Ramin Məmmədov: "Məqsədimiz tarixini anlayan və dövlətinin nailiyyətlərini dərk edən vətəndaş yetişdirməkdir"
"Milli-mənəvi dəyərlər yalnız keçmişdən miras qalan irs deyil, həm də dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdən biridir".
BiG.AZ xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Komitə sədri bildirib ki, gənclərin milli-mənəvi dəyərlər əsasında formalaşdırılması ilə yanaşı, gələcək Azərbaycan cəmiyyətinin hansı dəyərlər və vətəndaşlıq məsuliyyəti üzərində qurulması da mühüm əhəmiyyət daşıyır.
R.Məmmədov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Onun sözlərinə görə, Ulu Öndərin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən müasir çağırışlar nəzərə alınmaqla davam etdirilir.
Komitə sədri vurğulayıb ki, milli-mənəvi tərbiyə insan kapitalının formalaşdırılması, sosial dayanıqlılığın gücləndirilməsi və gənclərin qərarvermə qabiliyyətinin inkişafı baxımından da vacibdir.
O bildirib ki, məqsəd öz tarixini yalnız bilən deyil, həm də anlayan, milli kimliyini dərk edən, müstəqil düşünən və dövlətçilik məsuliyyətini anlayan vətəndaşlar yetişdirməkdir.
R.Məmmədov ailə və təhsillə yanaşı, informasiya məkanının da gənclərin dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb. O qeyd edib ki, internet, sosial media, rəqəmsal texnologiyalar və süni intellekt ideoloji təsirlərin yayılma imkanlarını genişləndirib.
Komitə sədri bildirib ki, informasiya bolluğu özlüyündə düzgün dünyagörüşünün formalaşmasına zəmanət vermir. Onun sözlərinə görə, gənclər doğru ilə yanlışı, sağlam dini yanaşma ilə xurafatı, mənəvi dəyərlə radikal ideyanı fərqləndirməyi bacarmalıdırlar.
R.Məmmədov dini dəyərlərin insan ləyaqətinə, mərhəmətə, ədalətə, qarşılıqlı hörmətə, ictimai həmrəyliyə və sülhə xidmət etməli olduğunu vurğulayıb. O, Azərbaycanın dünyəvi dövlət modeli ilə dini-mənəvi dəyərlər arasında ziddiyyət olmadığını qeyd edib.
Komitə sədri Gənclər və İdman Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında əməkdaşlığın daha sistemli qurulmasının vacibliyini də diqqətə çatdırıb. O, birgə maarifləndirici proqramların, sosial media məzmunlarının və dini, eləcə də media savadlılığını artıran təlimlərin həyata keçirilməsini təklif edib.
R.Məmmədov əlavə edib ki, görülən işlərin nəticələrini qiymətləndirmək üçün birgə monitorinq və təhlil mexanizmləri də yaradıla bilər. Onun sözlərinə görə, əsas məqsəd milli kimliyinə bağlı, müasir dünyagörüşlü, bilikli və dövlətçilik məsuliyyətini dərk edən Azərbaycan gəncinin formalaşmasına töhfə verməkdir.
Aynur Babazadə
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Pensiyalar bu tarixdə ödəniləcək
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Qızılın qiymətində yeni göstəricilər
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Mehriban Rəhimliyə hökm oxundu
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib