Dostluq, qardaşlıq və qarşılıqlı dəstək

Dostluq, qardaşlıq və qarşılıqlı dəstəkOktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın Türkmənbaşı şəhərindəki "Avaza" Kompleksinə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib.

Qeyd edək ki, sürətli qlobal geosiyasi və geoiqtisadi proseslərin getdiyi müasir dövrdə regional əməkdaşlıq platformalarının əhəmiyyəti daha da artır. Dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat-kommunikasiya imkanlarının inkişaf etdirilməsi və yeni əməkdaşlıq mexanizmlərinin formalaşması beynəlxalq münasibətlər sisteminin əsas istiqamətlərindən birinə çevrilir. Bu baxımdan Müstəqil Dövlətlər Birliyi (MDB) postsovet məkanında siyasi dialoqun davam etdirilməsi, iqtisadi və humanitar əlaqələrin inkişafı baxımından mühüm platformalardan biri kimi çıxış edir. Azərbaycan MDB çərçivəsində əməkdaşlığa xüsusi önəm verən dövlətlərdən biridir. Ölkəmiz təşkilata üzv olduğu ilk gündən qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və milli maraqlar əsasında münasibətlərin inkişaf etdirilməsi siyasətinə sadiqdir. Azərbaycanın MDB məkanındakı fəaliyyəti yalnız siyasi dialoqla məhdudlaşmır, eyni zamanda, iqtisadiyyat, nəqliyyat, energetika, humanitar sahələr və regional təhlükəsizlik kimi mühüm istiqamətləri əhatə edir.

Son illərdə Azərbaycanın regional və beynəlxalq əhəmiyyətli nəqliyyat layihələrində fəal iştirakı, Avropa ilə Asiyanı birləşdirən mühüm tranzit mərkəzə çevrilməsi və çoxtərəfli əməkdaşlıq formatlarında artan rolu MDB çərçivəsində də ölkəmizin mövqeyini gücləndirir. Xüsusilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycanın regionda strateji əhəmiyyətini artıran əsas amillərdən biri kimi çıxış edir.

Dövlətimizin başçısının bu mötəbər iclasda iştirakı ölkəmizin təşkilat daxilində fəal rolunu və qarşıdakı illərdə MDB-nin fəaliyyətində daha mühüm mövqedə çıxış edəcəyini göstərir. Azərbaycanın 2027-ci ildə MDB-də həmsədr, 2028-ci ildə isə sədr kimi fəaliyyət göstərəcəyi isə ölkəmizin təşkilat daxilində artan siyasi çəkisinin və tərəfdaş dövlətlər arasında qazandığı etimadın göstəricisidir. "Azərbaycan, həmçinin 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə və həmin ilin payızında Dövlət Başçıları Şurasının iclasını təşkil etməyə hazırdır", - deyə dövlətimizin başçısı öz çıxışında vurğulayıb.

Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir. Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib.

Prezident İlham Əliyev qeyd edib ki, humanitar əməkdaşlıq əsas istiqamətlərdən biridir. O, Laçının Birliyin mədəniyyət paytaxtı elan edilməsi qərarını dəstəklədiklərinə görə MDB dövlət başçılarına minnətdarlığını bildirib. Dövlətimizin başçısı, həmçinin qeyd edib: "Ötən il Laçında keçirilən genişmiqyaslı tədbirlər qonaqlarımıza bu bölgənin zəngin və qədim tarixi ilə daha yaxından tanış olmağa imkan verdi. Qonaqlarımız onun sürətli dirçəlişinin, eyni zamanda, aparılan bərpa işlərinin miqyasının şahidi ola bildilər".

Bildirilib ki, Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini davamlı olaraq möhkəmləndirir, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq dəhlizləri boyunca etibarlı tranziti təmin edir. Dövlətimizin başçısı vurğulayıb: "2026-cı ilin birinci yarısında Azərbaycandan keçən tranzit daşımalarının həcmi 10 faiz artaraq təxminən 8 milyon tona çatıb. Ortamüddətli perspektivdə məqsədimiz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycandan yükdaşımaları hər bir istiqamətdə 15 milyon tona çatdırmaqdır".

MDB çərçivəsində Azərbaycan öz yanaşmasını praqmatik və balanslı siyasət əsasında formalaşdırır. Ölkənin bu platformada iştirakı regional proseslərə münasibət bildirmək, qarşılıqlı əlaqələrin davamlılığını təmin etmək və gələcək əməkdaşlıq imkanlarını dəyərləndirmək baxımından əhəmiyyət daşıyır. Hazırkı mərhələdə MDB müxtəlif istiqamətlər üzrə təmasların saxlanıldığı və dövlətlər arasında əməkdaşlıq mexanizmlərinin müzakirə edildiyi formatlardan biri olaraq qalır. Azərbaycanın bu proseslərdə iştirakı isə ölkənin regional münasibətlər sistemində fəal mövqeyini nümayiş etdirir.

Ramil Qədimquliyev - hüquqşünas, BDU-nin doktorantı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 267   Tarix: 09 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan regionlararası ticarət əlaqələrinin əsas logistika qovşaqlarından birinə çevriləcək

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin genişləndirilməsi xarici siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Bu siyasət çərçivəsində region ölkələri ilə siyasi dialoqun gücləndirilməsi, qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi və çoxtərəfli əməkdaşlıq mexanizmlərind

8 oktyabr
.

İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"

"Humanitar əməkdaşlıq əsas istiqamətlərdən biridir. Laçının Birliyin mədəniyyət paytaxtı elan edilməsi qərarını dəstəklədiklərinə görə MDB dövlət başçılarına minnətdarlığımı bildirmək istəyirəm". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkmənbaşıda keçirilə

9 oktyabr
.

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - Foto

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Sonra MDB çərçivəsində müxtəlif sahələri əhatə edən bir sıra sənədlər imzalanıb

9 oktyabr
.

Azərbaycan və Mərkəzi Asiya ölkələri iqtisadi inteqrasiyanın yeni imkanlarını formalaşdırır

"Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər dövlətlər qarşısında yeni vəzifələr müəyyənləşdirir. Beynəlxalq bazarlarda rəqabətin güclənməsi, təchizat zəncirlərinin yenidən qurulması, istehsalın texnoloji əsaslarının dəyişməsi və yeni logistika imkanlarının meydana çıxması ölkələrin iqtisadi siyasətind

9 oktyabr
.

İlham Əliyevin Türkmənistan səfəri: Azərbaycanın Mərkəzi Asiya siyasətində yeni strateji mərhələ

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri Azərbaycanın xarici siyasət gündəliyində mühüm hadisə olmaqla yanaşı, ölkənin son illərdə Mərkəzi Asiya istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin məntiqi davamıdır. İlk baxışdan səfəri Azərbaycan-Türkmənistan münasibətlərini

8 oktyabr
.

İlham Əliyev Türkmənbaşıda konsert proqramında - Video

Xəbər verdiyimiz kimi, bu gün Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev görüşdən sonra baş tutan konsert proqramında iştirak edib. Həmin görüntüləri təqdi

8 oktyabr
.

"Azərbaycanla Mərkəzi Asiya arasında əməkdaşlığın əsas istiqamətlərindən biri Xəzər üzərindən əməkdaşlıqdır" - Könül Nurullayeva

"Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri, Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakı əlaqələrin yüksək səviyyədə inkişafını göstərir. Bakı-Aşqabad münasibətlərinin son dövrdə sürətlə intensivləşməsi təsadüfi deyil

9 oktyabr
.

Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir

"Prezident İlham Əliyevin Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin yeni mərhələyə keçdiyini göstərir. Azərbaycanın bu əməkdaşlıq formatında tamhüquqlu üzv kim

9 oktyabr
.

Putin MDB liderlərini Yeni il ərəfəsində qeyri-rəsmi görüş üçün Sankt-Peterburqa dəvət etdi

Rusiya Prezidenti Vladimir Putin MDB-dən həmkarlarını dekabrın 21-də Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan ənənəvi qeyri-rəsmi Yeni il ərəfəsində sammitə dəvət edib. xəbər verir ki, bu barədə Rusiya prezidenti MDB liderlərinin məhdud tərkibdə keçirilən görüşü zamanı deyib:. "Əlbəttə ki

9 oktyabr