Azərbaycan çoxtərəfli əməkdaşlıq platformalarının fəal aktorudur
Müasir dövrdə beynəlxalq münasibətlər sistemi sürətlə dəyişir, qlobal miqyasda yeni çağırışlar formalaşır. Bu proseslər fonunda regional əməkdaşlıq formatlarının rolu daha da artır, xüsusilə Müstəqil Dövlətlər Birliyi kimi çoxtərəfli platformalar sabitlik, qarşılıqlı etimad və birgə tərəqqinin təminində mühüm vasitəyə çevrilir. MDB-nin fəaliyyəti bu gün təkcə tarixi əlaqələrin qorunması ilə məhdudlaşmır, həm də üzv dövlətlərin ortaq məqsədlər naminə bir araya gəldiyi effektiv əməkdaşlıq müstəvisini formalaşdırır.
MDB çərçivəsində əməkdaşlığın əsasını bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı hörmət və milli maraqların uzlaşdırılması prinsipləri təşkil edir. Bu prinsiplər təşkilatın davamlılığını təmin etməklə yanaşı, onun beynəlxalq nüfuzunun möhkəmlənməsinə də xidmət edir. Birlik çərçivəsində qəbul edilən qərarlar, həyata keçirilən humanitar və iqtisadi layihələr iştirakçı dövlətlərin sosial-iqtisadi inkişafına real töhfələr verir. MDB-nin çoxşaxəli fəaliyyəti həm iqtisadi, təhlükəsizlik məsələləri, həm də elm, təhsil, mədəniyyət və idman kimi sahələri əhatə edir, bu da təşkilatın inteqrasiya potensialını artırır.
Son illər MDB məkanında yeni əməkdaşlıq istiqamətləri formalaşmaqdadır. Enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya xətləri, ərzaq sabitliyi və ekoloji siyasət kimi məsələlər üzv ölkələrin qarşılıqlı maraqlarını birləşdirən əsas mövzulara çevrilib. Bu istiqamətlərdə ortaq səylərin gücləndirilməsi regionda dayanıqlı sabitlik və sosial rifahın təminatına xidmət edir.
Azərbaycan MDB çərçivəsində hər zaman fəal mövqeyi ilə seçilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan birliyin işində mühüm rol oynayır, sülh, əməkdaşlıq və həmrəyliyin güclənməsinə real töhfə verir. Oktyabrın 9-da Türkmənbaşıda keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyevin çıxışı da bu istiqamətdə xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı çıxışında bildirib ki, bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir. Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib.
Azərbaycanın MDB məkanındakı fəaliyyəti, xüsusilə humanitar sahədə həyata keçirdiyi təşəbbüslər birliyin birləşdirici və sabitləşdirici rolunu daha da gücləndirir. Bu baxımdan Preident İlham Əliyev qeyd edib ki, humanitar əməkdaşlıq əsas istiqamətlərdən biridir. O, Laçının Birliyin mədəniyyət paytaxtı elan edilməsi qərarını dəstəklədiklərinə görə MDB dövlət başçılarına minnətdarlığını bildirib. Dövlətimizin başçısı, həmçinin qeyd edib: "Ötən il Laçında keçirilən genişmiqyaslı tədbirlər qonaqlarımıza bu bölgənin zəngin və qədim tarixi ilə daha yaxından tanış olmağa imkan verdi. Qonaqlarımız onun sürətli dirçəlişinin, eyni zamanda, aparılan bərpa işlərinin miqyasının şahidi ola bildilər".
Bildirilib ki, Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini davamlı olaraq möhkəmləndirir, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq dəhlizləri boyunca etibarlı tranziti təmin edir. Dövlətimizin başçısı vurğulayıb: "2026-cı ilin birinci yarısında Azərbaycandan keçən tranzit daşımalarının həcmi 10 faiz artaraq təxminən 8 milyon tona çatıb. Ortamüddətli perspektivdə məqsədimiz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycandan yükdaşımaları hər bir istiqamətdə 15 milyon tona çatdırmaqdır".
Yeni reallıqlar fonunda MDB-nin fəaliyyəti bir daha sübut edir ki, qarşılıqlı etimad və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında qurulan münasibətlər regional sabitlik üçün möhkəm təməldir. Təşkilat üzv dövlətlər arasında iqtisadi əlaqələri möhkəmləndirməklə yanaşı, sülhün və təhlükəsizliyin qorunmasına da töhfə verir.
MDB-nin qarşıdakı dövrdə əsas məqsədi yeni geosiyasi çağırışlar fonunda birliyin rolunu artırmaq, əməkdaşlığın praktiki nəticələrini dərinləşdirmək və regional həmrəyliyi gücləndirməkdir. Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər bu istiqamətdə real baxış və strateji yanaşma təqdim edib.
Beləliklə, MDB-nin çoxşaxəli fəaliyyəti bu gün inteqrasiyadan daha çox həmrəyliyə, ortaq dəyərlərin qorunmasına və dayanıqlı gələcəyin formalaşdırılmasına yönəlib. Həmrəyliyin, etimadın və birgə rifahın möhkəmlənməsi birliyin gələcək uğurlarının əsasını təşkil edir.
Ağarəhim Baxışov - Dövlət İdarəçilik Akademiyası
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Qızılın qiymətində yeni göstəricilər
Gündə minimum addım sayı təyin edildi
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq
Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
SON DƏQİQƏ! Pakistan rəsmən MÜHARİBƏYƏ QOŞULDU - Qırıcılar husiləri BOMBALAYIR
Bakıda ev almaq istəyənlər üçün ƏN SƏRFƏLİ ƏRAZİLƏR - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Niyə bəzi qızlar evli kişilərlə münasibət qurmağa üstünlük verir? - PSİXOLOQDAN AÇIQLAMA
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar