Vahid məktəbli forması ayrı-seçkiliyin qarşısını alır - AÇIQLAMA

Vahid məktəbli forması ayrı-seçkiliyin qarşısını alır - AÇIQLAMA"Məktəblərdə vahid geyim formasının tətbiqi yalnız vizual tələb deyil, həm də təhsilin dünyəvilik prinsipi və sosial bərabərlik məsələsidir. Məktəb uşaqların sosial statusundan, ailələrinin maddi imkanlarından və ya dini mənsubiyyətindən asılı olmayaraq hər bir şagirdin özünü bərabər hiss etməli olduğu sosial məkandır. Vahid forma şagirdlər arasında fərqlilikləri və ayrı-seçkilik risklərini aradan qaldırır, diqqəti yalnız təhsilə və fərdi inkişafa yönəldir".
Vahid məktəbli forması ayrı-seçkiliyin qarşısını alır - AÇIQLAMABunu Sonxeber.az-a açıqlamasında təhsil eksperti Əmrah Həsənli bildirib.

O, bildirib ki, tarazlıq məsələsinə gəldikdə isə, Azərbaycan modeli dünyada nadir nümunələrdəndir ki, burada dünyəvi dövlətçilik anlayışı ilə milli-mənəvi, o cümlədən dini dəyərlərə ehtiram bir-birini inkar etmir, əksinə, tamamlayır:

"Ölkəmizdə vətəndaşların dini etiqad azadlığı Konstitusiya ilə təmin olunur. Lakin xüsusilə azyaşlı və gənc nəslin formalaşdığı təhsil müəssisələrində qaydalar hamı üçün eyni və bərabər olmalıdır. Məqsəd kiminsə inancını məhdudlaşdırmaq deyil, təhsil mühitini kənar ideoloji və ya dini təsirlərdən azad saxlayaraq neytral və sağlam mühit yaratmaqdır. Dünyəvi təhsil məhz uşağın gələcəkdə öz müstəqil seçimini edə bilməsi üçün azad və elmi düşüncə zəmini formalaşdırır. Buna görə də ən doğru yanaşma dövlətin qanunlarına, Nazirlər Kabinetinin qərarlarına və məktəbin daxili nizam-intizam qaydalarına hər bir vətəndaşın qeyd-şərtsiz riayət etməsidir. Çünki qanuna hörmət olan yerdə həm hüquq, həm də etiqad azadlığı ən yüksək səviyyədə qorunur".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 130   Tarix: 09 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda bəzi kolleclər ləğv olunacaq

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov geniş müsahibəsində maraqlı açıqlamalar verib. Qaynarinfo -a istinadla xəbər verir ki, o , Ali təhsil haqqında qanun layihəsindən danışarkən bu sahədə ediləcək yeniliklərə də toxunub. Bildirib ki, bəzi kolleclərin müəyyən universitetləri

8 oktyabr
.

Süni intellekt əmlak bazarında: Dəqiq hesablama apara biləcək?

Ədliyyə Nazirliyi daşınmaz əmlakın bazar qiymətinin müəyyənləşdirilməsi üçün süni intellekt əsaslı yeni rəqəmsal xidməti istifadəyə verib. Sistem əmlakın xüsusiyyətlərini və bazardakı məlumatları təhlil edərək onun təxmini qiymətini müəyyənləşdirir. Bəs süni intellekt mənzilin sahəsi, yerləşdiyi ərazi

8 oktyabr
.

Mənzil almaq sərfəlidir, yoxsa kirayə? - Ekspertdən CAVAB

Bakıda həm mənzil qiymətlərinin, həm də kirayə haqlarının yüksək olması və mənzil kreditləri üzrə xərclərin artması vətəndaşların mənzil seçimi ilə bağlı qərarlarını çətinləşdirir. Xüsusilə orta gəlirli ailələr üçün mənzil almaqla uzunmüddətli kirayədə qalmaq arasında seçim edərkən aylıq ödənişlər, ilki

8 oktyabr
.

Fərid Qayıbov: "Gənclərimiz beynəlxalq arenada ölkəmizi uğurla təmsil edir"

"Biz müxtəlif sahələrdə yeni qələbələrin şahidi oluruq. Beynəlxalq arenada ölkəmizi uğurla təmsil edən gənclərimiz var". BİG.AZ xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda keçirilən konfransda çıxışı zaman

9 oktyabr
.

Son istifadə tarixinə 2-3 ay qalan məhsulları almaq olarmı? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Supermarketlərdə alıcıların diqqətini cəlb edən endirimlər arasında son istifadə tarixinə iki-üç ay qalmış ərzaq məhsulları da var. Qiymətlərin aşağı salınması istehlakçılara daha sərfəli alış-veriş imkanı yaratsa da, belə məhsulların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı suallar ortaya çıxır. Xüsusil

9 oktyabr
.

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərind

9 oktyabr
.

Vahid məktəbli forması ayrı-seçkiliyin qarşısını alır - AÇIQLAMA

"Məktəblərdə vahid geyim formasının tətbiqi yalnız vizual tələb deyil, həm də təhsilin dünyəvilik prinsipi və sosial bərabərlik məsələsidir. Məktəb uşaqların sosial statusundan, ailələrinin maddi imkanlarından və ya dini mənsubiyyətindən asılı olmayaraq hər bir şagirdin özünü bərabər hiss etməl

9 oktyabr
.

Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq

Bakı şəhərinin Nizami rayonu, Heydər Əliyev prospekti ilə Bəşir Bünyadov küçəsinin kəsişməsindəki yol qovşağında nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. -ın əldə etdiyi məlumata görə, qeyd olunan yol qovşağında oktyabrın 9-u saat 23:00-dan oktyabrın 10-u saat 07:00-dək, oktyabrın 10-

9 oktyabr
.

Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin, dini maarifləndirmənin və bu sahədə aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsinin vacibliyini vurğulayıb. BİG.AZ xəbər verir ki, o, "Gənc nəslin milli-mənəvi dəyərlə

9 oktyabr