Kartdan-karta köçürmələrə daha sərt məhdudiyyətlər gəlir? - Yeni təklif

Kartdan-karta köçürmələrə daha sərt məhdudiyyətlər gəlir? - Yeni təklifBir müddət öncə tətbiq edilən məhdudiyyətlər kartdan-karta köçürmələrin həcmində ciddi azalmalara səbəb olmur. Ekspertlər daha ciddi tədbirlərin tətbiqini təklif edirlər.

Bəs kartdan-karta köçürmələrin bu qədər böyük həcmdə olması maliyyə sistemi üçün hansı riskləri yaradır?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Azərbaycanda kartdan-karta köçürmələrin həcminin sürətlə artması Mərkəzi Bankın narahatlığına səbəb olub. Mərkəzi Bankın sədri Taleh Kazımov 2025-ci ildə bu əməliyyatların həcminin 66 milyard manata çatdığını, 2026-cı ilin avqust ayına qədər isə 48 milyard manat təşkil etdiyini açıqlayıb. Onun sözlərinə görə, bu qədər böyük dövriyyəni yalnız vətəndaşlar arasında şəxsi pul köçürmələri ilə izah etmək mümkün deyil. T.Kazımov bəzi əməliyyatların vergidən yayınma, qanunsuz mərc oyunlarının təşkili və digər qeyri-qanuni fəaliyyətlərlə əlaqəli olduğunu bildirib. Məhz bu riskləri nəzərə alaraq bank sektorunda kartlara gündəlik beş mədaxil əməliyyatı və aylıq 20 min manat limitinin tətbiqi dəstəklənib.

Vergidən yayınma riski artır

İqtisadçı-ekspert Xalid Kərimli hesab edir ki, kartdan-karta köçürmələrin iqtisadi mahiyyət baxımından nağd pulun əlbəəl verilməsindən ciddi fərqi yoxdur. Onun sözlərinə görə, bir şəxs digərinə 100 manat nağd pul verdikdə bu əməliyyat necə rəsmiləşdirilmədən həyata keçirilə bilirsə, kartdan-karta köçürmə zamanı da eyni vəziyyət yarana bilər. Bu baxımdan, əsas məsələ pulun hansı formada ötürülməsi deyil, əməliyyatın iqtisadi mahiyyəti və vergitutma baxımından necə rəsmiləşdirilməsidir.

Ekspert bildirib ki, kartdan-karta köçürmələr banklar üçün də xüsusi gəlir mənbəyi hesab olunmur. Belə əməliyyatlarda bankların gəlirləri məhdud olur, müəyyən məbləğədək köçürmələr komissiyasız həyata keçirilir, limit aşıldıqda isə xidmət haqqı tətbiq edilir.

X.Kərimlinin fikrincə, hazırda tətbiq edilən məhdudiyyətlərin əsas səbəblərindən biri fiziki şəxslərin şəxsi bank kartlarından sahibkarlıq fəaliyyəti və vergidən yayınma məqsədilə istifadə edilməsinin qarşısını almaqdır. O qeyd edib ki, bank sektorunda tətbiq olunan qaydalara əsasən, adi debet və kredit kartlarına gündəlik beşdən artıq mədaxil əməliyyatı və ay ərzində 20 min manatdan çox vəsait daxil olması standartdan kənar hal kimi qiymətləndirilir. Lakin vətəndaş banka müraciət edərək əməliyyatlarının mahiyyətini əsaslandıra bilsə, bu məhdudiyyətlər aradan qaldırıla bilər. Söhbət VÖEN-ə bağlı biznes kartlarından deyil, fiziki şəxslərin fərdi kartlarından gedir.

Məhdudiyyətlər qeyri-rəsmi dövriyyəni azaldacaqmı?

Ekspert hesab edir ki, Mərkəzi Bank və bank sektoru vergidən yayınma hallarının geniş yayılması üçün əlverişli şəraitin qalmasında maraqlı deyil. Onun sözlərinə görə, ölkədə əhalinin orta gəlirləri və adambaşına düşən ümumi daxili məhsul göstəriciləri məlumdur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi vətəndaşın hesabına hər ay 20 min manatdan artıq vəsait daxil olmasının iqtisadi əsaslandırılması suallar doğurur.

Ekspert digər risk kimi qanunsuz sahibkarlıq fəaliyyətini, qumar və mərc oyunlarını, eləcə də onlayn kazinolarla əlaqəli pul köçürmələrini göstərib. Onun fikrincə, tətbiq edilən məhdudiyyətlər bu cür qeyri-qanuni maliyyə əməliyyatlarının qarşısının alınmasına xidmət edir.

İqtisadçı hesab edir ki, yeni qaydalar kartdan-karta köçürmələrin ümumi dövriyyəsinin artımını məhdudlaşdıracaq. Bununla belə, vergidən yayınmaq istəyən şəxslərin müxtəlif banklardan və başqa insanların adlarına kartlar əldə etməklə mövcud məhdudiyyətləri aşmağa çalışdıqlarını da istisna etmir. Belə ki, hazırkı qaydalar hər bank üzrə kartlara tətbiq edildiyindən, bir şəxsin müxtəlif banklarda kart açdıraraq əməliyyatlarını bölüşdürməsi mümkündür.

Bununla belə, X. Kərimli bildirir ki, bu üsul da sonsuz imkan yaratmır və müəyyən mərhələdə öz məhdudiyyətinə çatacaq.

Kart sayına da məhdudiyyət qoyulmalıdır

Bank məsələləri üzrə ekspert Emin Kərimov da hesab edir ki, kartdan-karta köçürmələrin həcminin bu qədər artması arzuolunan hal deyil. Onun fikrincə, bu göstəricilər kart əməliyyatlarının yaratdığı rahatlıq və mövcud nəzarət mexanizmlərindəki boşluqlardan bəzi sahibkarlıq subyektlərinin, xüsusilə kiçik və orta biznes nümayəndələrinin vergidən yayınmaq məqsədilə istifadə etdiyini göstərir.

E.Kərimov deyib ki, kartdan-karta əməliyyatlara gündəlik say və aylıq məbləğ limiti tətbiq edilməsi ilə yanaşı, bir şəxsin adına açılan kartların sayına da məhdudiyyət qoyulmalıdır. Çünki mövcud qaydalar əməliyyatların alternativ yollarla davam etdirilməsinə imkan yaradır. Belə ki, şəxs öz adına müxtəlif banklardan, eləcə də yaxınlarının adına əlavə kartlar əldə etməklə müəyyən edilmiş limitləri faktiki olaraq aşa bilər.

Ekspertin sözlərinə görə, bəzi hallarda geniş filial şəbəkəsinə malik banklardan müxtəlif filiallar vasitəsilə çoxsaylı debet kartları sifariş etməklə də məhdudiyyətlərdən yayınmaq mümkündür. Bu baxımdan, yalnız əməliyyat sayına limit qoyulması gözlənilən nəticəni verməyə bilər.

E.Kərimovun qənaətincə, problemin həlli üçün bir şəxsin adına olan bütün kartlar üzrə əməliyyatlar vahid sistemdə birləşdirilməli, aylıq 20 min manatlıq limit fərdi qaydada hesablanmalıdır. Yəni vətəndaşın neçə bankda və neçə kartı olmasından asılı olmayaraq, ümumi dövriyyəsi nəzərə alınmalıdır. Limitin aşılması halında isə müvafiq nəzarət mexanizmləri işə düşməli, əməliyyatın xarakterindən asılı olaraq vergi orqanları tərəfindən araşdırma aparılmalıdır.

O əlavə edib ki, kartdan-karta köçürmələrdən istifadənin məhdudlaşdırılması ilə yanaşı, sahibkarların alternativ ödəniş vasitələrinə yönləndirilməsi də vacibdir. Bunun üçün POS-terminalların, mobil POS və QR ödənişlərinin təşviqi, banklar və elektron pul təşkilatları tərəfindən maarifləndirmə işinin gücləndirilməsi zəruridir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 193   Tarix: 22 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021