Hikmət Hacıyev: "Ermənistan gəncləri arasındakı revanşizm bizi narahat edir"

Hikmət Hacıyev: "Ermənistan gəncləri arasındakı revanşizm bizi narahat edir""Ermənistan cəmiyyətində gördüyümüz bəzi məqamlar bizi narahat edir".

Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CAMCA (Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstan) Regional Forumunda deyib.

O bildirib ki, revanşist qüvvələr cəmiyyətdə hələ də kifayət qədər üstünlük təşkil edir və fərqli səslər eşidirik:

"Bu arada, digər bir narahatlıq doğuran məqam isə revanşizmin Ermənistan gəncləri arasında fəal olmasıdır. Çünki seçkidə Robert Koçaryan və Samvel Karapetyanın əsas seçici kütləsi Ermənistan gəncləri idi. Təəssüf ki, onlar hələ də revanşizm prizmasından düşünürlər və bu, narahatlıq doğurur. Buna görə də biz Ermənistan hökumətinə də çağırış edirik ki, öz xalqını sülhə hazırlamaq üçün çox ciddi çalışsınlar. Lakin Azərbaycan tərəfinin strateji qətiyyəti var. Sülh gündəliyini davam etdirmək, onu yerdə möhkəmləndirmək və sülh konsepsiyasına əsaslanan elə bir regional memarlıq qurmaq ki, bu, həm Ermənistan, həm də Azərbaycan xalqı üçün uzunmüddətli sülh və sabitliyi təmin edə bilsin. Biz həmişə deyirik ki, bu sülhü yalnız Paşinyan hökuməti ilə, baş nazir Paşinyanla deyil, Ermənistan xalqı ilə bağlamaq istəyirik".

Prezidentin köməkçisi xatırladıb ki, iki ölkə arasında ticarət əlaqələri var:

"Bir neçə il əvvəl təsəvvür belə edilməyən bəzi addımlar yerlərdə icra olunur. Ticarət əlaqələri, biznes münasibətləri, iki ölkə arasında etimadın qurulması tədbirləri və s. Bunlar sülh quruculuğu istiqamətində Azərbaycanın atdığı addımlardır".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 82   Tarix: 02 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev YAP-ın VIII Qurultayında çıxış edir - Foto

Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayı keçirilir. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə çıxış edir

2 oktyabr
.

İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, qonaq qəbula görə minnətdarlığını bildirərək, ölkəmizdə olmaqdan və Azərbayca

30 sentyabr
.

Müstəqilliyə gedən yol

1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətl

1 oktyabr
.

İlham Əliyev: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

"Etibarlı məlumat yalnız peşəkar jurnalistikanın deyil, bütövlükdə informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Media və Yayım Şurasının təşkilatçılığı ilə "Qütbləşmiş dünyada media vasitəsilə etimadı

1 oktyabr
.

"Pekinin mövqeyinə görə, söhbət təkcə hüquqi texniki məsələdən getmir" - BƏHRUZ QULİYEV

"Son günlər Çinlə Yaponiya arasında münasibətlərdə yeni bir mübahisəli mövzu gündəmə gəlib. Söhbət BMT Nizamnaməsində II Dünya müharibəsindən qalma "düşmən dövlət" adlandırılan müddəalardan gedir. Əvvəlcə məsələni aydınlaşdıraq. BMT Nizamnaməsinin 53, 77 və 107-ci maddələrində II Düny

30 sentyabr
.

27 ildən sonra düşmən işğalından azad edilmiş Cəbrayıl

4 oktyabr 2020-ci ildə Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından azad edildiyi gündür. Məhz bu tarixdə Üçrəngli müqəddəs Azərbaycan bayrağı Cəbrayılda dalğalandırılıb. 27 sentyabr 2020-ci il tarixində düşmənin növbəti təxribatını dəf etmək və təcavüzə son qoymaq üçün Al

1 oktyabr
.

Hikmət Hacıyev: "Yekun sülh üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini gözləyirik"

"Ermənistan Konstitusiyasının dəyişdirilməsi, xüsusən də Azərbaycana qarşı ərazi iddialarının çıxarılması kimi son yekun məqamı gözləyirik". xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıye

2 oktyabr
.

YAP-ın Sədri: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

"İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) Sədri, Prezident İlham Əliyev təşkilatın VII Qurultayında çıxışı zamanı deyib. VII qurultayı

2 oktyabr
.

4 Oktyabr - Cəbrayılın tarixinə həkk edilən gün

Oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür. Şəhərin erməni işğalçılarından təmizlənməsindən artıq 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad

1 oktyabr