Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişlənir

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişlənir"Prezident İlham Əliyevin Türkmənistanda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakı bu regionun dövlətləri ilə əməkdaşlığın genişləndirilməsi, həm ikitərəfli formatda, həm də ümumilikdə Mərkəzi Asiya kontekstində münasibətlərin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında politoloq Aysel Mənsimova bildirib.

"Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə əsas diqqət region ölkələri ilə münasibətlərə və daha geniş şəkildə əməkdaşlığına yönəlib. Bu baxımdan görüş iqtisadi əlaqələrin genişləndirilməsi üçün mühüm imkanlar yaradır. Azərbaycan və Mərkəzi Asiya ölkələri artıq yalnız coğrafi yaxınlıq və mövcud nəqliyyat dəhlizləri ilə deyil, bilavasitə ortaq iqtisadi maraqlarla da bir-birinə bağlanır. Orta Dəhliz ölkələri iqtisadiyyatın müxtəlif sektorlarında - logistika, enerji, ticarət və investisiya sahələrində qarşılıqlı əməkdaşlığa sövq edir. Prezident İlham Əliyevin Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakı məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın bu əməkdaşlıq formatında tamhüquqlu iştirakı, eləcə də növbəti Məşvərət görüşünün Bakıda keçirilməsinin nəzərdə tutulması regional iqtisadi layihələrin birgə müzakirəsi və əldə olunan razılaşmaların gələcəkdə reallaşdırılması baxımından önəmlidir.

Hazırda Mərkəzi Asiya respublikalarının resurslarının Avropaya ixracında, Avropadan müxtəlif məhsulların idxalında, o cümlədən enerji və qeyri-enerji resurslarının qarşılıqlı ticarətində Orta Dəhlizin rolu getdikcə artır. Azərbaycanın Orta Dəhliz çərçivəsində yaratdığı imkanlar ölkəmizi həm Mərkəzi Asiya ölkələri, həm də Avropa üçün əlverişli tərəfdaşa çevirib. Bu imkanlara Orta Dəhliz üzrə yaradılmış infrastruktur, ölkədəki siyasi sabitlik, bərqərar edilmiş sülh və Azərbaycanın qazandığı strateji tərəfdaş və etibarlı tərəfdaş mövqeyi daxildir. Məhz bu kontekstdə həm Avropa, həm də Asiya ölkələri, o cümlədən Türkmənistan, Qazaxıstan və Özbəkistan Azərbaycanla həm ikitərəfli, həm də regional əməkdaşlığın inkişafında maraqlıdırlar.

Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi təxminən 50 milyard dollar təşkil edir. Mərkəzi Asiya respublikaları ilə ticarət dövriyyəmiz isə 1,7 milyard dollardır. Son dövrlərdə bu göstərici təxminən 50 faiz artaraq həmin səviyyəyə çatıb. Cari ildə göstəricinin daha da yüksələcəyi gözlənilir. Qarşıdakı illərdə isə artım dinamikasının davam etməsi üçün ciddi potensial var. Mərkəzi Asiya ölkələrinin Azərbaycanın ümumi ticarət tərəfdaşları arasında payı hazırda təxminən 3,5 faiz təşkil edir. Göründüyü kimi, burada böyük potensial mövcuddur. Orta Dəhlizin inkişafı və Mərkəzi Asiya ölkələri ilə müxtəlif əməkdaşlıq formatlarında əlaqələrin genişləndirilməsi, düşünürəm ki, qarşıdakı dövrdə ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasına öz töhfəsini verəcək".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 473   Tarix: 09 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyevlə xanımını belə qarşıladılar - Video - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoyda rəsmi qarşılanma mərasimi olub. "Qafqazinfo" xəbər verir ki, Vyetnamın və Azərbaycanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü

21 noyabr
.

Prezidentdən Asif Əsgərovla bağlı - Sərəncam

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Asif Yunis oğlu Əsgərov "Şöhrət" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, bu gün deputat Asif Əsgərovun 60 yaşı tamam olur

23 noyabr
.

Bəzi həkimlərə xüsusi rütbələr veriləcək

"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Dəyişikliyə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlara və ehtiyatda ola

23 noyabr
.

Kəlbəcər rayonunun işğaldan azad olunması

2020-ci il noyabrın 25-də Kəlbəcərin 27 illik işğalına son qoyuldu. Kəlbəcər Azərbaycanın gözəl məkanlarından biridir. Kəlbəcər toponiminin özü də elə onun türklərə məxsusluğunun sübutudur. Heç bir işğal bu həqiqəti dəyişdirə bilməz. Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur və 1930-cu il 8 avqustd

23 noyabr
.

25 Noyabr - Kəlbəcər Şəhəri Gününü qalib və güclü ölkənin vətəndaşları kimi qeyd etmək qürurvericidir

2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur. Kəlbəcər 1930-cu il avqustun 8-də inzibati rayon statusu alıb

21 noyabr
.

Kəlbəcər yenidən firavan günlərinə qayıdır

44 günlük Vətən müharibəsindəki tarixi Zəfərdən sonra üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu 25 noyabr 2020-ci il tarixində bir güllə atılmadan Azərbaycana təhvil verilmişdir. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfl

23 noyabr
.

"Azərbaycançılıq məfkurəsi bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında azərbaycançılıq ənənələri ilə bağlı paylaşım edilib. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23 noyabr
.

Prezident və xanımının şərəfinə rəsmi nahar verilib

Noyabrın 21-də Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, prezidentlər tədbirdə çıxış ediblər

21 noyabr
.

"Vyetnamın 2020-ci ildəki dəstəyinə görə minnətdarıq"

"Azərbaycanla Vyetnam beynəlxalq strukturlar çərçivəsində də fəal əməkdaşlıq edirlər. BMT, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan konstruktiv əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezident

21 noyabr