Şəhər Gününüz mübarək, əziz Ağdamlılar!

Şəhər Gününüz mübarək, əziz Ağdamlılar!"20 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına müraciət edib. Müraciətdə qeyd olunur ki, "Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Üçtərəfli bəyanat Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır. Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarır. Bu gün yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir"".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasının üzvü Ağarəhim Baxışov bildirib.

"Ağdam rayonu 1930-cu ildə yaradılıb. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib.İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir. Ərazisi 1 094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçib, o vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub.

Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon idi. Rayonda dəzgah avadanlıqları, arekosmik və rabitə cihazları, metiz - furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ - pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, iki dəmir yolu vağzalı və aeroport, Ü.Hacıbəyli adına musiqi texnikumu, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı və s. sosial və mədəniyyət obyektləri fəaliyyət göstərirdi.

Rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi. Ağdamlılar həm Birinci, həm də İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər. İşğal edilmiş Ağdam şəhəri və rayonun 89 kəndi bəşər tarixində bənzəri olmayan bir vəhşiliklə darmadağın edilərək, yerlə-yeksan edildi. Mədəni abidələri talan edərək bütün infrastrukturu məhv edildi. Təsadüfi deyil ki, jurnalistlər Ağdam şəhərini "Qafqazın Xirosiması" adlandırıblar. 44 günlük Vətən müharibəsində rəşadətli ordumuz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə misli görülməmiş qəhrəmanlıq və hünər göstərərək 30 il işğal altında qalmış Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, mədəniyyətimizin beşiyi sayılan Şuşa şəhərini və bir neçə yaşayış məntəqəsini düşməndən azad etdi. Cənab Prezident İlham Əliyev həm siyasi, həm də hərbi sahədə öz qətiyyəti və uzaqgörənliyi sayəsində düşməni kapitulyasiya aktına - üçtərəfli bəyanata imzalamağa vadar etdi. Nəticədə Ağdam, Kəlbəcər və Laçın rayonları heç bir itki verilmədən, döyüş əməliyyatları aparılmadan Azərbaycana təslim edildi. Noyabrın 20-də Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir.

2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Ağdam şəhərində Azərbaycan bayrağını qaldırdı. 2021-2023-cü illərdə ölkə başçısının Ağdama daha bir neçə səfəri oldu. Bu səfərlər zamanı 2021-ci ildə Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimləri keçirildi, 2021-ci il mayın 28-də həm də sahəsi 125 hektar olan Ağdam şəhər meşə-parkında ağacların əkilməsinə start verildi.

Ümumilikdə isə 2020-2025-ci illərdə ölkə başçısı cənab İlham Əliyev 14 dəfə Ağdamda olub, bu səfərlərin 5-i 2025-ci ilə təsafüf edir. Bu səfərlər zamanı rayonda Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin, Ağdamın Sarıcalı və Kəngərli kəndlərinin birinci mərhələsinin, Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş inzibati binanın, klub-icma mərkəzinin, Kəngərli kənd tam orta məktəbinin binasının, kənd körpələr evi-uşaq bağçasının, Kəngərli kəndində yeni inşa edilmiş fərdi evlərin, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin, Ağdam Muğam Mərkəzinin, Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin, Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin, Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının, Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının, Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışları şeçirilib.

2026-cı il noyabrın 6-da isə ölkə başçısının Ağdama növbəti səfəri zamanı Ağdamda sənaye müəssisələrinin açılışında iştirak edib, Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub. Qeyd edilməlidir ki, Ağdamda sənaye müəssisələrinin açılması Böyük Qayıdışın iqtisadi əsaslarının yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır. Ölkə başçısı Ağdam Sənaye Parkında "Komfy" Məhdud Məsuliyyətli Cəmiyyətinin ortopedik döşək istehsalı müəssisəsinin, "ASMC" Məhdud Məsuliyyətli Cəmiyyətinin metal məmulatları istehsalı müəssisəsininaçılışında iştirak edib, Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub.

Prezidentin rayona hər bir səfəri burada aparılan işlərin daha da sürətlənməsinə səbəb olur. İşğaldan azad edildikdən qısa bir müddət sonra burada bərpa quruculuq işləri başlamışdır və hal-hazırda da davam etdirilməkdədir. 2023-cü ildə isə Ağdamlılar ilk dəfə olaraq Ağdamın işğaldan azad edilən günün - noyabrın 20-nin Ağdam Şəhəri Günü kimi qeyd ediblər. Beləliklə, həmin gün bütün ağdamlılar üçün əlamətdar bir günə çerilib".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 163   Tarix: 16 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azadlığına qovuşmuş Ağdam quruculuq və inkişaf dövrünü yaşayır

Artıq Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq Qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından aza

16 noyabr
.

Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri Rumen Radev ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində Bolqarıstan Respublikasının Baş naziri Rumen Radev ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bir neçə gün əvvəl Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsind

12 noyabr
.

Ağdamın işğaldan azad olunmasından 6 il keçdi

"2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsasən münaqişə zonasında bütün hərbi əməliyyatlar dayandırıldı və həmin tarixdən etibarə

16 noyabr
.

Avropa Siyasi Birliyinin Dublin sammiti: dəyişən geosiyasi reallıqlar, təhlükəsizlik çağırışları və Azərbaycanın strateji mövqeyi

Avropa Siyasi Birliyinin (ASB) Dublin sammiti müasir beynəlxalq münasibətlər sistemində baş verən fundamental dəyişikliklər fonunda xüsusi siyasi əhəmiyyət daşıyır. Təxminən 50 ölkənin liderlərini bir araya gətirən bu toplantı Avropanın yalnız mövcud problemləri müzakirə etmək deyil, həm də gələcək siyasi

12 noyabr
.

Prezident: "Ümummilli liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

"Ümummilli lider Heydər Əliyevin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur. Onun rəhbərliyi və dəstəyi ilə milli televiziya və radio yayımının maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcı potensialının artırılması, milli-mənəvi dəyərlərimizi

15 noyabr
.

Prezidentin 1 həftəsi... - Video

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. "Qafqazinfo" icmalı təqdim edir:

15 noyabr
.

Ağdamda yeni və müasir şəhər salınır

Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy

14 noyabr
.

İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın Dublin şəhərində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı çərçivəsində Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, liderlər 2025-ci il avqustun 8-d

12 noyabr
.

Cənubi Qafqazın ən böyük siyasi partiyası

Müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 35 il bundan əvvəl yaradılan Yeni Azərbaycan Partiyası şərəfli bir yol keçib, milli ideyalara sadiqliyini daim sübuta yetirib. Ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranmas

16 noyabr