Məsud Pezeşkian İranda Qərbi Azərbaycana qarşı ədalətsizlikdən danışdı - Video
İran Prezidenti Məsud Pezeşkian ölkənin əyalətləri arasında mövcud olan sosial-iqtisadi bərabərsizlikdən bəhs edərək, Qərbi Azərbaycan ostanının digər bölgələrdən geri qalmasını nümunə göstərib.
Oxu.Az xəbər verir ki, bu barədə İranın "Fars" informasiya agentliyi məlumat yayıb.
Dövlət başçısının sözlərinə görə, 1979-cu il İslam inqilabından əvvəl mərhum atası Qərbi Azərbaycanda çalışarkən 400 tümən maaş alıb. Halbuki Pezeşkianın özü sadəcə orta təhsil haqqında attestatla Sistan və Bəlucistan ostanının ucqar ərazilərində işləyərək 1 800 tümən, yəni 4.5 dəfə çox qazanc əldə edib. Bu fərq dövlətin müxtəlif regionlarda əməyə verdiyi qiymətin necə kəskin fərqləndiyinin əyani sübutudur.
Qeyd etmək lazımdır ki, 1954-cü ildə Qərbi Azərbaycan əyalətinin Mahabad şəhərində anadan olan Məsud Pezeşkian özü də İranda ən böyük milli azlıq sayılan və müxtəlif hesablamalara görə, sayları 15-20 milyon nəfər arasında dəyişən etnik azərbaycanlılardandır. Onun 2024-cü ildə prezident seçilməsi ölkənin bölgələrini təmsil edənlər üçün mühüm hadisəyə çevrilib.
Pezeşkian vurğulayıb ki, inzibati və maliyyə resurslarının Tehranda mərkəzləşməsi qeyri-bərabərliyi daha da dərinləşdirir, mütəxəssisləri paytaxta köçməyə məcbur edir. İran ekspertləri bildirirlər ki, dövlət investisiyaları qeyri-mütənasib bölünür, böyük hissəsi paytaxt regionunun payına düşür, əyalətlər, xüsusən də sərhədyanı bölgələr isə davamlı olaraq infrastruktur və kadr çatışmazlığından əziyyət çəkir.
Onun fikrincə, əməkhaqqı ödənişlərində və vəsaitlərin bölüşdürülməsindəki ədalətsizlik İran regionlarının balanslı inkişafına ciddi maneə yaradır.
İran Prezidenti Qərbi Azərbaycan əyalətinin inkişaf baxımından geri qaldığını etiraf edib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 62 Tarix: 21 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKəlbəcərin işğaldan azad olunması tarixi hadisədir
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. Bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonları siyasi yolla Azərbaycana qaytarıldı. Kəlbəcər Azərbaycanı
21 noyabrArzu və Leyla Əliyevalar Vyetnamda - Foto
Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva sosial şəbəkə hesabında yeni paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, bacısı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə Vyetnamın Hanoy şəhərində çəkdirdikləri fotonu paylaşıb. Həmin fotonu təqdim edirik:
20 noyabrPrezident Vyetnamın Baş naziri ilə görüşdü - Fotolar - Yenilənib
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri Le Minh Hunq ilə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Görüşdə çıxış edən Baş nazir Le Minh Hunq deyib:. - Vyetnama rəsmi səfəriniz münasibətilə Zati-aliləri Prezident
20 noyabrŞərqə açılan yeni pəncərə: Azərbaycanın geosiyasi nüfuzu genişlənir - MƏQALƏ
Azərbaycan yeni geosiyasi xəritədə öz mövqelərini möhkəmləndirir. Dünya siyasətində baş verən fundamental dəyişikliklər, qlobal iqtisadi güc mərkəzlərinin coğrafiyasının yenidən formalaşması, beynəlxalq ticarət və logistika marşrutlarının strateji əhəmiyyətinin artması dövlətlərin xarici siyasət prioritetlərin
21 noyabrİlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşviliyə başsağlığı verib. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısının Gürcüstan Prezidentinə ünvanlandığı məktubda deyilir:. "Tbilisi şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində insanların həla
21 noyabrPrezident onları təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Omanın Sultanı Heytəm bin Tariq Al Səidə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,. Oman Sultanlığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adında
18 noyabr