəticələrindən biri olmaqla, iki ölkə arasında münasibətlərin rəsmi olaraq keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsini ifadə edir. 2026-cı il noyabrın 12-də İrlandiyanın Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanmış sənəd uzun illər ərzində formalaşmış siyasi etimadı və əməkdaşlıq təcrübəsini daha geniş strateji müstəviyə çıxarır. Bəyannamənin əhəmiyyəti yalnız ikitərəfli münasibətlərin siyasi baxımdan yeni səviyyəyə qaldırılması ilə məhdudlaşmır. Sənəd müdafiə və təhlükəsizlik, ticarət və investisiya, iqtisadi artım, enerji, nəqliyyat, təhsil, elm və innovasiya kimi mühüm istiqamətləri əhatə etməklə gələcək əməkdaşlığın prioritetlərini müəyyənləşdirir.

Bu hadisənin siyasi mahiyyətini daha dolğun anlamaq üçün Azərbaycan-Böyük Britaniya münasibətlərinin formalaşma və inkişaf tarixinə nəzər salmaq vacibdir. Böyük Britaniya 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb, iki ölkə arasında diplomatik münasibətlər isə 1992-ci il martın 11-də qurulub. 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, 1998-ci il iyulun 21-də qəbul edilmiş Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli əlaqələrin siyasi-hüquqi əsaslarının möhkəmləndirilməsində mühüm rol oynayıb. 2016-cı ildə iki ölkənin xarici işlər nazirliklərinin rəhbərliyi ilə Strateji Dialoq mexanizminin yaradılması isə münasibətlərin institusional inkişafında yeni mərhələ açıb.

Prezident İlham Əliyevin Böyük Britaniyanın Baş naziri ilə Dublində keçirilən görüşündə vurğulandığı kimi, Bəyannamənin qəbulundan əvvəl də Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyırdı. Yeni sənəd bu münasibətləri rəsmi olaraq keyfiyyətcə yeni səviyyəyə yüksəldir. Dövlətimizin başçısı ölkələrimiz arasında enerji sahəsində 30 ildən artıq davam edən uğurlu əməkdaşlığa toxunaraq, Böyük Britaniyanın Azərbaycanın Avropadakı ən böyük investorlarından biri olduğunu qeyd edib. Görüşdə, həmçinin bərpaolunan enerji, yüksək texnologiyalar və süni intellekt sahələrində geniş əməkdaşlıq imkanlarının mövcudluğu vurğulanıb. Bu məqamlar tərəfdaşlığın ənənəvi iqtisadi əlaqələrdən daha geniş sahələrə doğru inkişaf etdiyini göstərir.

İki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri uzun illər ərzində enerji sahəsi olub. Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən ölkəmizin zəngin enerji resurslarının beynəlxalq bazarlara çıxarılması, xarici investisiyaların cəlb edilməsi və milli enerji sektorunun inkişafı istiqamətində Böyük Britaniya ilə əməkdaşlıq mühüm əhəmiyyət daşıyıb. 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" Azərbaycanın dünya enerji sisteminə inteqrasiyasında tarixi dönüş yaratmaqla yanaşı, ölkəmizin beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə və xarici investorlar üçün cəlbediciliyinin artmasına şərait yaradıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl enerji strategiyası nəticəsində Azərbaycan bu gün yalnız enerji resurslarının ixracatçısı deyil, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan etibarlı tərəfdaşdır. Xəzər hövzəsinin enerji potensialının beynəlxalq bazarlara çatdırılması, Cənub Qaz Dəhlizinin reallaşdırılması, enerji təchizatının şaxələndirilməsi və yeni enerji bağlantılarının yaradılması ölkəmizin beynəlxalq mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Böyük Britaniya ilə uzunmüddətli enerji əməkdaşlığı da məhz bu strateji xəttin mühüm tərkib hissəsidir.

Yeni Bəyannamə formalaşmış bu əməkdaşlıq təcrübəsini qorumaqla yanaşı, iqtisadi münasibətlərin daha geniş istiqamətlər üzrə inkişafını nəzərdə tutur. Ticarət, investisiya, infrastruktur, xidmətlər, maliyyə və innovasiya sahələrinin prioritet kimi müəyyənləşdirilməsi ikitərəfli münasibətlərin şaxələndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Tərəflər uzunmüddətli kommersiya tərəfdaşlıqlarının qurulmasını, bilik və təcrübə mübadiləsini, biznes strukturları arasında birbaşa əlaqələrin genişləndirilməsini, yeni iş yerlərinin və əlavə dəyər yaradan iqtisadi fəaliyyət sahələrinin inkişafını dəstəkləmək niyyətlərini ifadə edirlər.

Bəyannamənin siyasi baxımdan mühüm məqamlarından biri beynəlxalq hüququn fundamental prinsiplərinə münasibətin aydın ifadəsidir. Sənəddə BMT Nizamnaməsinə, beynəlxalq hüququn prinsiplərinə və normalarına, xüsusilə dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətlə bağlı prinsiplərə sadiqlik bir daha təsdiqlənir. Bu müddəalar Azərbaycanın xarici siyasətinin əsasını təşkil edən beynəlxalq hüquqa hörmət, dövlətlərin bərabərliyi və suverenliyinin qorunması prinsipləri ilə uzlaşır. Eyni zamanda, müasir beynəlxalq münasibətlərdə sabitliyin təmin olunmasının hüquqi əsaslarının əhəmiyyətini ön plana çıxarır.

Bəyannamənin mühüm istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsidir. Sənəddə yüksək səviyyəli siyasi təmasların davam etdirilməsi, ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə koordinasiyanın dərinləşdirilməsi, müdafiə sahəsində təlim, potensialın artırılması və qarşılıqlı fəaliyyət imkanlarının inkişaf etdirilməsi nəzərdə tutulur. Müdafiə sənayesi sahəsində qarşılıqlı maraq doğuran istiqamətlər üzrə birgə təşəbbüslərin imkanlarının araşdırılması da bu əməkdaşlığın tərkib hissəsidir.

Təhlükəsizlik sahəsində əməkdaşlıq yalnız müdafiə məsələləri ilə məhdudlaşmır. Bəyannamədə hüquq-mühafizə orqanları arasında tərəfdaşlığın gücləndirilməsi, sərhəd idarəçiliyi, məhkəmə və hüquqi əməkdaşlıq, qanunun aliliyinin və institusional dayanıqlılığın möhkəmləndirilməsi məsələləri də əksini tapıb. Bu yanaşma təhlükəsizliyin müasir dövrdə kompleks xarakter daşıdığını, onun təmin olunmasının hüquqi və institusional mexanizmlərin inkişafı ilə sıx bağlı olduğunu göstərir. Tərəflərin maraqlarının uzlaşdığı çoxtərəfli platformalarda beynəlxalq sülhə və təhlükəsizliyə birgə töhfə vermək niyyəti isə əməkdaşlığın beynəlxalq müstəvini də əhatə etdiyini təsdiqləyir.
Sənəddə Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi məsələsinə də xüsusi yer ayrılıb. 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyətinin vurğulanması, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı sülh addımlarının alqışlanması və Böyük Britaniyanın bu prosesə dəstəyini təsdiqləməsi diqqətəlayiqdir. Burada mühüm məqam sülhə nail olunmasının iki ölkə arasında ikitərəfli dialoq və tərəflərin səyləri əsasında həyata keçirilməsinin dəstəklənməsidir.

Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallıqlar, ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra formalaşan inkişaf perspektivləri Cənubi Qafqazda əməkdaşlıq üçün yeni imkanlar açıb. Ölkəmiz regionda davamlı sülhün təmin edilməsini, iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını, qarşılıqlı faydaya əsaslanan münasibətlərin qurulmasını ardıcıl şəkildə dəstəkləyir. Bu baxımdan Böyük Britaniyanın Bəyannamədə ifadə olunan mövqeyi Azərbaycanın sülh gündəliyinin beynəlxalq müstəvidə dəstəklənməsi və regionda sabitliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.

Təranə Tağıyeva - BDU, Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 521   Tarix: 16 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan-Böyük Britaniya tərəfdaşlığı qarşılıqlı etimada və ortaq strateji maraqlara söykənir

"Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlərin Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi siyasi əlaqələrin məntiqi inkişafı və qarşılıqlı maraqların uzlaşdırılması baxımından mühüm hadisədir". Bu fikirləri -a açıqlamasında tarixçi Ələddi

17 noyabr
.

İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır"

"Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da ilk dəfə efirə çıxan Azərbaycan radiosu ötən əsr ərzində xalqımızın ictimai-siyasi, mədəni və mənəvi həyatının ayrılmaz hissəsinə çevrildi. Radio uzun illər insanları

15 noyabr
.

Yeni Azərbaycan Partiyası - milli siyasi iradənin, dövlətçilik ənənələrinin və güclü Azərbaycan məfkurəsinin ifadəsi

Azərbaycanın müasir siyasi tarixində Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin taleyində mühüm rol oynamış hadisələrdən biri kimi xüsusi yer tutur. 1992-ci il noyabrın 21-də təsis edilən bu siyasi təşkilatın meydana çıxması müstəqilliyin ilk illərində Azərbaycanın üzləşdiyi ağır siyasi, iqtisad

17 noyabr
.

Yeni Azərbaycan Partiyası: Tarixi missiyadan müasir dövlətçilik strategiyasına uzanan siyasi yol

Azərbaycanın müstəqillik tarixində Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin gələcək siyasi inkişafına istiqamət verən mühüm hadisələrdən biri kimi xüsusi əhəmiyyət daşıyır. 1992-ci il noyabrın 21-də yaradılan bu siyasi təşkilatın meydana çıxması təsadüfi proses deyil, Azərbaycanın müstəqilliyini

17 noyabr
.

Şəhər Gününüz mübarək, əziz Ağdamlılar!

"20 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına müraciət edib. Müraciətdə qeyd olunur ki, "Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Üçtərəfli bəyanat Azərbaycanın Qələbəsidir

16 noyabr
.

Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birg

15 noyabr
.

Yeni Azərbaycan Partiyası - 34 illik siyasi tarix, güclü dövlətçilik və milli inkişaf strategiyasının təcəssümü

Azərbaycanın müasir siyasi tarixində Yeni Azərbaycan Partiyasının yaradılması dövlətçilik salnaməmizin ən mühüm hadisələrindən biridir. 1992-ci il noyabrın 21-də təsis edilən partiya ölkənin müstəqilliyinin ciddi təhlükələrlə üzləşdiyi, siyasi böhranın dərinləşdiyi, idarəçilik sisteminin zəiflədiyi v

17 noyabr
.

Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi

Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon

14 noyabr
.

Ağdamın işğaldan azad olunmasından 6 il keçdi

"2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsasən münaqişə zonasında bütün hərbi əməliyyatlar dayandırıldı və həmin tarixdən etibarə

16 noyabr