Azərbaycan-Mərkəzi Asiya əlaqələrində YENİ MƏRHƏLƏ: Ekspertdən AÇIQLAMA
"Azərbaycan Mərkəzi Asiya ölkələri ilə münasibətləri çox yüksək səviyyədə inkişaf etdirib. Bu ölkələr Azərbaycanın soydaşlarıdır. Tarixi, mədəni və siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və köklü tarixə malikdir. Hətta belə deyərdim ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə tariximizin qaranlıq bir səhifəsi olsa da, faktiki olaraq Sovet işğalı dönəmində də eyni məkanın bir parçasında yer alıb. Yəni bu ölkələr həm də keçmiş postsovet ölkələridir".
Bunu Sonxeber.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib.
O, bildirib ki, bu gün Mərkəzi Asiya ölkələri Türk birliyi çərçivəsində formalaşan yeni ittifaqın və yeni birliyin parçasıdırlar:
"Azərbaycan Mərkəzi Asiyaya həm siyasi, həm də iqtisadi baxımdan çox müsbət yanaşır və ortaq layihələrin icrasında hər zaman maraqlıdır. Bu gün də həmin layihələr davam etməkdədir. Birincisi, siyasi əlaqələr baxımından bu ölkələrlə münasibətlərimiz inkişaf edir. Həm ikitərəfli münasibətlər kontekstində, istərsə də təşkilatlar çərçivəsində çoxşaxəli əlaqələr inkişaf etməkdədir. Məsələn, Qazaxıstan, Azərbaycan, Özbəkistan və Qırğızıstan kimi ölkələrlə münasibətlərimiz əvvəldən yaxşı olub. Türkmənistanla bir qədər münasibətlərimiz neytral və müəyyən dövrdə soyuq olsa da, sonrakı mərhələlərdə qarşılıqlı dialoq və məsələlərin həlli istiqamətində atılan konstruktiv addımlarla faktiki olaraq müəyyən problemlər aradan qalxdı. Bu gün də iki ölkə rəhbərliyi arasında çox yüksək səviyyəli münasibətlər mövcuddur".
Politoloq bildirib ki, iqtisadi münasibətlərə gəldikdə isə, Mərkəzi Asiya ölkələri, məlum olduğu kimi, neft və qaz ehtiyatları baxımından böyük potensiala və resurslara sahibdir və bu resurslarını Qərbə çıxarmaqda maraqlıdırlar:
"Bunu daha çox Rusiya üzərindən edirdilər. Amma Azərbaycan Transxəzər layihəsi, eyni zamanda TANAP-TAP layihələri ilə faktiki olaraq enerji resurslarının Xəzər üzərindən Azərbaycana daşınması və Avropaya nəqli istiqamətində layihələr həyata keçirir. Təbii ki, biz həm də Zəngəzur yolundan danışırıq. Zəngəzur yolu təkcə kommunikasiyanın açılması deyil. Burada dəmir yolu, avtomobil yolu və eyni zamanda boru xətlərinin çəkilməsi də gələcək perspektivdə düşünülür. Mərkəzi Asiya ölkələri də faktiki olaraq bu layihələrdə yer alaraq Qərbə öz enerji ehtiyatlarını daha yüksək məbləğdə və daha gəlirli vasitələrlə göndərə bilərlər. Prinsipcə, biri var Rusiya kimi vasitəçi ölkə ilə, biri də var Azərbaycan kimi dost və qardaş ölkə ilə bunu həyata keçirəsən".
Onun sözlərinə görə, ümumiyyətlə, burada bir məsələ də var ki, Azərbaycan Mərkəzi Asiya ölkəsi deyil, amma Mərkəzi Asiya Ölkələri Şurasında, yəni bu təşkilatda özünəməxsus yerə sahibdir və yenə təsadüfi deyil ki, növbəti iclas Azərbaycanda baş tutacaqdır:
"Beynəlxalq təşkilatlarda hər zaman belə praktikalar olub. Yəni təşkilata üzv coğrafi baxımdan bir parça olmasa da, tarixi, mədəni və etnik köklərlə təşkilatların parçası ola bilər. Azərbaycanı da hesab edirəm ki, bu məqsədlə təşkilatda yer alır. Ən mühüm məqamlardan biri, şübhəsiz, bu təşkilata üzv olan ölkələrin dövlət başçılarının Azərbaycana və Azərbaycan Prezidentinə olan münasibətləridir. Ümumiyyətlə, Azərbaycan Prezidentinin spesifik xüsusiyyətlərindən biri yaxın və dost ölkələrlə təkcə dövlətlərarası deyil, şəxsi dostluq münasibətləri də qurmağı bacarmasıdır və bu, əslində, bizim çox böyük üstünlüyümüzdür. Çünki dəyişən siyasi konyunkturada dövlət başçılarının şəxsi əlaqələri, onların xarizmatik lider obrazı, eyni zamanda kommunikasiya bacarıqları və diplomatik gedişləri düzgün atması çox önəmli sayılır. Azərbaycan Prezidenti də bu məsələdə liderlər arasında seçilir və hörmət görə bilir. Hesab edirəm ki, bu təşkilatla əlaqələrimiz gələcək illərdə inkişaf edəcək və ortaq layihələr icra edəcəyik. Dediyim kimi, təşkilata üzv ölkələr Azərbaycanın dost və qardaş bildiyi ölkələrdir. Tarixi və mədəni bağlarımız var. Ən önəmlisi də bu gün iqtisadi və siyasi sahədə əlaqələrimiz yüksək səviyyədə inkişaf edir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Pensiyalar bu tarixdə ödəniləcək
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
Ölkədə qızıl ucuzlaşdı, yoxsa bahalaşdı?
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Mehriban Rəhimliyə hökm oxundu
Fərdi ev tikənlərə XƏBƏRDARLIQ: Bu səhvlər faciəyə səbəb ola bilər
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Aqşin Fatehə ağır itki