Kəlbəcər rayonunun işğaldan azad olunması

Kəlbəcər rayonunun işğaldan azad olunması2020-ci il noyabrın 25-də Kəlbəcərin 27 illik işğalına son qoyuldu. Kəlbəcər Azərbaycanın gözəl məkanlarından biridir. Kəlbəcər toponiminin özü də elə onun türklərə məxsusluğunun sübutudur. Heç bir işğal bu həqiqəti dəyişdirə bilməz. Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur və 1930-cu il 8 avqustda inzibati rayon statusu almışdır. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göy-Göl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Alagöllər, Qaragöl, Zalxa gölü və s. gölləri var. Rayonda əsasən çimli dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılmışdır. Meşələrin ümumi sahəsi 30 min hektara yaxındır.Kəlbəcər rayonunda çox sayda mineral su qaynaqları var. Onlardan ən məşhurları Yuxarı İstisu, Aşağı İstisu, Qoturlu İstisuyu, Turşsudur. Rayon ərazisi flora və fauna, faydalı qazıntı, qızıl yataqları ilə zəngindir. Kəlbəcərin tarixi abidələri, qayaüstü təsvirləri də onun qədimiliyinin sübutudur.

Sadaladığımız bu zənginliklər Erməni işğalının da səbəbidir. Tarixən ermənilər torpaqlarımıza göz dikmiş, onları işğal etməklə, qədim toponimlərini öz qoyduqları qondarma erməni adlarla əvəz etməklə, köçəri erməniləri bu ərazilərimizdə məskunlaşdırmaqla özününküləşdirə biləcəklərini hesab edirdilər. Kəlbəcər rayonu 1993-cü il aprelin 3-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Erməni caniləri torpaqlarımızı işğal etməklə kifayətlənməmiş, uşaqlara, qocalara, günahsız insanlara aman verməyib, işgəncə, əzab-əziyyətlə qətlə yetirmişlər. İşğal zamanı yüzlərlə dinc sakin doğma yurdundan didərgin düşmüş, tarixi mədəniyyət abidələri dağıdılmış, rayonun təbii sərvətləri məhv edilmişdir.

Beynəlxalq təşkilatların qəbul etdiyi işğalçılıq qətnamələri təsdiq olunsa da, real olaraq həyata keçirilməmişdir və heç bir halda Erməniləri torpaqlarımızdan çıxarmağa çalışmamışlar. Həmişə olduğu kimi ölkəmizə qarşı təxribatlar törətməkdən əl çəkməmişlər. Bütün bu səbəblərin nəticəsi olaraq, Azərbaycan dövləti yeritdiyi uğurlu daxili və xarici siyasəti nəticəsində öz torpaqlarını özü azad etmişdir. Azərbaycanın güclü, qüdrətli ordusu, cəsarətli əsgərlərinin hesabına 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi bizim qələbəmizlə yekunlaşdı. Torpaqlarımızın hər qarışı şəhidlərimizin qanı, canı bahasına işğaldan azad olundu. Bu qələbənin ən uğurlu təflərindən biri də o idi ki, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Dekabrın isə 1-də Laçın rayonu Azərbaycana təhvil verilib. Bu üç rayonun sülh yolu ilə azad edilməsi itkilərimizin bu qələbədə daha az olmasının ən əsas uğurudur.

İşğalın sona çatması torpaqlarımızda və ölkəmizdə yeni dövrün başlanğıcı demək idi. Artıq müharibə bitən kimi Qarabağ torpaqlarında quruculuq, abadlıq işlərinə başlanıldı. Əsas məqsəd Qarabağ sakinlərinin öz torpaqlarına geri qayıtması idi. Prezidentin göstərişlərinə əsasən, Kəlbəcərin elektrik və su təchizatı, evlərin tikilməsi, infrastrukturun bərpası sahəsində addımlar atıldı,layihələr həyata keçirildi. Bu layihələrin təməlqoyma və açılış mərasimlərində prezident İlham Əliyev özü şəxsən iştirak edir. Prezident "Kəlbəcər -1" Kiçik Su Elektrik Stansiyasının aşılışında, hərbi hissələrin aşılışında, Kəlbəcərdə "İstisu" mineral su zavodunun, İstisu sanatoriyasının, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimlərində iştirak etmişdir. Bundan başqa ora köçəcək əhalinin məşğuliyyətinin, əmək fəaliyyətinin yaxşılaşdırılması üçün də mühüm tədbirlər görülür, müxtəlif fəaliyyət sahələri layihələndirilir.

2024-cü il sentyabrın 2-də isə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə "İstisu" mineral su zavodunun açılışı keçirilib. "İstisu" zavodunun illik istehsal gücü 100 milyon şüşə butulkadan artıqdır. Müəssisədə təxminən 100 nəfər işlə təmin edilib və bu işçilərin əksəriyyəti Kəlbəcər və Laçın rayonlarının sakinləridir. Prezident İlham Əliyevin 31 iyul 2022-ci ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb və Sərəncama əsasən, 25 noyabr-Kələbəcər şəhəri günü kimi təsis edilib. Bu il artlq 4-cü dəfə bu gün təntənəli şəkildə qeyd ediləcəkdir.

Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 84   Tarix: 23 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məsud Pezeşkian İranda Qərbi Azərbaycana qarşı ədalətsizlikdən danışdı - Video

İran Prezidenti Məsud Pezeşkian ölkənin əyalətləri arasında mövcud olan sosial-iqtisadi bərabərsizlikdən bəhs edərək, Qərbi Azərbaycan ostanının digər bölgələrdən geri qalmasını nümunə göstərib. xəbər verir ki, bu barədə İranın "Fars" informasiya agentliyi məlumat yayıb. Dövlət başçısının sözlərin

21 noyabr
.

İlham Əliyevlə xanımını belə qarşıladılar - Video - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoyda rəsmi qarşılanma mərasimi olub. "Qafqazinfo" xəbər verir ki, Vyetnamın və Azərbaycanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü

21 noyabr
.

İki ölkə arasında iqtisadi münasibətlər yeni mərhələdə

Vyetnamın iqtisadi gücü, sənaye və istehsal potensialı, Azərbaycanın enerji resursları, tranzit imkanları və əlverişli coğrafi mövqeyi qarşılıqlı iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün ciddi zəmin yaradır. Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə iki ölkə arasında iqtisad

20 noyabr
.

Azərbaycan Prezidenti: "Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir"

"Heydər Əliyev Fondu bu prosesdə xüsusi rola malikdir və Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində bildirib. Dövlətimizin başçısı vurğulayıb ki

19 noyabr
.

Prezident ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul etdi - Fotolar

Prezident İlham Əliyev bu gün ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu ilin yanvarında Markveyn Mullinin ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator kimi ölkəmizə səfərini v

22 noyabr
.

Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama noyabrın 19-da başlayan rəsmi səfərinə bu ölkənin mediası böyük diqqət ayırıb. AZƏRTAC xəbər verir ki, nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasının əlaqələrin inkişafı üçün oynadığı böyük rola, Azərbaycan-Vyetna

20 noyabr
.

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb - Foto

Noyabrın 21-də Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb. Layihə Kollecin azərbaycanlı tərəfdaşları ilə davamlı və məqsədyönlü əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışd

21 noyabr
.

İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşviliyə başsağlığı verib. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısının Gürcüstan Prezidentinə ünvanlandığı məktubda deyilir:. "Tbilisi şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində insanların həla

21 noyabr
.

Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib

Noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri zamanı iki ölkənin dövlət başçıları tərəfindən "Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi, Vyetnam Sosialist Respublikası Prezidentinin Birgə Bəyanatı"

21 noyabr