Heyvanlara qarşı zorakılıq artır: Cəzaların sərtləşdirilməsi gündəmdə - VƏKİLDƏN AÇIQLAMA
Bakıda hamilə itin çoxmərtəbəli binanın pəncərəsindən aşağı atılaraq öldürülməsi cəmiyyətdə heyvanlara qarşı zorakılıq məsələsini yenidən gündəmə gətirib. Hadisə ilə bağlı şəxsin saxlanılması və inzibati qaydada cəzalandırılması məsuliyyət məsələsini önə çıxarsa da, əsas sual olaraq qalır: heyvanlara qarşı bu cür qəddarlığın qarşısını almaq üçün mövcud cəzalar kifayət edirmi?
Dünyanın bir sıra ölkələrində heyvanlara işgəncə və ağır zorakılıq daha ciddi hüquqi məsuliyyət yaradır. Bəs Azərbaycanda da heyvanlara qarşı qəddarlığa görə cəzalar sərtləşdirilməlidirmi?
Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Cavanşir Qasımzadə Sonxeber.az-a açıqlamasında bildirdi ki, bəli, qeyd edilən hal xoşagəlməz haldır və təəssüflər olsunki, heyvanlara qarşı belə işgəncə və ya onlara qarşı bu cür rəftar ilk hal deyil və tez-tez rast gəlirik. Sosial medianın geniş yayılması ilə bu cür videoları tez-tez görürük və bu cür xəbərləri tez-tez eşidirik.
Azərbaycanda belə hərəkətləri tənzimləyən qanunvericilik İnzibati Xətalar Məcəlləsidir. Məcəllənin 274-cü maddəsində heyvanlara qarşı rəhmsiz rəftar qeyd olunur. Bu maddəyə görə həm cərimə, həm də xəta törədən şəxsin şəxsiyyəti nəzərə alınmaqla bir aya qədər inzibati həbs nəzərdə tutulub.
Cərimə 500 manatdan başlayır və 2000 manata qədər çıxa bilir. İnzibati həbs isə bir aya qədərdir.
Lakin dünya təcrübəsinə baxdıqda görürük ki, bir çox ölkələrdə belə hərəkətlərə qarşı daha ağır sanksiyalar və tədbirlər nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi digər ölkələrlə müqayisədə daha yumşaqdır və kifayət qədər çəkindirici xarakter daşımır.
Düzdür təzəlikcə bu maddədə dəyişiklik olundu və ağırlaşdırıldı. Əvvəllər sadəcə 500 AZN cərimə tətbiq olunurdu, sonradan maddə sərtləşdirildi və inzibati həbs də əlavə edildi. Lakin görürük ki, bu belə, çəkindirici xarakterə malik deyil.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 283 Tarix: 07 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Oktyabrın 6-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacağı ilə bağlı məlumat verilib. Suyun verilişini
7 oktyabrBDYPİ-dən sürücülərə XƏBƏRDARLIQ
Respublika ərazisində keçirilən "Təmiz hava" aylığı çərçivəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarət tədbirləri davam etdirilir. Bu barədə -a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı nəqliyyat vasitələrinin texnik
6 oktyabrBakının bu yollarında hərəkət məhdudlaşdırılacaq
Bakının Binəqədi və Sabunçu rayonlarında yolların təmiri ilə əlaqədar oktyabrın 7-dən nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, təmir işlərinə oktyabrın 7-də saa
7 oktyabrPsixotrop dərman iddiası olan bağçanın direktoru işdən çıxarıldı - Yenilənib
Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasının direktoru Elnurə Əliyeva vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat yayıb. Hazırda onun vəzifəsinin müvvəqqəti olaraq başqasına tapşırıldığı bildirilir. *. Bakı Şəhəri üzrə Təhsil idarəsindən (BŞTİ) "Qafqazinfo"y
7 oktyabrAzərbaycan Universitetinin dərs otağına yağış suları damıb
"Kiçik tutumlu auditoriyalardan birində su sızması olub". Bu barədə -in sorğusuna cavab olaraq Azərbaycan Universitetinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, aidiyyəti şöbə tərəfindən həmin auditoriyaya baxış keçirilib və yaranmış vəziyyətlə bağlı tədbirlər görülür:. "Videoda
6 oktyabrYük gəmisinə hücumda daha 3 azərbaycanlı yaralanıb - XİN
"Oktyabrın 5-də Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında "Royad Məmmədov" adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb. Daxil olan məlumata əsasən, hücum nəticəsində Azərbaycan vətəndaşı, gəminin kapitanı 1974-cü il təvəllüdlü Həsənov Rüstəm İsmayıl oğlu həlak olub. Digər vətəndaşımı
6 oktyabrQeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı yeni detallar
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişən Zərdab rayon sakini, 31 yaşlı Səkinə Yusifovanın ölümü ilə bağlı bəzi detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, S.Yusifova kor bağırsağında olan problemdən əziyyət çəkib. İlk övladı dünyaya gələn zaman həkimi ikinci doğuşun həyat
6 oktyabr