Elcan Hacıyev və Murad Fətiyevdən qələbə - Yenilənir
Azərbaycanın daha dörd cüdoçusu Bakıda keçirilən dünya çempionatında bu gün mübarizəyə başlayacaq.
"Qafqazinfo" xəbər verir ki, yarışın beşinci günündə Südabə Ağayeva (70 kq), Elcan Hacıyev, Murad Fətiyev və Süleyman Şükürov (hamısı 90 kq) tatamiyə çıxacaqlar.
S.Ağayevanın 1/32 finaldakı rəqibi ispaniyalı Ai Tsunoda Roustant olacaq.
E.Hacıyev 1/32 finalda ABŞ cüdoçusu Aleksander Knaufla, S.Şükürov eyni raundda norveçli Kornelius Eylertsenlə üz-üzə gələcək.
M.Fətiyev yarışa 1/16 finaldan qoşulacaq. O, Yeqor Varapayev (Belarus) - Teodoros Tselidis (Yunanıstan) görüşünün qalibi ilə görüşəcək.
Təsnifat mərhələsi saat 10:30-da başlayacaq. Medal görüşlərinin keçiriləcəyi final blokuna isə 18:00-da start veriləcək.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.
*
Süleyman Şükürov (90 kq) Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
O, 1/32 finalda norveçli Kornelius Eylertseni məğlub edib.
*
Azərbaycan cüdoçusu Elcan Hacıyev Bakıda keçirilən dünya çempionatında 1/16 finala vəsiqə qazanıb.
Cüdoçumuz 1/32 finalda ABŞ cüdoçusu Aleksander Knaufu məğlub edib.
*
Süleyman Şükürov 1/16 finalda yaponiyalı 4 qat dünya çempionu Qoki Tayimaya uduzub.
*
Elcan Hacıyev 1/16 finalda kanadalı Yanq Kiqanı ipponla məğlub edib.
*
Azərbaycanın daha bir cüdoçusu Murad Fətiyev yunanıstanlı Teodoros Tselidisə qalib gəlib.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 135 Tarix: 08 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ronaldu millidən ayrıldı, Portuqaliyada kütləvi etirazlar başladı - Video
Portuqaliya millisinin azarkeşləri Kriştianu Ronaldunun milli komandadan qalmaqallı şəkildə ayrılmasına etiraz olaraq aksiya keçiriblər. xəbər verir ki, ölkənin müxtəlif şəhərlərində küçələrə çıxan azarkeşlər futbolçunun adını səsləndirib və əfsanəvi oyunçuya hörmət tələb ediblər. Azarkeşlərin narazılığ
4 oktyabrOlisedən tarixi göstərici
Fransa millisi UEFA Millətlər Liqasının qrup mərhələsində ötən gün Belçika yığmasını 4:1 hesabı ilə məğlub edib. xəbər verir ki, bu görüşdə Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəçisi Maykl Olise iki qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb. Bununla da futbolçunun Fransa millisind
6 oktyabr"Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli olub
Misli Premyer Liqasında VII turun oyun cədvəli müəyyənləşib. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun "Qarabağ" - "Neftçi" oyunu oktyabrın 17-də keçiriləcək. Qarşılaşma saat 19:00-da start götürəcək. Misli Premyer Liqası. I dövrə, VII tur. 16 oktyab
29 sentyabrMessi Argentina millisində karyerasını başa vurur
Argentinanın milli komandasının kapitanı Lionel Messi oktyabrın 7-nə keçən gecə yığmanın heyətində sonuncu oyununu keçirəcək. xəbər verir ki, vida matçı Buenos-Ayresdəki "Monumental" stadionunda Benin seçməsinə qarşı olacaq. Görüş Bakı vaxtı ilə saat 03:00-da başlayacaq. Arenanın kassalarınd
6 oktyabrAzərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
Monteneqronun Budva şəhərində təşkil olunan U-17 Avropa çempionatında Azərbaycan millisinin daha 5 boksçusu adını 1/4 finala yazdırıb. Bu barədə -a Azərbaycan Boks Federasiyasından bildirilib. Həsrət Məmmədov (46 kq) Camal Dustiyevlə (Rusiya) gücünü yoxlayıb və 5:0 (30:27, 29:28, 29:28, 29:28, 30:27
7 oktyabrFerhat Gündoğdu da həbs edildi
Türkiyə Futbol Federasiyasının (TFF) Mərkəzi Hakimlər Komitəsinin sədri (MHK) Ferhat Gündoğdu həbs edilib. Bu barədə "Haber Global"a istinadən məlumat verir. Bildirilir ki, "Hakimlər dosyesi" istintaqı çərçivəsində saxlanılan və aralarında MHK Prezidenti Ferhat Gündoğdunun da olduğ
3 oktyabr"Səbail" komandası hücumçu Mbup Babakarı heyətinə cəlb edib
"Səbail" komandası hücumçu Mbup Babakarı heyətinə cəlb edib. Bu barədə -a paytaxt təmsilçisinin mətbuat xidmətindən bildirilib. 24 yaşlı hücumçu ilə "1+1" illik müqavilə bağlanıb. Qeyd edək ki, Mbup Babakarın son klubu Serbiya Superliqasında çıxış edən "Radniçki" olub
7 oktyabr