Qarabağda yeni həll planı

ABŞ nümayəndəsi Lavrov planının üstündən xətt çəkdi

Qarabağ münaqişəsinin həlli üzrə Lavrov planı yoxdur, əvvəlki planların təkmilləşdirilmiş variantı var.

Bu barədə İrəvanda ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədrini müvəqqəti əvəz edən Riçard Hoqland bildirib.

"Bu illər ərzində müxtəlif planlar olub, indi isə masanın üstündə olan müxtəlif planların düzəldilmiş, təmizlənmiş varinatıdır. Bu, əvvəlki təkliflərin təkrarlanması deyil. Yeni planda tərəflər üçün əlverişli olan yeni yollar, yeni həllər yer alıb", - deyə Hoqland vurğulayıb.

Onun sözlərinə görə, tərəflər hələ ayrı-ayrı məsələlər üzərində işləyirlər, şərait yarananda prezidentlər görüşüb, razılaşdırılmamış məsələləri müzakirə edəcəklər. Onun sözlərinə görə, bu, "Lavrov planı" deyil: "Dövriyyədə olan plan var: o, üç hissədən ibarətdir. Amma onun detallarını açmaq yerinə düşməz. Tərəflər onun üzərində işləyir".

Beynəlxalq Avrasiya hərəkatının lideri Aleksandr Duqin Ermənistanın "1in.am" portalına müsahibəsi zamanı münaqişənin həlli üzrə Rusiyanın "Lavrov planı" adlandırılan həll variantının detallarını açıqlamışdı:

"Lavrov planı status-kvonun hüquqi vəziyyətdə saxlanması əvəzində Ermənistan tərəfindən Qarabağ ətrafındakı rayonların geri qaytarılması deməkdir. Bundan sonra vəziyyət bütün nəzər nöqtələr çərçivəsində normallaşdırılacaq və biz daha sakit, uzun dövrə girəcəyik".

Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması
Duqinin təsvir etdiyi variant münaqişənin Madrid prinsipləri ilə həlli üzrə Azərbaycanın təklif etdiyi varianta çox yaxın idi. Madrid prinsiplərinə görə, Ermənistan tərəfdən işğal edilmiş və Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 7 rayon Azərbaycana qaytarılmalı, daha sonra isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu müəyyən olunmalıdır. ATƏT-in Minsk qrupu Dağlıq Qarabağın statusunun 5 ildən sonra keçiriləcək referendum əsasında müəyyən etməyi təklif edir. Həmin müddət ərzində regiona sülhməramlılar yerləşdirilməli və qaçqınlar geri qaytarılmalıdır.

Ermənistan bununla razılaşmır və Dağlıq Qarbağın statusunun 1 ildən sonra müəyyən edilməsini tələb edir. Azərbaycan isə Dağlıq Qarabağın statusunun 20 ildən sonra müəyyən edilməsini tələb edir. Erməni tərəfinin tələskənliyi Dağlıq Qarabağın erməni əhalisinin Azərbaycanın tərkibində qalmağa səs verəcəyi ilə bağlıdır.

Erməni ekspertlər düşünür ki, Azərbaycan regiona böyük sərmayələr yatırmaqla erməni əhalinin maddi vəziyyətini xeyli yaxşılaşdıra bilər, həmçinin bölgənin demoqrafik durumu azərbaycanlıların xeyrinə dəyişə bilər.

Yeni planın nələri əhatə etməsi açıqlandıqdan sonra məlum olacaq. Azərbaycanın plana reaksiyası da yalnız bundan sonra məlum olacaq.

Mənbə: istipress
Qarabağda yeni həll planıQarabağda yeni həll planıQarabağda yeni həll planı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1911   Tarix: 28 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021
.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021
.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021