"Hazırda NATO ilə Rusiya arasında birbaşa müharibənin qaçılmaz olduğunu söyləmək düzgün olmaz" - BƏHRUZ QULİYEV
"Son günlər Avropanın təhlükəsizlik gündəmində Litva ilə bağlı baş verənlər ciddi narahatlıq doğurur. Hesab edirəm ki, bu məsələyə yalnız Litva-Rusiya münasibətləri kontekstində yanaşmaq düzgün deyil. Burada daha böyük prosesdən NATO ilə Rusiya arasında təhlükəsizlik qarşıdurmasının yeni mərhələsindən söhbət gedir." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Sonxeber.az-a açıqlamasında deyib.
Ekspert qeyd edib ki, oktyabrın 6-da Litva parlamentinin ölkə ərazisində nüvə silahlarının yerləşdirilməsinə qoyulan konstitusion məhdudiyyətlərin aradan qaldırılması istiqamətində ilk addımı atması diqqətçəkən hadisədir. Eyni gündə ABŞ Prezidenti Donald Trampın Litvada Amerika hərbi bazasının yaradılması təklifinə baxılacağını bildirməsi də təsadüfi görünmür.
"Düşünürəm ki, Moskvanın reaksiyası dərhal və sərt oldu. Kremlin sözçüsü Dmitri Peskov bəyan etdi ki, NATO və ABŞ hərbi infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşdırılması eskalasiya kimi qiymətləndiriləcək və Rusiya buna cavab verəcək. Rusiya XİN-in açıqlamalarında da Baltik istiqamətində hərbi fəallığın artırılmasının təhlükəli nəticələrə gətirə biləcəyi vurğulanır.
Burada əsas məsələ Litvada sabah nüvə silahının yerləşdirilib-yerləşdirilməyəcəyindən daha çox, belə bir imkanın hüquqi və hərbi baxımdan müzakirəyə çıxarılmasıdır. Çünki Litva Rusiya ilə NATO arasında ən həssas coğrafi xəttlərdən birində yerləşir. Bir tərəfin öz təhlükəsizliyini gücləndirmək üçün atdığı addım digər tərəf tərəfindən birbaşa təhdid kimi qəbul edilir.
Hesab edirəm ki, hazırda NATO ilə Rusiya arasında birbaşa müharibənin qaçılmaz olduğunu söyləmək düzgün olmaz. Lakin eskalasiya riski realdır və artır.
Ən təhlükəli məqam isə tərəflərin bir-birinin niyyətlərini yanlış qiymətləndirməsidir. NATO "çəkindirmə" deyir, Rusiya isə bunu sərhədlərinə yaxınlaşan hərbi təhdid kimi qəbul edir. Rusiya cavab tədbiri elan etdikdə isə NATO həmin addımı yeni təhlükə kimi qiymətləndirə bilər. Beləliklə, qarşılıqlı hərbi addımlar zəncirvari şəkildə gərginliyi yüksəldə bilər.
Bu baxımdan Litva məsələsi artıq yalnız Litvanın daxili qərarı deyil. Bu, Baltik regionunda NATO-Rusiya qarşıdurmasının yeni risk nöqtəsinə çevrilə biləcək prosesdir.
Azərbaycan üçün də burada mühüm məqam var. Avropada böyük güclər arasında hərbi qarşıdurmanın genişlənməsi enerji təhlükəsizliyinə, nəqliyyat dəhlizlərinə və regional sabitliyə təsir göstərə bilər.
Ona görə də bugünkü mərhələdə əsas məsələ yeni eskalasiya xətti yaratmaq deyil, diplomatik kanalları açıq saxlamaqdır. Çünki nüvə silahının müzakirə olunduğu bir şəraitdə kiçik görünən hərbi-siyasi addımların böyük nəticələri ola bilər." - deyə, B.Quliyev əlavə edib.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək
Pensiyalar bu tarixdə ödəniləcək
Bakıda yeni dəmir yolu tıxacları azaldacaq? - Ekspertdən AÇIQLAMA
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Ölkədə qızıl ucuzlaşdı, yoxsa bahalaşdı?
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
Qızlar "kişi peşələri"nə üz tutur: Əmək bazarında nələr dəyişəcək?
Türkiyə müharibənin astanasında? Qara dənizdə hücumlar, Səudiyyədə hərbi hazırlıq
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Fərdi ev tikənlərə XƏBƏRDARLIQ: Bu səhvlər faciəyə səbəb ola bilər