Ərazi bütövlüyü və daxili işlərə qarışmamaq kimi beynəlxalq hüququn təməl prinsiplərinə söykənən münasibətlərqarşılıqlı dəstəklə müşayiət olunur
"Türkmənbaşı şəhərində keçirilən Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının Məşvərət görüşündə səsləndirilən fikirlər Bakı və Aşqabad arasında strateji dialoqun keyfiyyətcə yeni müstəviyə keçdiyini nümayiş etdirir. Siyasi-hüquqi baxımdan bu çıxış tərəflərin ikitərəfli müqavilə-hüquq bazasını daha da möhkəmləndirmək, eləcə də regional təhlükəsizlik və iqtisadi inteqrasiya mexanizmlərində birgə mövqedən çıxış etmək iradəsini təsdiqləyir". Bu sözləri Sonxeber.az-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov bildirib.
Onun sözlərinə görə, tərəflər arasında suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmamaq kimi beynəlxalq hüququn təməl prinsiplərinə söykənən münasibətlər çoxtərəfli platformalarda qarşılıqlı dəstəklə müşayiət olunur: "İki dövlət arasındakı geosiyasi tərəfdaşlığın əsas dayaqlarından birini Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın tələblərinə uyğun olaraq nəqliyyat-logistika və energetika sahələrindəki əməkdaşlıq təşkil edir. Azərbaycan və Türkmənistanın Xəzər dənizi üzərindən tranzit potensialının birləşdirilməsi, Orta Dəhliz və Şimal-Cənub nəqliyyat marşrutlarının funksionallığının artırılmasına yönəlmiş hüquqi və inzibati prosedurların unifikasiyasını tələb edir. Bu kontekstdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında logistik inteqrasiya və gömrük-keçid rejiminin optimallaşdırılması xüsusi siyasi-hüquqi əhəmiyyət kəsb edir. Energetika sektorunda ticarət dövriyyəsinin həcminin artması və birgə resursların istismarı üzrə atılan addımlar tərəflərin iqtisadi suverenliyini gücləndirir və geoiqtisadi mövqelərini möhkəmləndirir. Eyni zamanda, "yaşıl enerji" keçidi və bərpa olunan enerji dəhlizlərinin yaradılması təşəbbüsləri hər iki ölkənin beynəlxalq iqlim öhdəlikləri və regional enerji təhlükəsizliyi arxitekturasında birgə rolunu artırır.
Möhtərəm Prezidentin bu gün Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışında da əks olunan prioritetlər bir daha göstərməkdədir ki, Azərbaycan və Türkmənistan münasibətlərinin təkcə ikitərəfli çərçivədə deyil, həm də Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının strateji yaxınlaşması kontekstində institutlaşdığını və uzunmüddətli hüquqi-siyasi tərəfdaşlığa söykənir".
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək
Pensiyalar bu tarixdə ödəniləcək
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
Ölkədə qızıl ucuzlaşdı, yoxsa bahalaşdı?
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Mehriban Rəhimliyə hökm oxundu
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Fərdi ev tikənlərə XƏBƏRDARLIQ: Bu səhvlər faciəyə səbəb ola bilər
Aqşin Fatehə ağır itki