İlham Əliyevin Türkmənistan səfərinin ƏSAS NƏTİCƏLƏRİ - AÇIQLAMA

İlham Əliyevin Türkmənistan səfərinin ƏSAS NƏTİCƏLƏRİ - AÇIQLAMA"Azərbaycan Prezidentinin Türkmənistana bu səfəri Cənubi Qafqazla Mərkəzi Asiyanın geosiyasi bütövləşməsi istiqamətində təsirli rol oynayacaq. Azərbaycan Cənubi Qafqaz ölkəsi olsa da, artıq çoxdan Mərkəzi Asiyanın dövləti kimi siyasi mənada qəbul olunur".

Bunu Sonxeber.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

O, bildirib ki, təsadüfi deyil ki, Mərkəzi Asiya dövlətlərinin özlərinin təşəbbüsü ilə təxminən iki il əvvəl Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tam üzv kimi qəbul olunub və hazırda Mərkəzi Asiya ölkələri bu məclisdə Azərbaycanın mövqeyinə və sözünə xüsusi önəm verirlər:

"Çünki Azərbaycanın, Mərkəzi Asiyanın və Cənubi Qafqazın vahid geosiyasi məkana çevrilməsi bu məkanın Avropa üçün dəyərinin fantastik dərəcədə güclənməsi və artması deməkdir. Eləcə də Mərkəzi Asiya və Azərbaycanın vahid geosiyasi məkana çevrilməsi Çinin və Cənub-Şərqi Asiya ölkələrinin gözündə də bu mərkəzin əhəmiyyətini qat-qat artırmış olur. Bu gün dünyada gedən proseslər Mərkəzi Asiya və Cənubi Qafqazdan keçən Orta Dəhlizin önəmini xeyli dərəcədə artırıb. Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın Orta Dəhliz üzərində əhəmiyyətli mövqe tutması onun iqtisadi və strateji məzmununu xeyli dərəcədə gücləndirmiş olur. Bu nöqteyi-nəzərdən Azərbaycan Prezidentinin Türkmənistana səfəri Mərkəzi Asiya və Cənubi Qafqazın geosiyasi bütövləşməsi istiqamətində mühüm və təsirli mərhələ açır".

Ekspert bildirib ki, Azərbaycanla Türkmənistanın münasibətləri ikitərəfli müstəvidə də yaxşı inkişaf edir:

"2017-ci ildə Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalanandan sonra bir sıra sahələrdə fəal əməkdaşlığa başlanıb. Təsadüfi deyil ki, bu gün bütün Mərkəzi Asiya ölkələri ilə yanaşı, Türkmənistanın özü də Qərblə inteqrasiya və əməkdaşlıq istiqamətində Azərbaycanın imkanlarına olduqca böyük dəyər verir. Rusiyanın Ukrayna müharibəsinə cəlb olunması ilə Türkmənistanın da öz enerji daşıyıcılarını Qərbə Rusiya üzərindən çıxarmaq imkanları məhdudlaşdı. Belə şəraitdə Azərbaycanın infrastruktur imkanları bütün Mərkəzi Asiyanın, eləcə də Türkmənistanın qazının Avropa bazarlarına çıxarılmasında mühüm tranzit məntəqə rolunu oynaya bilər. Elə bu cəhətdən Azərbaycanın Türkmənistanla əməkdaşlığının daha da güclənməsinə Avropa ölkələri də böyük önəm verirlər. Çünki Avropa ölkələri Mərkəzi Asiyanın, eləcə də Türkmənistanın hansı potensiala malik olduğunu bilirlər. Bir sözlə, İlham Əliyevin Türkmənistana səfəri həm ikitərəfli münasibətlərin əhatəsini genişləndirəcək, həm də Mərkəzi Asiya ilə Cənubi Qafqazın vahid geosiyasi məkan olaraq bütövləşməsində yeni mərhələ açacaq".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 90   Tarix: 08 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman

Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədlərinin tətbiq ediləcəyi müddət dəyişib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlə

7 oktyabr
.

7 oktyabrın üçüncü ildönümü: İsrailin ağrısı bizim də ağrımızdır

7 oktyabr 2023-cü il İsrail tarixinin ən ağır günlərindən biri kimi yadda qaldı. HƏMAS terror təşkilatının İsrailə qarşı həyata keçirdiyi qanlı hücum nəticəsində yüzlərlə insan həyatını itirdi, yüzlərlə insan girov götürüldü. Bu tarixdən üç il keçsə də, həmin günün ağrısı İsrail xalqının yaddaşında

7 oktyabr
.

Övladlığa uşaq götürülmə ilə bağlı qaydalarda YENİLİKLƏR

Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi qaydasında dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliye

5 oktyabr
.

Ramil Usubovun kürəkəni vəfat edib - Foto

Azərbaycanın sabiq daxili işlər naziri, Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubova ağır itki üz verib. -ya istinadən xəbər verir ki, onun kürəkəni Kamran Xankişiyev vəfat edib. Qeyd edək ki, Kamran Xankişiyev uzun illər daxili işlər orqanlarında çalışıb. Kamran Xankişiyevin qəfi

5 oktyabr
.

İlham Əliyevin Türkmənistan səfəri Azərbaycanın Mərkəzi Asiya strategiyasından nə deyir? - TƏHLİL

"Prezident İlham Əliyevin Türkmənistana səfəri fonunda əsas məsələ təkcə Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı deyil. Səfərin daha geniş siyasi mənası Azərbaycanın Mərkəzi Asiya siyasətində mövqeyinin möhkəmlənməsi və Xəzər hövzəsinin yeni geosiyasi reallıqlarda əhəmiyyətinin artmasıdır"

8 oktyabr
.

"Hazırda NATO ilə Rusiya arasında birbaşa müharibənin qaçılmaz olduğunu söyləmək düzgün olmaz" - BƏHRUZ QULİYEV

"Son günlər Avropanın təhlükəsizlik gündəmində Litva ilə bağlı baş verənlər ciddi narahatlıq doğurur. Hesab edirəm ki, bu məsələyə yalnız Litva-Rusiya münasibətləri kontekstində yanaşmaq düzgün deyil. Burada daha böyük prosesdən NATO ilə Rusiya arasında təhlükəsizlik qarşıdurmasının yeni mərhələsində

8 oktyabr
.

Ərazi bütövlüyü və daxili işlərə qarışmamaq kimi beynəlxalq hüququn təməl prinsiplərinə söykənən münasibətlərqarşılıqlı dəstəklə müşayiət olunur

"Türkmənbaşı şəhərində keçirilən Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının Məşvərət görüşündə səsləndirilən fikirlər Bakı və Aşqabad arasında strateji dialoqun keyfiyyətcə yeni müstəviyə keçdiyini nümayiş etdirir. Siyasi-hüquqi baxımdan bu çıxış tərəflərin ikitərəfli müqavilə-hüquq bazasın

8 oktyabr
.

İlham Əliyevin Türkmənistan səfərinin ƏSAS NƏTİCƏLƏRİ - AÇIQLAMA

"Azərbaycan Prezidentinin Türkmənistana bu səfəri Cənubi Qafqazla Mərkəzi Asiyanın geosiyasi bütövləşməsi istiqamətində təsirli rol oynayacaq. Azərbaycan Cənubi Qafqaz ölkəsi olsa da, artıq çoxdan Mərkəzi Asiyanın dövləti kimi siyasi mənada qəbul olunur". Bunu -a açıqlamasında siyasi şərhç

8 oktyabr
.

Ermənistan tərəfi Azərbaycan hərbçisini Bakıya qaytaracaqmı?

"Ermənistanda saxlanılan Azərbaycan hərbçisinin yaxın vaxtlarda heç bir qarşılıqlı addım gözlənilmədən, "xoşməramlı jest" kimi Bakıya təhvil verilməsi ehtimalı var". Ermənistan mediasına istinadən xəbər verir ki, bu fikri erməni vəkil Ovannes Xudoyan irəli sürüb. Hüquqşünasın sözlərin

7 oktyabr